"Rəvan" – "Xəzər Lənkəran" oyunu, Zəfər bəyin kamerasının "gözü" ilə (Yenilənib)

Bildiyiniz kimi doğma komandamızın oyunu heç bir vasitə ilə canlı reportaj edilmədiyi vaxt, saytımızın fəal üzvü olan və “Zəfər Lerikli” niki ilə saytımızda tanınan, sadiq bir azarkeşimiz tərəfindən oyunun videoyazısını təqdim etməklə, camiəmizi bu intizardan qurtarmış olub. Zəfər bəy bugünki “Rəvan” – “Xəzər Lənkəran” oyununu da  canlı reportaj edilmədiyindən öz kamerasının “gözü” ilə yaddaşa köçürmüş və bizə göndərmişdir. İndi, Zəfər bəyin həmin videoyazısını hissə-hissə sizlərə təqdim edirik.
Zəfər bəyə dərin təşəkkür edərək, göndərdiyi videoyazıları bütün camiəmizə izləmək üçün təqdim edirik:

Birinci hissənin davamı, yeni əlavə olunmuşdur və burada “Rəvan”ın bərabərlik qolu nisbətən mübahisəli görünür. Lakin epizoda diqqətlə və təkrarən baxdıqda topun tamamının qapı xıttini, qapıçımız Orxan Sadıqlının qucağında olaraq keçdiyi görünür. Burda hakimin, qol!, qərarını düzgün hesab etmək lazımdır, bizim görüşümüzə görə.



5 thoughts on “"Rəvan" – "Xəzər Lənkəran" oyunu, Zəfər bəyin kamerasının "gözü" ilə (Yenilənib)”

    • Muəllim!-Bu videonu saytda yenə təkrar verdm.xahiş edirəm uzrlu bilib siləsiniz
      Cunki bu videonu 12ci oyuncu saytinada göndərmək istəyirdim amma bu oyun XL tv vasitəsilə canli izlənilib və azarkeşlərə bu barədə məlumat verilməyib.Bəzən Xl tv-də “idman Tv”-nin yoluna lap tezliklə muraciət etdiyinin fərqinə varmaliyiq.

  1. ZƏFƏR qardaşıma azarkeşlərimizə göstərdiyi bu təmənnasız xidmətinə görə bir lənkəranlı olaraq təşəkkür edirəm.

  2. Muəllim!-Rəvan kamandasinin ilk qolu stadionda birmənali qarşilanmadi.Baş hakim qolu saymirdi amma qapiarxasindaki hakim qolu israrla qapi xəttinin kecməyini bildirinsə qərar dəyişdi.Nəzərimdən qacib-deyə həmin goruntunudə sayta bir azdan verirəm.Biz topun qapi xəttinin kecməsini iddia edirik və goruntudən sonra muəyyən fikir soyləmək olar. Bir azdan….

Comments are closed.