Dünya çempionatlarının gözəlliyi ondadır ki, bu turnir gözlənilməz nəticələrlə, yeni parlayan futbol ulduzlarının çıxışları ilə zəngin olur. Həmişə əvvəlcədən favorit hesab olunan
komanda çempion olmur. Bu çempionatda da məhz belə oldu. Bu çempionata iki komandaya – yarışların təşkilatçısı olan İsveçrəyə və 1950-ci ildə dünya çempionu olmuş Uruqvay komandasına birbaşa vəsiqə verildi.
Final turnirinin keçirilməsi qaydaları yenə dəyişdirildi. 4 qrupun hər birində oyunlar dairəvi sistem üzrə davam etməli idi. Hər qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə aldılar. Burada “uduzan çıxır” prinsipi tətbiq olunur. Gərgin keçən bu çempionatda final oyunundan başqa üçüncü yer uğrunda da oyun keçirildi. Final oyunu Bern şəhərində keçirildi. Final oyunundan qabaq çempionun kim olacağından heç kəsin şübhəsi yox idi. Hamı əmin idi ki, “Qızıl İlahə” Macarıstana aparılacaq. Oyun Macarıstan komandasının güclü hücumları ilə başladı, 10cu dəqiqədə hesab artıq 2-0 idi. Lakin arxayınçılıq macarlara baha başa gəldi. Almanların tezliklə hesabı bərabərləşdirmələri onlar üçün həyəcan təbili olmalı idi. Oyunun gedişində daha bir qol vuran AFR komandası çətin qələbə qazanaraq ilk dəfə dünya çempionu oldu.
********************************
Daha sxematik olaraq bax
********************************
Videonu izlə
Arxiv: Bosman.at.ua