Belçikanın "Mons" klubu Mirça Redniklə maraqlanır

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik Belçikanın “Mons” klubunda çalışa bilər. Bu barədə Belçika mətbatı məlumat yayıb. Həmin məlumata görə Belçika çempionatında mövsümü uğursuz başlayan “Mons” klubu hazırki baş məşqçi Enzo Scifo ilə yollarını ayırmaq üzrədir. 2010/11 mövsümündə I divizonda uğur qazanaraq Belçikanın “Jupiler League”n adlanan güclülər dəstəsinə vəsiqə qazanan “Mons” klubu cari mövsümdə keçirdiyi 8-oyunda qələbəyə həsrət qalaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmışdır. 2012-ci ildən klubun baş məşqçisi olan Enzo Scifo isə artıq nəyisə dəyişə bilmir. Klubun direktoru Lommers Alain mətbuata açıqlamasında komandada baş məşqçi dəyişikliyinin gözlənildiyini bildirib. Bununla bağlı klub rəsmisinin açıqladığı siyahıda isə ilk növbədə Mirça Rednikin adı hallanır. Qeyd edək ki, sentaybrın 28-də “Mons” klubu öz meydanında Belçika çempionatının liderlərindən olan “Brüqqe” klubunu qəbul edəcək. Məhz bu oyundan sonra “Mons”da yeni baş məşqçinin kimliyinə aydınlıq gələcək.
MƏNBƏ-1: http://www.lavenir.net/sports/cnt/dmf20130923_00364743
MƏNBƏ-2: http://www.globalpost.com/dispatch/news/afp/130923/football-belgium-legend-scifo-sacked-mons
MƏNBƏ-3: http://www.stiridesport.ro/sporturi/fotbal/rednic-scifo-revenire-in-belgia.html
MƏNBƏ-4: http://www.sport.ro/campionate-externe/mircea-rednic-negociaza-cu-o-echipa-din-belgia-ce-misiune-imposibila-isi-poate-lua.html
MƏNBƏ-5: http://www.ziare.com/articole/mircea+rednic+oferta+mons
MƏNBƏ-6: http://www.gandul.info/sport-miscare/rednic-l-ar-putea-inlocui-pe-enzo-scifo-la-mons-11379587
MƏNBƏ-7: http://www.laprovince.be/817485/article/regions/mons/sports/2013-09-23/enzo-scifo-vire-du-raec-mons-rednic-fait-partie-des-possibilites-dit-alain-lomme

 
Mənbə: 12cioyuncu.info
Bizim QEYD: Bir neçə gün əvvəl “Futbol+” qəzetində Mirça Redniklə qısa müsahibə getmişdi. “”Rednik “Xəzər Lənkəran” azarkeşlərindən üzr istədi” başlıqlı yazıda o, özü də ad çəkmədən təsdiq etmişdi ki, Belçika klubu onunla maraqlanır və hər hansı problem çıxmasa müqavilə imzalayacaqlar. Bunu istinadla biz də öz saytımız vasitəsi ilə yayımlamışdıq. BURADAN İZLƏ.

2 thoughts on “Belçikanın "Mons" klubu Mirça Redniklə maraqlanır”

  1. Hər vaxtınız xeyirli olsun! Hörmətli Admin, komandamızın yarandığı ilk ilində R.Karayla “Qızıl oyun”a getdik. A.Mircavadovla Cempionluq və Ölkə kubokun qazandıq. Söhbət düşəndə onlardan az-az danışırıq. Bunları xatırlatmaqda məqsədim başqadır.Mirça Rednik isə komandamız üçün etmək istədiklərinin yarısını edə bilmədi, daha doğrusu imkan vermədilər. Buna baxmayaraq Mirça əksər azarkeşlərimizin ürəyində özünə əbədi sevgi qazandı.Bundan sonra da Rednikin hər hansı bir klubda işləməsindən asılı olmayaraq biz tərəfdən xatirlanacaq,haqqında danışılacaq, seviləcək. Ona görə ki, Mirça bu sevgini özü qazanıb.v
    *****
    Sadaladığınız və sadalamadığınız adların hər birinin “Xəzər Lənkəran”ın tarixində öz yeri var. Mirça Rednik isə bütün xarakterlərinə görə ƏFSANƏVİ məşqçidir. Onun ilk gedişi vaxtı mən “Makkabi” (Təl Əviv) oyunundan sonra səhər tezdən 6-da Bakıya qayıdırdım. Gecəni də çox az yatmişdım-1 saat. Həmin ərəfədələ bir həftə idi ki, Lənkərandaydım. “Makkabi” ilə ilk səfər oyununu “Xəzər Lənkəran” azarkeşlərinə “Bosman” fanklubu adından müraciət etmişdik ki, hamı bu oyunu yığışıb stadionumuzdan izləsin. Yadınızdadırsa həmin oyunu ANS kanalı canlı reportaj edirdi. Biz də klub rəhbərliyinə və xüsusən Höccət bəyə müraciət etmişdik ki, bunu stadionumuzun böyük monitoruna ötürsünlər və azarkeşlərimiz də sanki “Xəzər Lənkəran” öz meydanımızda oynayırmış kimi stadiona yığışsınlar. Bu ölkədə və bəlkə də dünyada ilk layihə idi ki, “Bosman” fanklubu tərəfindən həyata keçirilirdi. Bu hadisə səfərdə oynayan komandamıza Rednik vasitəsi ilə xəbər verilmişdi ki, komandamız üçün böyük motivasiya olsun, onlar özlərini orada, rəqib meydanında tək hiss etməsinlər. Sərfəli nəticə ilə dönsünlər. Bizim bu addımımız Rednik tərəfindın də yüksək qarşılanmışdı. Ona komandanı oyuna motivasiya etməkdə böyük köməklik göstərmişdi. Bizim bu planımız baş tutdu. Di gəl ki, orada xüsusi təyinat alan “futbolçularımız” komandaya xəyanət edərək, açıq-açığına üç top buraxdılar. Lakin legionerlərimizin çoxu həmin oyunu yüksək səviyyədə keçirdilər və xəyanət nəticəsində buraxılan toplardan birinin əvızini çıxdılar. Sonra vətənə dönən komandamızı biz burda bir həftə ərzində motivasiya etdik. Son məşq günü və oyunda bu şüar yazılmış plakat açdıq: “ALIN 15 MİN ÜRƏYİ, 2 GOL VERİN!” bizə həmin oyunda 2:0-lıq qalibiyyət bəs edirdi ki, mərhələni keçək. Şüarın mənası da belə idi: “Qələbə üçün oynayan futbolçu meydanda ürəyini qoyur”-deyirlər! Alın biz də sizinlə bərabər meydanda ürəyimizi qoymaq üçün daha 15 min ürək veririk, təki 2 top vurun!” Burada da oyun zamanı xəyanətkarlar öz işlərini görməyə çalışırdılar. Lakin biz oyundan qabaq Redniklə əlaqə saxlayıb, müəyyən qədər bunun qarşısını almağa nail olmuşduq. İndi o xəyanətkarlardan bir neçəsi komandadan uzaqlaşdırılıb. Bəziləri hələ qalmaqdadır. Nə isə cavab qarşılaşmasında hesab 0:0 oldu. Sən demə gecə klubda nələr baş vermişdi…
    Dediyim kimi səhər tezdən Bakıya qayıdanda İslam Cabbarlı mənə zəng etdi. Və Ağa xəbərin var klubda nələr baş verir?-soruşdu. Mən də bilmədiyimi dedim. Hələ Lənkərandan çıxmamışdım deyə, üzbəüz söhbət etmək üçün onların məhəlləsinə getdim. Onun dedikləri, dəhşətli bir şey kimi məni sarsıtdı. Gecə klubda toplantı olubmuş. Rednikə təklif ediblərmiş ki, klub strategiyasını dəyişir. Bundan sonra yerli gənclərdən ibarət olacaq. Rednik də deyib ki, mən bir peşəkar məşqçiyəm, mənim işim uşaq futbolu deyil. Onda deyiblər ki, sən qal, futbolçuların hamısını göndər. Yeni futbolçular alacağıq. Rednik bir böyük insan kimi deyib ki, bu futbolçuların çoxunu mən gətirmişəm. Necə olur ki, onları kənarlaşdırım, özüm burada davam edim? Yox yaxşısı budur özüm gedərəm. Qoy uşaqlar yəni futbolçular avara düşməsin. O hətta bilirdi ki, o futbolçuların içində ona xəyanət edənlər də var. Rednik özü gedibmiş. Nə isə mən pərişan halda yoluma davam etdim. Səhər erkən saatlar olduğundan Elvar bəyi narahat etmədim. Lakin təxminən Salyana çatanda saat artıq 9-un yarısı olardı. Daha gözləməyib Elvar bəyə zəng etdim ki, o daha dəqiqini bilər. Elvar bəydən soruşduqda o olanları təsdiq etdi. Və dedi ki, artıq komanda dağıldı. Rednik və bütün legionerlər əşyalarını toplayıb gecəykən Lənkəranı tərk ediblər. Bu dəqiqə bazada heç kim yoxdur. Deməli komanda dağıldı? Bu sualın ağırlığından daha heç birimiz söhbəti davam etdirə bilmədik. Qəhər adamı necə boğarmış? Danışmağa cəhd eetsək də bu alınmadı. Bir də saat yarımdan sonra özümə gəlib zəng etdim…
    Həmin ərəfədə idi ki Rednik artıq İstanbul hava limanından Elvara zəng etdi və azarkeşlərə deməli olduğu sözüm var dedi: Azarkeşlərlə görüşmədən getdiyinə çox heyfislənirdi və sair və ilaxır. Onlara çatdıracaq sözləri Elvar bəyə demişdi və təbii ki, biz buları saytımız vasitəsi ilə azarkeşlərimizə çatdırdıq. “12ci oyunçu”da eyni fəallıq, deyərdim ki, fədakarlıq göstərirdi. Söhbət çox olsa da bunları yada salmaqda məqsədim var idi. Həmən söhbətdə Elvar bəy bir kəlmə işlətdi. Kəlmə belə idi: “Doktor, bundan sonra bizim BÖYÜK KLUB olma yolundakı ümidlərimiz puça çıxdı”
    Bəli, Rednik “Xəzər Lənkəran”ı Avropa səviyyəsində bir klub etmək yolunu tutmuşdu. Ona görə də hər tərəfdən ona maneələr yaradırdılar. Bunun üçün komandanın və klubun içindən də dəstək tapmışdılar. Hələ bu maneələrə baxmayaraq Rednik böyük nəticələr göstərirdi… Bakıya qayıtdıqdan sonra dözməyib klubun sahibinə bi açıq məktub yazdım. O vaxtı demək olar bütün informasiya vasitələri bu məktubu dərc etdi. Sağ olsun klubun sahibi Mübariz müəllim onda Rednikin qayıtmasına yardımçı oldu. Amma sonralar bədxahlar öz işlərini davam etdirib Mübariz müəllimi də aldatmağa nail oldular. Məktub isə belə idi: http://bosman.at.ua/news/bosman_dan_kapitana_muraci_t/2011-07-24-510

  2. Axşamınız xeyir Mirhafiz müəllim! İlk növbədə dolğun,ətraflı bilğiləndirdiyinizə görə Sisə səmimi minnətdarlığımı bildirirəm. Düzü, yazdığınız faktların çoxundan xəbərsiz idim. İki il əvvəl mənə çox məqamlar qaranlıq idi. Zaman keçdikcə sular durulur, bütün qaranlıq mətləblərə indi aydınlıq gəlir. Demə komandanin stabil çıxış etməməsi, hər il bir neçə baş məşqçi dəyişikliyi komandadaxili siyasətin nəticəsiymiş. Bu siyasətin də ağrı-acısını həmişə biz azarkeşlər çəkib. Heç vaxt ağlıma gəlməzdiki, klubdaxili proseslərin əsl mahiyyətini nə vaxtsa dəqiq ünvandan alacağam.

Comments are closed.