Rednik "Xəzər Lənkəran" azarkeşlərindən üzr istədi

Rumın mütəxəssis bu gün Belçika klubu ilə anlaşacaq
“Xəzər Lənkəran” azarkeşlərinin sevimlisi olan Mirça Rednikin Lənkərana səfəri bu gedişlə baş tutmayacaq. Hələ avqustun sonunda ölkəmizə gələcəyini və yerli tərəfdarlarla görüşəcəyini bildirən rumın mütəxəssisin istəyi baş tutmamışdı. Bunu klubdakı işindən ayrılması ilə əlaqələndirən Rednik daha sonra sentyabrı işarə vermişdi. Görünən budu ki, “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı bu ay da gəlməyəcək.
Son duruma aydınlıq gətirmək üçün dünən səbəbkarla əlaqə saxladıq.Məşqçi yubanmasının səbəbini belə izah etdi: “Lənkərana səfər etməyi inanın ki, sizdən və azarkeşlərdən çox özüm istəyirəm. Ancaq heç cür alınmır. Xatırlayırsınızsa, sizinlə söhbətdə “hansısa klubla müqavilə bağlamasam gələcəyəm” demişdim. Ancaq sabah (bu gün) klub rəhbərliyi ilə görüşüm olacaq. Ciddi heç nə baş verməsə, yeni komandamla müqavilə bağlayacağam. Ad açıqlamayacağam, ancaq Belçika təmsilçisi olduğunu deyə bilərəm. Belə vəziyyətdə Azərbaycana gəlməyim mümkünsüzdü. İlk növbədə işimi həll etməliyəm. Ondan sonra azarkeşlərlə görüşmək üçün vaxt müəyyənləşdirəcəyəm. Cənublu fanatlardan üzr istəyirəm. Sağlıq olsun, ciddi heç nə baş verməsə, qışda 100 faiz gələcəyəm.” 
Həbib          “Futbol+” (20 sentyabr 2013)
 

6 thoughts on “Rednik "Xəzər Lənkəran" azarkeşlərindən üzr istədi”

  1. Rednik teki sesin hemise yaxsi kulublardan gelsin hara getsen Xazer-Lenkeran azerkeslerinin ureyi seninledir.. Ugurlar-MIRCA.

  2. Biz “Xəzər Lənkəran” azarkeşi olaraq Mirça Redniki qəlbən sevirik və hansı ölkədə çalışmağından asılı olmayaraq həmişədə sevəcəyik. Elə bilirəmki nəvaxtsa Rednikə ikinci dəfə komandamızda işləmək nəsib olacaq. ALLAHIN köməyiylə biz o günü görəcəyik. Rednikə uğurlar diləyirəm.

  3. YARALI YERİMİZ, HEYF SƏNDƏN REDNİK!
    *****
    Hər qaranlıqdan sonra bir işıqlı sabah gəlir! İnşAallah bizim də həmin sabahımız uzaqda deyil!

  4. admin skarlatake zedelidir
    *****
    Bəli, verilən rəsmi açıqlamalarda Skarlatakenin zədəli olduğu və hətta komanda ilə birgə məşq edə bilmədiyi bildirilir. Hətta o da bildirilir ki, AZAL-la oyunda iştirak edə bilməyəcək.

  5. Dunen cox calişdim ki ,bu sayti oxuyam.Ne illah etdimse cehdlerim alinmadi.Şukur Allaha ki, bu gun her şey qaydasinda gorunur.Rednik haqqinda mende qisa fikirlerimi bildirirem.Mene ele gelir ki, Rednik baş meşqci kimi Lenkerana gelmeliydi.Bu uzun ve zencirvari prosesde kiminse ve neyinse xetrine bu “BOYUK GELİŞ”-alinmadi.Rednikin gozleme movqeyinde qalmasi ve Xezerde olanlardan sonra nelerin baş vermesi onun ozunden asili deyildi.Menim fikirlerim subyektivde olsa ,obyektivliye bir işare kimi mende tesuraat yaradib.Ona gore indi onun Lenkerana gelmesi hec meslehet deyil.Rednik aqilli ve tecrubeli mutexessisdir.Lazim olan anda addim atmaqi duşunen insanlar cox az sehf edirler.Oda ki, Rednik ola?-Sizce Rednik gelmeliydi?
    *****
    Dünən saytımızın işləməməsinin səbəbini “Bosman” fanklubunun “Facebook” səhifəsində göstərmişdik. İkinci sualınıza gəlincə, buna özünüz şərhinizdə incələmə apararkən çox gözəl cavab varmisiniz.

Comments are closed.