16-cı dünya çempionatı, 1998-ci il. Fransa (VİDEO və Sxematik)

Fransada keçirilən onaltıncı çempionatda rekord sayda – otuz iki ölkənin komandası qatıldı. Turnirin qaydalarında dəyişiklik ondan ibarət idi ki, püşkatma nəticələnmiş hər qrupdan 1/8 final mərhələsinə iki komanda vəsiqə qazanırdı. Çempionatın qalibi Fransa komandası oldu və beləliklə fransızlar ilk dəfə dünya çempionatının qızıl medallarını qazandılar. Qrupların tərkibi belə idi:
 
  A qrupu: 
Braziliya, Norveç, Mərakeş, Şotlandiya
 
    B qrupu: 
İtaliya, Çili, Avstriya, Kamerun
 
    C qrupu: 
Fransa, Danimarka, Car, Səudiyyə Ərəbistanı
 
   D qrupu: 
Nigeriya, Paraqvay, İspaniya, Bolqarıstan
 
     E qrupu: 
Hollandiya, Meksika, Belçika, Cənubi Koreya
 
   F qrupu: 
Almaniya, Yuqoslaviya, İran, ABŞ
 
G qrupu: 
Rumıniya, İngiltərə, Kolumbiya, Tunis
 
 H qrupu: 
Argentina, Xorvatiya, Yamayka, Yaponiya
 
Göstərildiyi kimi hər qrupda birinci və ikinci yerləri tutan komandalar 1/8 final mərhələsinə yüksəldi. Bundan sonra cütlüyün qalibləri ¼ mərhələsini də keçdilər. ½ finalda Braziliya – Hollandiya oyununu azarkeşlər səbirsizliklə gözləyirdilər. Bu oyun hollandlar üçün yaxşı revanş ola bilərdi. Ötən çempionatda hollandlar dramatik bir qarşılaşmaada məğlub olmuşdular. Birinci hissədə hesab açılmadı. Ikinci hissə başlayan kimi Ronaldo hesabı açdı. Hollandiya komandasının cavab topu 87-ci dəqiqədə gəldiş əlavə vaxtda hesab dəyişmədi. Oyun sonrası penaltilərdə isə braziliyalılar fərqləndilər. 4-2.
Digər yarımfinal matçında da fransızlarla xorvatiyalılar görüşürdülər. Fransızlar 46-cı dəqiqədə hesabda geri düşdülər. Lakin cəmi bir dəqiqə sonra Türam hesabı bərabərləşdirdi. Bu oyunda Türam daha bir dəfə 69-cu dəqiqədə fərqləndi.Üçüncü yer uğrunda görüşdə xorvatiyalılar parlaq keçirdikləri çempionatı medalla başa vurmağı bacardılar. Hesab 2-1 oldu. Qolları xorvatlardan 13-cü dəqiqədə Prosineçki, 36-cı dəqiqədə Şuker, hollandlardan isə 21-ci dəqiqədə Zenden vurdu. Finalda fransa komandası həm birinci, həm də ikinci hissəyə əlavə olunmuş vaxtlarda qol vurdu. Birinci hissəyə əlavə olunan birinci dəqiqədə Zidan, ikinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə isə Peti fərqləndi. Hesabı isə 27-ci dəqiqədə Zidan açmışdı. Beləliklə fransızlar layiqli qələbə ilə (3-0) çempion adına yiyələndilər.
 
************************** 
Daha sxematik olaraq bax
**************************
Video izlə

Arxiv: Bosman.at.ua