Gündüz=Gecə və ya Aydın səhər!

Nəhayət, bu mövsümdə keçiriləcək ilk Böyük oyun gəlib yaxınlaşır. Bu ilk qarşılaşma avqustun 25-də Lənkəranda keçiriləcək. Böyük oyun adı, “Xəzər Lənkəran”ın bərpasından və milli çempionatda çıxışlarına başladıqdan sonra, mətbuat tərəfindən, konkret desək, ölkənin bir nömrəli idman nəşri olan “Futbol+” qəzeti tərəfindən bu oyuna verilib. Bu da təsadüfi deyildi. Papasının gül balası “Neftçi”nin önündəkiləri min bir hoqqayla əzişdirdiyi vaxt, bərpasının ilk ilindəcə qarşısında “Xəzər Lənkəran”ı görməsi oldu. Böyük oyunları çox seyr etmişik. Üzüldüyümüz də olub, üzüntülərimizi parlaq qələbələrimizə sevinərək, unutduğumuz da…

Etibar Cəbrayıloğlu: Şərəfi “kitayski” çıxanlar və savaba görə cəhənnəm çəkənlər

“Xəzər Lənkəran”a könül verən dəyərli dostlardan biri zəng eləmişdi. “Kontur” sıxıntısı olmasa da, ətraflı girişə ehtiyac görmədi. Söhbəti qısa elədi, dedi ki, qardaş, İsrail komandası iki oyuna qapımıza 10 top vurdu. Klubumuzun 10 illik yubileyinə 10 qol hədiyyə etdilər. Nə yaxşı ki, “Xəzər Lənkəran”ın 20 yaşı yox imiş…

Sizlərə, “Apasport.az” saytının keçmiş oyunçumuz Juninyonun haqqında verdiyi bir yazıda, onun fikirlərinə olan münasibətimizi təqdim