Adrian Pit: "Birləşib, Toşakı komandadan göndərmək lazımdır" (Müzakirə)

“Xəzər Lənkəran” klubunun keçmiş yarımmüdafiəçisi Adrian Pit MilliFutbol.az saytına müsahibə verib.
– Hal-hazırda hardasan?
– Rumıniyadayam. Evdə istirahət edirəm.
– “Xəzər Lənkəran”la məsələni həll edə bildin?
– Xeyr. Uzun müddət Azərbaycanda qalsam da, problemi çözmək mümkün olmadı. Elə klubun ofisinə getdim, gəldim… Amma dəyişən heç nə olmadı.
– “Xəzər Lənkəran”ın oyunlarına baxırsan?
– Baxıram. Və deməliyəm ki, Toşak “Xəzər Lənkəran”ı pis hala salıb. O, komandadan getməyincə heç nə düzəlməyəcək.
– Toşak “Xəzər Lənkəran”a yeni gələndə səni xoşlayırdı…
– O, sadəcə pulu xoşlayır. Artıq qocalıb. Özünə iş yeri tapa bilmir. Gəlib “Xəzər Lənkəran”a. Burda ona yaxşı pul verirlər. Ona görə də komandada qalmaq istəyir. Qoca vaxtından bu qədər pulu qoyub hara gedəcək? Gəldi, komandada 10 oyunçunu göndərdi.
– Bəs rəhbərliklə öz problemin haqqında danışmamısan? Transfer vərəqəni vermək istəmədilər?
– Yox. Hələ ki məni get-gələ salıblar. Tuyqun Nadirovla danışmışam. O, mənim vəziyyətimi düzəltməlidir. Mən niyə futbolsuz qalmalıyam? Peşəkar futbolçuyam. Mən sadəcə oynamaq istəyirəm.
– Tuyqun Nadirovla da problemin var?
– Yox, mənim problemim təkcə Toşakdır. O, məni komandada görmək istəməyib.
– Komanda 5 oyunda bir qələbə qazana bilməyib…
– Çünki Toşakın vecinə deyil ki, komanda qələbə qazansın. İnsanda qürur olmalıdır. Onda qürur yoxdur. O nə komandanı, nə də azarkeşləri düşünür. Sadəcə, pulu düşünür. Bu adam azarkeşləri, komandanı qətiyyən saymır. Təkcə, fikri-pul, pul, pul…
– Bəs, rəhbərlik onu niyə göndərmir?
– Bunu bilmirəm.
– Redniklə aranda nəsə problem var idi?
– Redniklə heç vaxt problemim olmayıb. Amma o demişdi ki, biz ona qarşı qruplaşma yaratmışıq. Guya mən, Kamran Ağayev və Elvin Beçiri ona qarşı birləşmişik. Onu komandadan göndərmək istəmişik. Amma belə şey olmayıb. Axı bu necə ola bilər? Biz futbolumuzu oynamaqla məşğul idik.
– Ümumiyyətlə onun “Xəzər Lənkəran”a baş məşqçi gəlməyini istərdinmi?
– Əlbəttə. O, dahi bir məşqçi idi. Amma xarakterində bəzi problemlər var idi. Ümumilikə isə, o, komandanı yenidən əvvəlki gücünə qaytaracaq bir məşqçidir.
– Son olaraq, azarkeşlərə nə deyərdin?
– Azarkeşlərə onu deyərdim ki, çalışıb Toşakı birlikdə komandadan göndərmək lazımdır. Yoxsa, “Xəzər Lənkəran” bundan da pis vəziyyətə qalacaq.
Mənbə: millifutbol.az
 
“Bosman.az” redaksiyası olaraq, bu mövzunu azarkeşlərin müzakirəsinə çıxarmaq istədik:
1.Pits burda göstərir ki, komandanın ofisinə çox gedib gəldim amma problemimin həllində heç bir irəliləyiş yoxdur. Belə olan halda əslində klub rəsmilərindən şikayətçi olmalı olan Pits onlarla heç bir problemin olmadığını deyir və Toşakla problem yaşadıöını deyir. Toşakın bura pul üçün gəldiyini, düşündüyünün ancaq pul olduğunu dəfələrlə söyləyir. Fikir verin necə tanış sözlərdi. Özü də bu bir əcnəbinin dediyi sözlər deyil, onların təfəkkür tərzinə uyğun gəlməyən sözlərdir. Burdan milli iy gəlir. Hansısa milli qüvvə onu belə deməyə sövq edir. Yəqin qarşılığında komandada qalıb əvvəlki maaşını alacağına həvəsləndirir. Amma o başa düşmür ki, özündən əvvəlki belə işlərdə əl oyuncağına çevrilən qurbanlıqdır.
2.Nadirovla danışmışam, peşəkar futbolçuyam, oynamaq istəyirəm, o mənim vəziyyətimi düzəltməlidir. Deməli müəyyən “işləri” görmək müqabilində ona komandada qalmağı söz veriblər. Bax milli iy də burdan gəlir.
3.Komandanın 5 oyunda qalib gələ bilməməsini əsas gətirən Pits Toşakın getməli olduğunu deyir. Əvvəla sən kimsən ki, məşqçinin qalması və ya getməsi haqqında fikir bildirirsən. Klubun rəhbərliyinin cavabdeh olduğu işə niyə uzun burnunu soxursan? Deməli hardan yönləndirildiyini dolayısıyla ortaya qoyursan.
4.Mirça Rednikin “Xəzər Lənkəran” azarkeşləri arasında necə hörmətə malik olmasından bəhrələnməyi tapşıranların göstərişiylə, Redniki olduqca tərifləyir, onun dahi məşqçi olduğunu söyləyir, komandanı bu vəziyyətdən ancaq onun çıxara biləcəyini deyir. Bəs onda biz Redniki müdafiə edəndə kim idi ondan şiayət edən 6 futbolçu. Nə oldu onların aqibəti? Rezin kimi kullanılıb, tullanmadılarmı? Üstəlik biz azarkeşlərə də birləşmə çağırışı edir ki, gəlin Toşakın məsələsini həll edək. Ah rezin, elə bilirsən hamı rezin materialdandır? Xeyir! Azarkeşlərin içərisində polad, dəmir, və sair gözəl və möhkəm materiallar var!
5.Sonda, Avropa klublar birliyi təşkilatına üzv olan “Xəzər Lənkəran”, məşqçi problemini oyuçuların əli ilə belə formada həll olunmasına görəsən həmin təşkilat necə münasibət bildirər bu yeni üzvünə?
6. Ən sonda: Biz klubda adət halını alan və getdikcə klubu dərin uçuruma sürükləyən, xüsusi ilə bu gün ona qarşı da olan hamı tərəfindən Mirça Rednikə göstərilən haqsız münasibətdə iştirak etməmişik və bu gündə belə işlərdə yoxuq! Bunun nəticəsi klubun bu gün dünyada məşhur bir baş məşqçi ilə uğur qazana bilməməsidir. Ola bilər Toşak bəlkə də komandaya xeyir verə bilməsin. Amma bu Pitsin dili ilə deyilən bu çirkin oyunların da iştirakçısı olmamalıyıq!

23 thoughts on “Adrian Pit: "Birləşib, Toşakı komandadan göndərmək lazımdır" (Müzakirə)”

  1. Biz necə ki, Mirça Rednikə qarşı futbolçuların əli ilə “torba” tikiləməsinin əleyhinə olmuşuq və bu halı kəskin şəkildə pisləmişik, eynən də Adrian Pitsin də bu çağırışına əks münasibət bildiririk. Biz sadə azarekeşlər, heç bir çirkin işlərdə iştirak etmək istəmirik. Əgər baş məşqçi öz işinin öhdəsindən gələ bilmirsə buna etirazı azarkeşlər “istefa” şüarı ilə bildirə bilərlər. Baş məşqçini işindən göndərmək isə klub rəhbərliyinin işidir. Adrian Pitsin separad çağırışları bir şeytani işdir, vəssalam.
    *****
    İlk və düzgün reaksiya “12ci oyunçu”dan gəldi. Biz bu mövqeyi ən düzgün olanı kimi qəbul edirik.

  2. Pits deyir ki, “O, dahi bir məşqçi idi. Amma xarakterində bəzi problemlər var idi”. Görəsən, M.Rednikin xarakterində hansı problemlər var?. Bəzi oyunçular buna görə də komandada qalmaq isəməmişdilər,komandanı tərk etdilər: Parks, VObay və b. Niyə ona sual olunmur bu barədə.
    *****
    Əslində bu suala həmin oyunçular özləri ayrı ayrı vatlardakı müsahibələrində istəmədən də olsa cavab veriblər. Kamran Ağayevdən tutmuş hamısının çox sonrakı müsahibələrində, indi də Pitsin fikirlərində onun dahi məşqçi olması daim vurğulanıb. Yeganə səbəb kimi onun həddən artıq tələbkar və olduqca nizam-intizam tələb edən bir məşqçi olmasını göstəriblər. Hamımızın yadındadır ki, bizlər də şagird və ya tələbə olanda tələbkar və nizam-intizam tələb edən müəllimi sevmirdik. O, müəllimi sevirdik ki, o boş buraxırdı. Onlardan isə biz heç nə öyrənə bilmədik. Nə öyrəndiksə Tələbkar müəllimdən öyrəndik. İndi çox illər sonra da onlara çox sağ ol deyirik! Allah dünyasını dəyişən belə müəllimlərimizə qəni-qəni rəhmət eləsin!

  3. Pits senin kimi v….y adam birde ozunsen. get ogras birde bura gelme.. Rednikin torbasini sen tikdin indide, qedim xalq olan talislari aldatmaq isteyirsen? sen kimsenki sari p…x …
    *****
    Şərhiniz qismən redaktə olundu. Bu saytımızın qaydalarına müvafiq şəkildə edildi. Yalnız Azərbaycan teleməkanında da işlədilən bəzi sözlər saxlanmaq şərti ilə… (Yəqin ki anlayışlı olarsınız).

  4. Her vaxtiniz xeyirli olsun.
    “Onu komandadan göndərmək istəmişik. Amma belə şey olmayıb. Axı bu necə ola bilər? Biz futbolumuzu oynamaqla məşğul idik”–Bunu deyen Pit bes indi niye gedib futbolun oynamir ve ya sabiq komanda yoldashlarinin futbol oynamasini istemir.Axi deyir peshakar futbolchudur.Eger peshakardisa gedib trasfer vereqesini alsin gedib peshakarcasina ozune kulub tapsinda..Yoxsa o da qocalib dishleri tokulur artiq..
    “Əlbəttə. O, dahi bir məşqçi idi. Amma xarakterində bəzi problemlər var idi.”–Ay hormetli Pits mence senin xarakterinde problemler var.Eger Rednikin xarakterinde problemler olsa idi gedenden sonra butun bildiyi daha dogrusu bashina getirilen problemleri sizin kimi agina bozuna baxmadan danishardi ve ya kimlerinse sifarishlerini yerine yetirerdi.
    Sizin dediyiniz DAHI MESHQCHI sozu her seyden xeber verir.Daha elave serhe ehtiyac yoxdur.
    P.S. Bizlerde buna bele deyirler ” Qinindan cixib qinini beyenmeyenler”…
    ******
    Əhsən!!! Bu cür yanaşmanı və bir iki nüansa özümüz toxunmayıb, azarkeşlərin ixtiyarına buraxmışıq. Bir daha Əhsən!

  5. Xəzərsebərləri salamlayıram! Pits özüdə bilmədən vaxtiylə arxadan zərbə vurduğu Redniki dahi məşqçi adlandırır. Biz sadə azarkeşlər Rednikin dahiliyin işlədiyi ilk aylarında gördük və ovaxtlar çoxlarından eşitdiyim, “Rednik əsl Lənkəranlıdır” kəlməsi indi də yaddaşimdadır. Onsuzda ovaxtlar Rednikin əleyhinə gedənlər onun dahiliyin ayrı-ayrılıqda özləri təsdiqləyiblər. Qaldı peşəkar futbolçu yox, çoxüzlü fiqur olan Pitsin sonrakı aqibətinə, “Xəzər Lənkəran”da ona yer yoxdur.
    *****
    “Çoxüzlü” Çox düşündürücü məqamdır. Hər üz harəsində gör neçə saat danışmaq olar! Bu üz niyə yarandı?, Məqsidi nə idi o üzün?, Kim tərəfindən yaradılmışdı?, İlk təzahürləri necə başladı?, Nə qədər davam etdi?, Davam etdiyi müddətdə hansı “işlər” gördü? və sair və ilaxır… Bu sual və cavab toplusundan gör neçə tom kitam çıxar?

  6. towak getmelidi yerine Rednik gelmelidi
    ******
    Getmənin də gəlmənin də kişi yolları var, biz həmişə bu yolu tövsiyyə etmişik. Yoxsa, torba… nə bilim nə…

    • Rednikin aliliyi ele onun exlaqindadir.Men Rednik kimi Xaricilerin eleyhine deyilem.Men ele Pits kimilerin eleyhineyem.
      *****
      Bax budur əsl düzgün yanaşma!

  7. Salam.Piti idmana yaraşmayan bir şəxsiyət kimi qəbul edirəm.Pit şagirddirsə Rednik və ya Toşaq onun müəllimidir.O,hər iki müəllimin üzünə ağ olan nankor şagirddir.Pitin dediyindən elə çıxır ki,Baş məşqçi komandadakı oyunçularının ayrı-ayrılıqda istədiyi halda həmən məşqçi o,komandada işləyə bilər.Bu heç bir dəftər-kitabda yazılası şey deyil.Toşaqın komandada qalmağının mən də tərafdarı deyiləm.Mən də düşünürəm ki,komandanı düşmüş bu vəziyyətdən yalnız Rednik çıxarda bilər.Ancaq Toşaqın getməyini İstefa deməklə həll etmək lazımdır.
    ******
    Rakif müəllimi salamlayırıq! Əsl ağsaqqal yanaşması nümayiş etdirdiyinizə görə də çox sağ olun!

  8. pit dogru deyir bele etmek lazimdir
    ********
    Deyəsən Pitslə həmfikir olan biri də var. Amma başa düşmək çətindir ki, komandadan göndərilən birisinin gedib öz vətənində oturaraq, buradakı azarkeşləri baş məşqçiyə qarşı birləşməyə çağırması nə dərəcədə məntiqlidir? Buyurun izah edin.

    • bes admin komanda niye bu gundedi
      *****
      Hər halda bunun çeşidli səbəbləri haqqında çoxlu yazılarımız gedir. Yəqin izləməmiş deyilsiniz.
      Biri də bu. Komandadan kənarlaşdırılan oyunçu Rumıniyadan oturub azarkeşlərlə birləşib Toşakı kənarlaşdırmağa çağırırsa, və klub rəsmiləri buna reaksiya vermirsə… Səbəbləri başa düşmək elə də çətin görünməməlidi.

  9. Hormetli Admin!-Futbolumuz haqqinda duşucelerimi Sizle paylaçmaq isteyirem.Qapi-qapi duşub kenardan minnetnen bir ele de ustaliqi olmayan oyuncular getirmekle biz hec neye nail olmayacaqiq.Esas yerli futbolculardan ibaret sabit kamanda yaratmaqdadir.Futbolumuza rehberlik edenlere uzumu tutub deyirem:Azerbaycan Respublikasi dovlet musteqilliyini artiq mohkemlendirib.Siz ise bizi geriye cekirsiniz,futbolumuzugetdikce daha cox xaricden asili veziyyete salir,kamandalarimiza kenar olkelerden bir-birinin ardiycaaşaqiseviyyeli oyuncular devet eleyirsiniz.Niye?Hani onlarin faydasi?Bir halda ki,kamandamiz ;yorulmadan,usanmadan; heqaretli qaydada hey uduzursa,olkenin nufuzuna xelel getirirse ,xalqimizi xecil edirse …bunun sebebi ciddi araşdirilmalidir. Fikir verirsinizmi? Futbol matcindan once stadionda Azerbaycanin dovlet himni seslendirilende kamandakimizdaki yadelliler neinki bizimkilerle birlikde Milli Marşimizin ifasina qoşulmur,hec faraqatda durmurlar.Bu aciq-aşkar o demek deyilmi ki,;biz sizden deyilik?;.Belelerinden ne ummaq olar?. Muntezem uduzuruqsa qoy ele oz yerli idmancilarimiz oynasinlar.Uduzurlarsa da ustalaşsinlar.Şexsen men guman elemirem ki,oz idmancilarimiz uduzmaqa bu qeder ;dozumlu; olsunlar!.Kenardan ;devet edilen; muzdlu futbolculara xerclenen vesait yerli yeniyetmelere ve gehclere cani-qani,varliqi ile doqma yurdumuza baqli olanlara serf edilse Azerbaycanin ozunde kifayet qeder usta futbolcu yetişer.Futbolumuzda memleketimiz kimi esil musteqilliyine qovuşar,meqlubiyyetlerden qurtular,qelebelere doqru irelileyer.
    ******
    Sadaladığınız, belə demək mümkünsə, modellərin hamısında uğur qazanmaq mümkündür. Dünya təcrübəsində bu modellərin hər biri ilə uğur qazanan ölkələr və klublar kifayət qədər olub. Yetər ki, həm ölkə futbolunda, həm də klubun futbol siyasətindəki işlər düzgün qurulsun. Heyhat…

      • Birde Siz dediyiniz xarici idmancilar ikiqat seviyyelidir axi!?-Ele Turkiyede oynayan xaricilere baxsaq gorerik ki, onlarin seviyyesinde Azerbaycanda futbolcu yoxdur.Turkiyede olan legionerler turk dilini ezber bilir.Bes bizde?-Pfl bir himni 28-mayda numayiş etdirdi….gulmelidi vallah!
        *****
        O cumlədən də İstiqlal Bayramımıza hörmət etməyən Stamenkoviç!

  10. “Xəzər Lənkəran”ın qapıları Pits və pitskimilər sinfindən olanlar üçün birdəfəlik bağlanmalıdır.Birdəfəlik ona görə deyirəmki, qoy obirilərinə dərs olsun. İspaniya kimi futbol ölkəsindən gəlmiş Edu müsahibəsində bildirirki, indiki komandasında futbolçuya lazım olan bütün şərait var.On ballıq şkala ilə on bala layiqdir. Onda qeyri-ixtiyari beləbir sual yaranır.Niyə On ballıq şəraiti olan pitskimilər, komandada futbol oynamaqla yox, cürbəcür qeyri işlərlə məşğul olurlar?
    *******
    Bəzən bolluq adamı qudurdur, nəvaziş də ərköyünləşdirir. Pits ayrıca “Palmalife”da bəslənəndə axırı belə olmalı idi.

  11. Elə ona görə deyirəm də, azarkeşlərin gözündən düşən pitskimilərə, “Xəzər Lənkəran”ın qapıları birdəfəlik bağlanmalıdır, vəssalam! Qoy bunu rəhbərlik də bilsin və pitskimiləri ayrıca bəsləməsinlər.

  12. hər halda Pits futbolçumuz olub özüdə yaxşılardan gəlin üstünə çox getməyək.Onun bu işdə günahı varsa mən də bunu pis qarçılayıram.qoy bu əməlinə görə rəhbərlik onun qiymətini versin o biz azərkeşlər üçün pis futbolçu olmayıb nə tez unutduq axı bız unutqan deyilik.
    Onun bu cağrışlarını mən də pisləyirəm belə olmaz bu kimi hallar komandanı bu günə saldı Pitsin bu çağrışları bir daha onun bu işlərdə əli olmasını subut edir.Mən də Toşakın tərəfdarı deyiləm.Amma yenə deyirəm ki, biz azərkeşlərə pis olmadığına görə biz onun ustünə getməyək.
    *****
    Biz onun üstünə getmirik ki?, O özü buna rəvac verir. Atalar demişkən “Özü yıxılan ağlamaz” bir də “Cəhənnəmə gedən özünə yoldaş axtarar”.

  13. Kamandada əhval ruhiyyənin mehribançılıqın olmasını arzulayırm.Kamandada bu amil olanda qələbə qazana biləcək.Amma komandanın növbəti qurbanının Ağabala Ramazanovun olacağını stisna etmirəm.Bir az davranışlarında və özündən razı olması məndə bu fikiri yaradır.Elə bilirəm fikrimdə yanılmıram.
    *****
    Elə bilirik ki, Ağabala sizin bu dəyərli fikirlərinizi buradan oxuyar və yaxşı mənada nəticə çıxarıb dönüş edər.

Comments are closed.