Ad günün Mübarək, İslam bəy!

Fədakar insan, sədaqətli dost!
İslam Cabbarlı haqqında, onun fəaliyyəti barədə yazı yazmaq heç də asan deyil. Nə qədər çalışsam da onun əzab-əziyyətlərini qələmə almağa heç cür gücüm çatmir. İslam bəylə şəxsi tanışlıq hələ ki, mənə qismət olmayıb. Yalnız internet vasitəsilə “Fırtınalar Meydanı”nda Mirhafiz müəllimlə birgə çəkdirdikləri fotoşəkilini görmüşəm. Məsələ burasındadır ki, onu tanıyanların fikirlərini eşitmişəm və izləmişəm.
Hüseyn bəy Cəbrayıloğlu öz yazısında İslam bəy barədə belə yazıb:
Bircə o xatirimdədi ki, tanıdığım insanlar arasında ən pozitiv insandı. Di gəl ki, heç vaxt cibimdə pul, əhvalım da yaxşı olanda onu axtarmamışam. İslamı qəmgin olanda, cibdə pul olmayanda axtarmağın öz ləzzəti var. Bu insan həyatı boyu özündən qat-qat ağır yükü daşıdığından mənim, digər dostların dərd yükünü də asanca çiyninə almağa hazır olub.
İslam bəy barədə məlumat topladıqca bu insanin mübarizliyinə, vətənpərvərliyinə, sədaqət və mehribançılığina yaxşi mənada qibtə edirəm. Hələ gəncliyində heç də həyat bu insanın üzünə gülmədiyi bir şəraitdə əyilmədiyinin və qarşısına çıxan problemlərə qarşı sınmadığının şahidi oluram. İslam bəyin həyatı “Bir gəncin manifesti”nə, həmçinin məktəb illərində oxuduğum “Polad necə bərkidi” əsərinin baş qəhramanına oxşayır. Mübarizlik, həyat eşqi, torpağa sevgi və başlıca olaraq, camiyəmizə məhəbbət bu insanın sümüyünə işləyib. Bununla yanaşı olaraq, dost cəfakeşliyini asanlıqla boynuna göturərək hər cür əzab-əziyyətə qatlanmaq kimi yüksək xüsusiyyətlərini qəlbində daşıyır.
İslam müəllim böyük nəsildən olan nüfuzlu bir ailədə dünyaya gəlib. Yenə Huseyn bəyin yazısında oxuyuram:
“İslamın ata ocağında 90-cı illərin əvvəlində inqilabçılar çox yığışıb və deyilənə görə 60-70-ci illərdə keçmiş prezident Heydər Əliyev də onların evində bir neçə gün qonaq olub. Amma, mən, o evə ayaq basanda İslamla tanışılığım belə yox idi. Hələ o zaman İslamın böyük qardaşı İlhamın yanında yetişən gənclərdən biri idim. İslamı nə vaxtdan tanıdığımı xatırlaya bilmirəm, amma yadımdadı ki, həmin ev satılandan sonra aldıqları “Finski ev”in həyətində mən və dostlar onun başına yığışıb maraqlı söhbətlərinə çox qulaq asmışıq. İslam bəzən aylarla evini, ocağını Xəzər dənizindən tutduğu balıqlarla dolandırıb. Yox, satmayıb, ocaqlarında aylarla elə balıq yeyilib. Amma Xəzər dənizinin balıqlarından xeyir görsə də, qazından xeyir görməyib. Ona görə də körpə uşaqları üşüməsin deyə anasının 60 il öncə gətirdiyi cehiz stol və stulları yandırıb evini isidib. Bəlkə ona görədi ki, qazla dolanan kluba xüsusi allergiyası var.”
İslam bəyin ən böyuk sevgisi “Xəzər Lənkəran”dir. İslam bəy bu komandanın vurğunudur. Bu komandaya görə şəxsən mənim heç xəyala gətirmədiyim yaxşılıqları edib. Əlindəki son qəpiyi də bu komandanin nailiyyətləri üçün əsirgəməyib. Lakin zaman-zaman bəzi paxıl insanların qəzəbinə tuş gəlib. Amma heç vaxt iradəsindən dönməyib.
“Xəzər Lənkəran”ın oyunlarına gəlmək üçün bilet pulu olmayanda bu dəfə stadionun yaxınlığından keçən Lənkərançaydan balıq tutub, Həm də azarkeşlərin səs-küyündən həzz alıb. Hüseyn bəyin yazısında oxuyuram ki, bir gün indiki “Türk lahmacun”un yerləşdiyi kafedə “Xəzər Lənkəran”ın fəal azarkeşləri ilə qızğın müzakirə gedəndə, mən də ora gəlib çıxdım. Elə bu görüşdə etdiyim təkliflə dediyinə görə “onu zibilə salıb özüm də aradan çıxmışam”. “12-ci oyunçu” həmin kafedəki müzakirələrdən sonra yaranıb. Yarandığı gündən indiyə qədər etdikləri, fədakarlıqları ölçüyə gəlməz.
Bu gün kifayət qədər oxunan və qəbul olunan “12-ci oyunçu.info” saytının bu səviyyəyə çatmasi heç də asan baş verməyib. Buna görə yuxusuz gecələr keçirib çox haqsız iradlara rast gəlib. Sonu görünməyən hədə-qorxularla üzləşib. Amma yorulmadı, bezmədi və sədaqətini bu gün də sürdürür.
Bu gun İslam bəyin yaşının üstünə bir yaş da gəldi. Hər ilini necə keçirdiyini bəlkə də hiss eləmir. Hiss olunan odur ki, bu gün İslam bəyi sağlam düşüncəli gənclər sevir. Ətrafinda olan dostları və heç vaxt tanımadığı insanlar sevir. Onun sədaqətliyi bir məktəbdir. Bu insanın heç vaxt vəfa borcu, sədaqət borcu, vətən borcu olmayıb. Təki, belə borclardan uzaq olasan İslam bəy!. Sizi təbrik edirəm və sizə can-sağliği arzu edirəm. Doğum günün mübarək!
Zəfər Lerikli
Biz “Bosman” fanklubu və onun nəşri olan “Bosman.az” saytı adından Zəfər bəyin bəhs etdiyi bu dəyərli insana ilk növbədə can sağlığı, əmin amanlıq, uzun mənalı ömrün davamını arzulayır və canı qədər sevdiyi “Xəzər Lənkəran”ı zirvələrdə görməyin nəsib olmasını Allahdan təvəqqe edirik.
Ad günün Mübarək, İslam bəy!
 

12 thoughts on “Ad günün Mübarək, İslam bəy!”

  1. Mənim üçün böyük xoşbəxtlikdir ki, Mirhafiz Babayevlə eyni gündə ad günümüzü qeyd edirik. Fürsətdən istifadə edib Mirhafiz bəyi 48-yaşıın tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
    Eyni zamanda məni təbrik edən bu saytın timsalında “Bosman” fan klubuna təşəkkür edirəm. Əlbəttə ki, qeyri adi layihə ilə çıxış edib, zəhmət çəkərək hər ikimizi ayrı ayrı yazılarla təbrik edən Zəfər bəyə minnətdarlığımı bildirirəm.
    *****
    Çox sağ olun, İslam bəy!
    _________________
    Adın kimi, yaşıl rəngə boyandıq,
    Yaşıl rənglə yatdıq, durduq, oyandıq.
    Vurğunuyuq, bu hər iki yaşılın,
    Biri dinim, birini də el, sandıq!

  2. Men de sizi tebrik edirem can saligi uzun omur arzulayıram.. Siz heqiqeten de dahisiniz….

  3. http://sportinfo.az/news-12392
    *****
    Sportinfo.az saytına və redaksiyasının bütün kollektivinə fanklubumuza və onun rəhbərinə ayırdıqları diqqətə görə təşəkkür edirik. Siz də diqqətinizə görə çox sağ olun, Zəfər bəy!

  4. Deyərdim ki, bu da bir olan Allahın hikmətidir ki,azarkeşlərimizə doğma olan bu iki şəxsiyyəti eyni gündə dünyaya gətirib və eyni məram, məqsəd, əqidə sahibini “Xəzər Lənkəran” ətrafında birləşdirərək Bizlərə bəxş edib. Belə əqidə sahibləri “Xəzər Lənkəran”ımızın qürur mənbəyidir!
    İslam müəllim! Mirhafiz müəllim! Ad Gününüz Mübarək!!!
    *****
    Çox sağ olun, Qabil bəy! Sizin kimi dəyərli ziyalılarımızın xoş sözlərindən həm İslam bəy, həm də Mirhafiz bəy çox razılıq ifadə edirlər.

  5. Islam Bey ve Mirhafiz Beyi dogum gunu munasibetile tebrik edirem. Sizin kimi gozel insanlarin etrafinda olmaq bize sherefdir. Allahdan sizlere can sagligi, gozel omur arzulayiram. Ad gununuz mubarek olsun!
    *****
    Dəyərli insanlarımıza dərin təşəkkür edirik. Çox sağ olun!

  6. SPORTINFO AZ YENE YALAN VE YA DOGRU YAZIR KI, REDNIKLE 10 GUN DAVAM EDEN DANISIGLARA YEKUN VURULUB. TEREFLER BUTUN MESELELERDE ORTA MEXRECE GELMISDI. RUMUN MUTEXESISI 12 MILYON BUDCE ISTIYEREK XL NA 6 LIGYONER GETIRMEKLE GELEN ILDE XL CEMPION ETMEYE SOZ VERMISDIR. DEYILENLERE INANSAG REDNIK OZU MUSTAFADAN 4 DEFE AZ MEBLEGE XL GELMEYE RAZI OLUB . LAKIN MUSIKIN ISTEFA VERMEMESI REDNIKIN YOLUNU BAGLAYIB

  7. Günün sonuna doğru özümə borc bilirəm ki, məni təbrik eləyən, başda “12cioyuncu.info” , “Sportinfo.az” saytlarına, təbrik mətnini hazırlayan Zəfər Lerikli qardaşımıza, “Rakif”, “İslam”, “Azərbaycanlı”, “Telman”, “Ronaldo”, “R.S”, “TALIŞ!!!!!”, “Nazim”, “Qabil”, “Vaqif Rəşidov”, “Avazali”, “Raul”, “Wehriyar LİMANLİ”, “Raf”, “LENKERAN ASHİQİ”, “Anar 550”, “Razi”, “MALİK”, “Demir Agaci”, “Ali” niki ilə yazıb ürək sözlərini bildirən qardaşlarımızın hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirmək istəyirəm. Bu saatdan sonra da hər bir təbrik edən olacaqsa, onlara da təşəkkür borcumu çatdırmağı özümə bir daha borc bilirəm. Hər birinizə ayrı-ayrılıqda təşəkkür etsəm də bizi birləşdirən “Xəzər Lənkəran” amlili var! Alqış bizi birləşdirən bu amala, alqış bu amalı zəhməti ilə ürəklərində yaşadanlara! Qoy, bu amal hamımızı ürək dolusu və daim sevindirsin! Biz bu amalı yaşatmağa borcluyuq! Bir daha hamınızdan bu dərin təşəkkürümü səmimi qəbul etməyinizi xahiş edirəm. Həmişə var olun!
    Hörmətlə: Mirhafiz M. Babayev

  8. Axsaminiz xeyir eziz Xezer severler.Men de butun tebriklere qosuluram.Tebrikimin gec olmasina baxmayin,eziz dogulanlar.Menim de Islam bey haqqinda bir xatirem var.Islam bey bazarda isleyende men Xezer haqqinda xeber almaq ucun onun yanina gedirdim.Bir defe musahide etdiyim hadise mene cox maraqli geldi.Kim Islamin yanindan kecirdi,taniyan tanimayan Xezer haqqinda sual verirdi.Islam hamina bildiklerini basa salirdi.Men ondan sorusdum ki,ay Isi sen ne qeder eyni seyi tekrar-tekrar hamina basa salirsan.Men olsaydim bezerdim.Onun cavabi bele oldu ki,bu tebligatdir,men ideyama lazim olsa her seyi qurban vererem.Onda men gordum ki,ideya ugrunda nece fedakarliq gostererler.Bir de menden yasda kicik olsa da dunya malina heris olmamagi ondan oyrenmisem.Sayti nece cetinlikle yaratmaginin sahidi olmusam.Bu dogum gununde ona en esas can sagligi arzulayiram. Dostumuz doktoru da semimi qelbden tebrik edirem ozume arzu etdiklerimi ona arzu edirem.Isiniz ugurlu olsun.
    *****
    Təşəkkür edirəm, Mübariz bəy! Doğrusu İslam bəyin haqqıda gündə bir yaxşı söz eşidirik və bu qurtarmaq bilmir. Çünki onun dəyərli əməlləri tükənməzdir. Adı kimi, İslamda (dinimizdə) belə buyrulub ki, pislik görsən də sən yaxşılığından qalma! Ta o vaxta kimi ki, pislik edən əməlini başa düşüb ondan əl çəksin! Əgər əl çəkmirsə (islah olunmasa), onda Allahın izni ilə ona haqq etdiyi cəzanı ver! Bizim İslam bəy də bunu çox dəqiq və yaxşı bacarır. Onun bu əməlindən də öyrənmək lazımdır, çoxlarımıza. Və məni xoş sözlərlə təbrik etdiyinizə görə bütün qardaşlar kimi sizə də sonsuz minnətdarlığımı bildirirəm.

  9. Salam.Saytlarin duzgun olmayan informasiyalarina inanmayin.Onlar saytlari oxunsun deye yalandan yazilar yazir pul qazanirlar.Erdoganin Mustafa hcani Mubarizle gorusmesinde hec bir rolu olmuyub.Gorusde butun meseleler arasdirilib prizident hocaya guvenerek ona isinde ugurlar arzuluyub.Ay qardaslar besdirin Redniki dag basina qoyduz.Rednik iki il erzinde bir defe kubok qazandi.Tosak ise bir il erzinde super kuboku qazandi.Biz hemin adamlariq Tosaki istefa cagirirdiq.Tosakin kuboku Rednikin kubokundan ustun olub.Gelin Redniki dag basina qoymayaq.Imkan verin Mustafanin bir ili tamam olsun gorek nece komanda yaradir.Bezileri deyir ki,Mustafa Redniki tanimayib.Axi neye gore Mustafa Redniki tanimaliydi? Redniki kicik ehate taniyer.Mustafanin onu tanimamasinda hec bir qebahet yoxdur.Gelin ozumuze hormet qoyaq.Rehberlik Mustafaya inanib yollarini davam etdirirler.Bele seyler yazaq ki,sozumuz yere dusmesin.Sozumuzyere duse-duse hormetden de dusuruk.Rehberlik kime ne qeder pul verir oz aralarindadir.Pul bizlik deyil.Kim ne qeder pul qazanir halal xosu olsun.Bize ancaq oyuna baxmaq qalacaq.Ona gore de ozumuze aid olan seylerden yazaq.Insallah Mustafa guclu komanda yaradacaq.
    *****
    Mübariz bəy, mən düşünmürəm ki, Mustafa Denizli Redniki tanımasın. Birincisi Redniki tanımamaq mümkün deyil! İkincisi də sənətinə və şəxsiyyətinə hörmət qoyan hər bir məşqçi, suala belə cavab verməz. Bunlar hamısı o, uydurma qəbildən olan söz-söhbətlərdir. Necə olur ki, Avropanın mərkəzində, adlı-sanlı komandaların məşqçisi olmuş və gözəl nəticələr əldə etmiş bir mütəxəssisi tanımayasan? Özün də bu sistemdə ola-ola. Həmin cavabı yalnız kötük olan adamlar verə bilər ki, Denizli belə mədəniyyətsiz adam deyil! Uydurmalar “Xəzər Lənkəran”ın ətrafında həmişə baş verir. Gərəkdir ki, bunlara boş verək!

Comments are closed.