“Xəzər Lənkəran” camiəsində əvəzsiz xidmətləri olan bir sıra insanlar var ki, onlar heç zaman unudulmayacaq və tarix yazıldıqca onlara da öz səhifələrinin əbədi sinəsində yer verəcək, daha doğrusu artıq yer vermişdir, deyə bilərik. Bu gün belə simalardan biri olan Anar Məmmədlinin 39 yaşı tamam olur. Biz “Bosman” fanklubu adından Anar Məmmədlini bu münasibətlə təbrik edir, can sağlığı və xoşbəxt gələcək arzu edirik. Qoy onun uğurları bundan sonra da davam etsin və “Xəzər Lənkəran” camiəsində daha böyük uğurları ilə sevindirsin. Anar Məmmədli həm də camiəmizin ayrılmaz bir hissəsi olan “12-ci Oyunçu” azarkeş qrupunun yaradıcılarından olub və onun haqqında daha ətraflı tarixi arayış verən “12cioyuncu.info” saytının həmin təbrik materialını nəzərinizə çatdırırıq:
Stadionumuza “Fırtınalar meydanı” adını o verdi…
“Xəzər Lənkəran” camiəsinə əvəzsiz xidmətlər göstərmiş Anar Məmmədli bu gün, 39-cu doğum gününü qeyd edir. İlk olaraq qeyd edək ki, hələ 2005-ci ilin mayından başlayaraq “Xəzər Lənkəran” camiəsinin müdafiəsini mətbuatda təmin etməyə çalışan Anar bəy, sonralar “Futbol+” qəzetinin ilk bölgə müxbiri kimi cənub futbolunun tarixinə düşdü. Cənublu futbolsevərlərin haqqında ən yükəsk fikirləri ilə mətbuatda çıxışlar edən Məmmədli “Futbol+” qəzetində çalışdığı müddətdə yalnız “Xəzər Lənkəran” azarkeşlərinin mənafeyini müdafiə edirdi.
Hazırda bir çoxlarının dilinin əzbəri olan “Fırtınalar meydanı” adının “Xəzər Lənkəran” stadionuna verilməsi də Anar Məmmədlinin əməyidir. Beləki, bu arenaya “Fırtınalar meydanı” adını məhz o vermişdir.
“Futbol+” qəzetindəki fəaliyyətinə son verdikdən sonra Anar Məmmədli “12-ci oyunçu”nun yaradıcılarından və üç təsisçisindən biri olmuşdur. “12-ci oyunçu” MFK-nın “Fırtınalar meydanı”nda həyata keçirdiyi bütün layihələrin təşkilatçılarndan olan Anar bəy, həmçinin “12-ci oyuncu”nun ən böyük layihələrindən olan və hazırda da Azərbaycanın ilk və yeganə azarkeş saytı olaraq çalışan 12cioyuncu.info saytının təməlini qoymuşdur.
“Xəzər Lənkəran” camiəsi üçün əvəzolunmaz xidmətləri olan Anar Məmmədlinin bu şad günündə biz də təbrik edir, ona can sağlığı və ömür yolunda uğurlar arzulayırıq.
Bu təbrikə bizdə qoşuluruq!
Təbrik edirik!
Anar bəy “12-ci oyunçu”nu bizlərə ərmağan edənlərdən biridir. Şəxsən mən fəxr edirəm ki, bizim sıralarımızda Anar bəy kimi oğullar var. Anar bəy kimi oğullar həmişə “Xəzər Lənkəran” azarkeşlərinin gücünə güc qatır. Ad günün mübarək, Anar bəy!
Tebrik edirem 100 yasa