"Rəvan" 2 – 1 "Xəzər Lənkəran" və XXV tur canlı nəticələr (Yeniləndi)

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilir. XXV turun üç oyunu bu gün, qalan iki oyunu isə sabah keçiriləcək. Xatırladaq ki, doğma “Xəzər Lənkəran” bu turda “Rəvan”ın qonağı olacaq. Matç saat 15:00-da “Bayıl Arena”da start götürəcək. Bu günün digər iki qarşılaşmaları isə AZAL – “Simurq” və “Sumqayıt” – “İnter” arasında olacaq. Sabah isə turun qalan iki matçı keçiriləcək ki, bunlar da “Qəbələ” – “Neftçi” və “Qarabağ” – “Bakı” arasında baş tutacaq.
Bu turun da gələcək baxımından, komandamız üçün əhəmiyyəti böyükdür. Belə ki, bu turda hesabımıza üç xal yazdıra bilsək, “Qəbələ” – “Neftçi” və “Qarabağ” – “Bakı” arasında baş tutacaq oyunlarda xal itkiləri qaçılmazdır. Bu baxımdan “Xəzər Lənkəran” bu oyuna da çox ciddi yanaşmalıdır. Həm də bugunki oyunumuzla, iki türk mütəxəssis üz-üzə gəlmiş olacaqlar. Bildiyimiz kimi komandamızın baş məşqçisi Mustafa Denizli, “Rəvan” klubunun baş məşqçisi isə başqa bir türk mütəxəssis olan Güvenc Kurtardır. Onu da deyək ki, son turlar Güvenc Kurtarın başçılığı altında “Rəvan” komandası çox yaxşı təsir bağışlayır və xal ehtiyatını artırmaqda davam edir. Komandamıza uğurlar arzulayırıq və nəticələrlə sizi canlı olaraq tanış etməyi planlaşdırırıq.
Komandamız oyuna bu start heyəti ilə çıxıb və ehtiyat oyunçuları da təqdim edirik:
“XƏZƏR LƏNKƏRAN”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo de Xesus, 8. Deyan Blajevski, 10. Elnur Abdullayev (k), 12. Junior Nildo, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 7. Sadio Tounkara, 9. Orxan Əliyev, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 20. Etame Mbilla, 30. Elias Ribeiro,
 
 

Rəvan 2 – 1 Xəzər Lənkəran
08.03 15:00   Hakim: – Stadion: “Bayıl Arena” stadionu
AZAL 0 – 2 Simurq
08.03 16:00   Hakim: – Stadion: “AZAL Arena” stadionu
Sumqayıt 0 – 1 İnter
08.03 14:00   Hakim: – Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança
Qəbələ 1 – 2 Neftçi
09.03 13:00   Hakim: – Stadion: Qəbələ şəhər stadionu
Qarabağ 4 – 0 Bakı
09.03 18:00   Hakim: – Stadion: Tofiq Bəhramov adına Respublika stadionu

9 thoughts on “"Rəvan" 2 – 1 "Xəzər Lənkəran" və XXV tur canlı nəticələr (Yeniləndi)”

  1. Axşamınız xeyir, DOKTOR! Artıq neçənci dəfədir ki, qapıçının inamsız oyunu hesabına qızıl xallar itirə-itirə gedirik və bunun sonu da görünmür. Bugün komandamız Orxanın inamsız oyununun güdazına getdi. Onun həmkarı keçmiş “Xəzər Lənkəran”lı Kamal Bayramov isə inamlı çıxışları və qurtarışlarıyla komandasının qələbəsini təmin etdi.
    *****
    Qabil bəy, çox təəssüf ki, bu belədir.

  2. At su icmək istəmirsə….
    Bu gun kamandamiz ağir bir zərbə aldi.Bu zərbənin köku cox dərinliyə gedir.Kim məni qinasada haqqi var, və ya haqqi yoxdur demərəm.Mən hec vaxt son illərdə belə zəif xarakter numayiş edən “XL” görməmişəm.
    Kamandamiz yenə öz əvvəlki ampulasindadir.Toşak dediyi kimi: Ati su icməyə aparirsan, amma at su icmir.Nə edə bilərsən?. Bəli hec nə?
    Toşak getdi, Mustafa bəy gəldi.Yenə uşaq səhfləri yenə həmin kordinat! Nə dəyişdi ki…
    Yenə at məsələsi?-Bəli!-Hər şey o məcrada gedir və tarix təkrar-təkrar gözumuzə girir.Nədir problem axi?- Mən dəfələrlə klubda bəzilərinin işini tənqid etmişəm amma nə fayda!-Kamandamizda nəsə “ikitirəlik” var və bu suni yaradilir.Bu sözum kiminsə xoşuna gəlməyə bilər ,qoy gəlməsin hec!.Bir insan kimi bizi duşunən varmi!?
    Bu gun mənim kimi coxu qaniqara evinə yollandi.Haminin dəryada gəmisi batmişdi.Səbəb nəydi axi ,cənablar? . Bəlkə kimsə pulumu verməmişdi?…
    Futbol aləmində qilincdan iti qələmi olan insanlarinda deməyə sözu qalmayib.Hamiya gun kimi aydindir ki klubda yararsiz xidmətlər aparan və xain mövqe tutan vitse….-lər fəaliyyət görsədir.Hər sözu yalan və başdan-ayağa firildaq oyunlarda iştirak edirlər bu vitse…lər.
    Əsəblər tarima cəkilib.Kamanda yoxa cixib yenə…hacan ki bu vitse…ler saytlarda musahibə verir və “Xəzər”imizin məğlubiyyətləri başlayir.Dözək bu dərdə, axi necə?
    Problemlər qurtarmir və vitse…lər getməyincə belə olar.Azərbaycanda futbol yoxdur əziz taliş qardaşlarimiz!-Özunuzu xəstə etməyin!
    Aparici qəzet və sayt istifadəciləridə bunu bilir və muəyyən hadisə və obyektivlərə göz yumurlar.Həmişə tənqid et və onlara təsir etki qiymətin olsun!-Yada yaltaq ol təriflə!-Biz bunlardan hansini bacaririq ki !!!??-hec birini..ona görə yerində addimla!-MARŞ!!!

Comments are closed.