4 thoughts on “Toplantının beş günü arxada qaldı…”

  1. Slavik Alxasov zədəsindən danışdı: “Birdən ağrılar başladı”
    21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Slavik Alxasovun zədələndiyini xəbər vermişdik.
    Səhər məşqində zədə alan oyunçu son durumu ilə bağlı Futbol11.az saytına danışıb: “Zədəm ciddi deyil. Axşam məşqinə çıxacağam. Əslində, mən zədə almamışam. Sadəcə, qasıq nahiyəmdə ağrılar hiss etdim. Ona görə də məşqi yarımçıq dayandırdım, risk etmədim. Ağrılar birdən başladı. İndi isə hər şey qaydasındadır”.
    Qeyd edək ki, Slavik Alxasov “Xəzər Lənkəran”ın qış fasiləsində ilk transferidir.
    *****
    İllərlə yada düşməyən Slavik Alxasovun indi köynəyinin düyməsinin qopub düşməsi də “mətbuatın diqqət mərkəzindədir və medianın ciddi narahatlığına” səbəb olacaq.

    • Neynəsinlər axi7..XL-nin adi kecən hər sətir oxunulur axi!.Sumqayitda kim yada duşurdu ki ….Bəzi saytlar utanmasa Xl-nin oyuncularin butsisindəndə yazarlar,təki XL-nin adi başliğda yer alsin.
      *****
      Doğru deyirsiniz Zəfər bəy, vaxt var idi Kamran Ağayevin əlcəyindən və butsisindən də az yazmamışdılar.

  2. Komandamızın təlim-məşq proseslərinin videogörüntülərini izlədikcə məndə komandamızın ikinci dövrəyə ciddi hazırlaşdığına bir əminlik yaranır. Ancaq məni bir məsələ narahat etməkdədir. Məsələ ondan ibarətdir ki, komandamız 20-gündən sonra “Qarabağ”la ən çətin oyununu keçirəcək amma, bugünə kimi məşq prosesini tam formalaşmamış heyyətlə keçirir. Məşq prosesində cəmi 15-16 futbolçu iştirak edir.

Comments are closed.