Etibar Cəbrayıloğlu: İndi günah nə səndədi, nə məndə…

Rövnəq Abdullayevin bircə fiti ilə qolları qələm olunan Babəkin başına and olsun ki, “Xəzər Lənkəran” qəribə klubdu. Çox qəribə klubdu. “Ağ-yaşıl” gəminin içində nələr baş verdiyini heç Şeytan müəllim özü də düz-əməlli anlamır.
Şeytan müəllimin özünün belə aciz qaldığı məsələni mən necə bilim? Bilmirəm, klubun rəhbərləri baş məşqçi təyin olunan insanlara nə göstərirlərsə, gəlməkləri ilə getməkləri bir olur. Bu 10 ildə “Xəzər Lənkəran”a gəlib-getmiş baş məşqçilərin hamısının adını yazası olsam, gərək oxucular iş-güclərini buraxıb gün ərzində bu yazı ilə əlləşələr. Dəyərli oxuculara bunu rəva görə bilmərəm.
Ayağı və başı dünyanın ən böyük klublarını, stadionlarını görmüş Con Benjamin Toşak da ayağını və başını götürüb “Ağ-yaşıl” gəmini tərk etdi. Biz ona “Con”, o, bizə “Can” deməmiş qayıtdı ingilislərin yanına. Nazim Süleymanova qalmayan “Xəzər Lənkəran” Con Toşaka da qalmadı…
Toşak kimi dünya şöhrətli məşqçi öz karyerası ilə bərabər “Xəzər Lənkəran”ı da okeanusların dibinə buraxıb getdi. Bunun səbəbləri barədə dastan bağlamaq olar. Amma nə fayda? Onsuz da klub rəhbərliyi öz planını həyata keçirməkdə sona qədər israrlıdı. Ən böyük fanat ordusu olan “Xəzər Lənkəran”ın sonuncu azarkeşi də infarkt keçirməyincə klubda işlər belə də gedəcək. Bu gün çox sahələrdə aktual şüar budu- İnsan yoxdusa, problem də yoxdu!
“Xəzər Lənkəran” gəmisini yanacaqsız-filansız, xəritə, kompas olmadan ora-bura sürən rəhbərliyin arqumentləri bəllidi. “Toşaka hər cür şərait yaradılmışdı” və s. bu kimi açıqlamalar. Həmin açıqlamaların səmimi olmasına inanmaq istəyirəm. Bəzən buna cəhd göstərirəm də. Amma yenə…
Mənim də bu həyatda bildiyim bəzi şeylər var. Klubun bunca miskin duruma düşməsində azarkeşlərin bircə qram belə günahı yoxdu. Dəyərli azarkeşlər, “Xəzər Lənkəran”ı sevməklə xəstəlik tapan dostlar. Bilirəm ki, son olanlar üzündən çal-çağır ovqatında deyilsiz. Amma məşhur bir mahnıdan bu sözləri xatırlamağa borcluyam
 
İndi günah nə səndədi, nə məndə.
 
Bu günə qədər və bundan sonra olanlara görə məsuliyyət daşıyan varsa, o da klub rəhbərliyindəki şəxslərdi. Cavab da məhz onlardan sorulmalıdı. Və sorulacaq da. Bu yer üzündə sonuncu “Xəzər Lənkəran” azarkeşi qalanacan belə olacaq.
Sözüm klubun rəhbərliyində təmsil olunan dostlaradı. Bu biabırçılığa son qoyun, klubun üzərindəki bu ləkəni təmizləyin. “Xəzər Lənkəran”ı düz-əməli kluba çevirin. Biz azarkeşləri düşünmürsüzsə, özünüz bilərsiniz. Heç olmasa, Mübariz Mənsimov kimi mübariz insanın pullarını xilas etmək naminə bu işi görün. Bilirəm ki, sizdən çox çətin işi xahiş edirəm. Bu işi görmək adamdan can istəyir.
Bu 10 il ərzində çox “Xəzər Lənkəran” azarkeşinin canı çıxıb. İndi növbə sizindi…

12 thoughts on “Etibar Cəbrayıloğlu: İndi günah nə səndədi, nə məndə…”

  1. Rednikin ”bu haqda sabah danışarıq “nə məna verir .Yəni mənim işim var məşğulam ?
    *****
    Bu harada yazılıb?

  2. Salam DOKTOR! Etibar bəyi Salamlayıram. Etibar bəy bu yazısıyla lap sarı simə toxunub. “Xəzər Lənkəran”ın bu kökə düşməsində biləvasitə məsuliyyət daşıyan klub rəhbərliyi ilə azarkeşlər arasindakı barışmaz münasibət hələ çox davam edəcək ta ki, “Xəzər Lənkəran” öz keçmiş şöhrətini özünə qaytarana qədər. Onu da qeyd edim ki, Toşak getdi amma, klubdaxili çox mətləblərin sirrini də özü ilə apardı.
    *****
    Axşamınız xeyir, Qabil bəy! Etibar bəy böyük məsuliyyət qoyub klub rəhbərliyinin üzərinə.

    • Qabil qardaş salam!-Sizce Toşak getmeliydi ve getdide.Goresen problem inden bele hell oluna biler?- Toşaki istemeyenler klubdaxili metlebleri bilmirler ki?…Toşak artiq Baki ile oyundan sonra getmeliydi cunki senarinin kulminasiya noqtesi yetişmişdi.Oyuncularimiz oz lengliyi ile oynamaq istemediyini gorsetdiler.Klubdaxili metlebleri hec kim tam deye bilmir ve eger dese qelemi hemin an sinmiş olur.Hani ele qeyret ceken klubdaxili metleb sahibleri!?-Eger varsa niye bu gundedirler,he…?

  3. Mirhafiz müəllim! M.Rednik “Sportal.az” saytının sorğusuna cavab olaraq bildirib. Sorğu “Xəzər Lənkəran” və Toşakın istefası haqda olub. Cavabında M.Rednik bildirib ki, bu gün komandamın oyunu var və bu haqda sabah danışarıq.
    *****
    Qabil bəy, kişi komandasını növbəti oyuna çıxarır və bu işə məsuliyyətlə yanaşır. Mədəniyyət xatirinə bu məsələ haqda sabah danışa bilərik deyir. Sadəcə belə görünür. Yoxsa dalbadal xəbərlərdə 2-3 məşqçini komandaya gətirirlər. Bizə bir məşqçi lazımdır axı.

  4. Hörmətli Doktor! Az qaia hər il iki baş məşqçi dəyişirik və yaxşılığa doğru bir addım belə ata bilmirik. Yenidən yaranmasının 10-illiyində çempionluğu hədəfə almış “Xəzər Lənkəran”ı (Bəh-bəhlə gətirilən dünya şöhrətli Toşakın əliylə) elə vəziyyətə saldılar ki, indi dərdinə dərman tapılmırki, tapılmır. Bu vəziyyət nə vaxta kimi davam edəcək hələki,sirri Xudadır. Doktor, görəsən o gün nə vaxt gələcək? Biz dedi-qodulardan qurtulub saytda yalnız komandamızın gözəl oyunlarının təhlilini, müzakirəsini aparacayıq.
    *****
    Qabil bəy, səbr etməkdən başqa əlimizdən nə gəlir? Axı bizlər imkan daxilində, hətta xaricində belə əlimizdən gələni əsirgəmirik. Səlahiyyətimiz azarkeş kimi nəyə çatırsa, onu da edirik.

  5. ZƏFƏR qardaş, mən də Sizi Salamlayıram. Əvvəla Toşak kluba gəldiyi ilk gündən pəhbərlikdəki “tpio”ya sərf eləmirdi. Çünki klub daxilində Toşakın işlərinə müdaxilə edə bilmirdilər.”Makkabi” biabırçılığından sonra getməliydi amma fəxri prezident buraxmadı. O vaxt Toşakı istefaya göndərsəydilər M.Rednikin gəlişi labüd idi, indi isə əlçatılmazdır. Toşak nəyin bahasına olur-olsun işləyə bilməzdi, işləmək üçün mütləq “trio”nun çaldığı havaya oynamalıydı. Oynamadı və özünün seçib saxladığı oyunçuların əliylə torbasını tikdilər. Transfer işinə birbaşa Toşak baxdığına görə lazım olan vaxtda pul buraxılmadı, indi öz əllərindədir deyə dekabrda “N” qədər legioner transfer edib yaxşı qazanc götürəcəklər. “Trio”nu komandanın fəxri yerləri tutmağından çox transferlərdən pul qazanmaq maraqlandırır. Mənim şəxsi fikrim belədir, nə vaxta kimi fəxri prezident “trio”nu klub idarəçiliyindən məhrum etməyib, bu xəmirin çörəyi təndirdə hələ çox kütə gedəcək. Onu da deyim ki, “trio” üzvlərinin heç biri peşəkar futbol adamı deyil. Ən çox da bu səbəbdən komandamız bu kökdədir…

    • Onda Toşak sucsuzdur turk demişken.Onda beledise, bu “ucluk” qalan yerde niye onlarin istefasini stadiondan demeye curetimiz catmir ,yalniz meşqciye istefa istemekde pergariq?.Siz indi kluba ve kamandaya inanirsinizmi,bilmirem.Onu bilirem ki,klub ve kamandanin rehberliyinden tutmuş supurgecisine kimi birlik ve sevgi olmasa hec bir uqurdan danişmaqa deymez.

  6. Bu yazıya görə Etibar bəyə Əhsən düşür. Azarkeşin demək istədiyini qələm əhli deyəndə daha kəsərli olur. Etibar bəy deyir “Sözüm klub rəhbərliyində təmsil olunan dostlaradir. Bu biabırçılığa son qoyun,klubun üzərindəki bu ləkəni təmizləyin. “Xəzər Lənkəran”ı düz-əməlli kluba çevirin”. Xoşum gəldi Etibar bəyin son cümləsinə. “Bu 10-il ərzində çox “Xəzər Lənkəran” azarkeşinin canı çıxıb. İndi növbə sizindir”…

    • Qabil bey !-Toşak gelmemişden qabaq bosman.az-in arxivinden Etibar beyin yazisini kopyalamişdim.Size lezet etmişdi hemin yazi.İndiki yazini o yaziyla tutuşduranda her meqam aydin olur,mence.

  7. ZƏFƏR qardaş, Salam! Etibar bəyi yaxından özüdə lap çoxdan tanıyıram. Hətta 25-il əvvəl Lənkəran UGİM-nin stadionunda birlikdə futbol da oynamışıq. Canlara dəyən oğlandır və həmişə də yazılarında obyektivliyi gözləyəndir. 90-cı illərdə “Yasamaldan məktublar” adlı silsilə yazılarını sevə-sevə oxuyardım. İndi də imzasını hər hansı bir saytda görəndə oxuyuram. Ümumiyyətlə Etibar bəyə bir lənkəranlı kimi hörmətim var. Onu da deyim ki, Etibar bəy bizim Hüseyn Cəbrayıloğlunun müəllimi və böyük qardaşıdır.

    • Her vaxtiniz xeyirli olsun Qabil qardaş!-Etibar ve Huseynin qardaş olduqunu bilirem.Mende ele o obyektivliyi nezerde tutmuşdum. Bu “Toşak gelsin yoxsa gelmesin “-movzusu idiki kopyalamişdim.

  8. Salam her vaxtiniz xeyrli olsun eziz XEZER LENKERAN AZERKESLERI.Daha bundan sonra yeqin ki bizim klub rehberleri isin ne yerde oldugunu anlayacaqlar

Comments are closed.