Bu gün Azərbaycanın milli bayramı – Respublika Günü qeyd olunur.
97 il əvvəl Müsəlman Şərqində ilk Demokratik Respublika məhz Azərbaycanda qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə ulu öndər Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.
2 thoughts on “28 May – İstiqlal günü”
Comments are closed.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının Ruhunu Allah şad eləsin, Amin!
*****
Amin!
1955-ci ildə Ankara Tibb Universitetinin klinikasında şəkər xəstəliyindən müalicə alan M.Ə.Rəsulzadə martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşub. Yeganə arzusu Azərbaycanı müstəqil, demokratik bir ölkə kimi görmək idi. Vəfatından 36 il sonra nəhayət ki, 1991-ci ildə M.Ə.Rəsulzadənin arzuları həqiqətə çevrildi və Azərbaycan yenidən müstəqini bərpa etdi.
*****
Tarixi şəxsiyyət və Azərbaycan xalqının son nəfəri qalsa belə öz unudulmaz dövlətçilik əməlləri ilə qurucu kimi xatırlanacaq Məhəmmədəmin Rəsulzadə haqqında xoş olan bu məlumatı bir daha eşitməyimiz doğurdan da qürurvericidir. Allah, onunla bərabər ADR-in qurulmasında çiyin-çiyinə çalışan bütün silahdaşlarını rəhmət eləsin, Amin!