13-cü dünya çempionatı 1986, Meksika (VİDEO və Sxematik)

Bu çempionatda turnirin keçirilmə qaydalarında yenə dəyişikliklər edildi. Altı qrupda mübarizə aparan komandalardan 16-sı 1/8 finalda mübarizəni davam etdirməli idi. Qruplarda
birinci və ikinci yerləri tutan komandalardan başqa bütün qruplarda üçüncü yeri tutan ən yaxşı dörd komanda da bu mərhələdə iştirak etmək hüququ qazanırdı. Püşkün nəticəsində qruplar belə formalaşdırılmışdı:
 
1-ci qrup: 
Argentina, İtaliya, Bolqarıstan, Cənubi Koreya
 
2-ci qrup: 
Meksika, Paraqvay, Belçika, İraq
 
3-cü qrup: 
SSRİ, Fransa, Macarıstan, Kanada
 
4-cü qrup:
Braziliya, İspaniua, Şimali İrlandiya, Əlcəzair
 
5-ci qrup: 
Danimarka, AFR, Uruqvay, Şotlandiya
 
6-cı qrup:
Mərakeş, İngiltərə, Pölşa, Pörtuqaliya
 
Qrup oyunlarından sonra 1/8 final oyunları,1/4 final oyunları və ½ final oyunları da çox maraqlı keçdi. Üçüncü yer uğrunda oyunda Fransa və Belçika komandaları mübarizə apardılar. Oyunda hesabı 11-ci dəqiqədə Kulemans açdı. 27-ci dəqiqədə fransız Ferreri hesabı bərabərləşdirdi. Əlavə vaxtda Jenqini (104-cü dəqiqə) və Amoro (111-ci dəqiqə) iki qol vuraraq, Fransaya üçüncü yeri qazandırdılar.
Finalda AFR komandasının məşqçisi Bekkenbauer uzun tərəddüddən sonra görüşün ilk dəqiqələrindən meydana hələ yaxşı formada olmayan təcrübəli Rummeniggeni buraxdı. Maradonaya nəzarət Matteusa tapşırıldı. Oyunun 21-ci dəqiqəsində Maradonanı matçda beşinci dəfə (oyun ərzində isə 11 dəfə) vurub yıxdılar. Matteus sarı vərəqə aldı, cərimə zərbəsi təyin edildi. Batista sağ cinahdan topu qapının uzaq dirəyinə tərəf vurdu. Qapıçı Şumaxer acınacaqlı səhv buraxdı. O, topu tutmaq üçün tullandı, topa çata bilmədi, top Argentina komandasının sərbəst müdafiəçisi Brauna gəldi, o da topu başı ilə boş qapıya yönəltdi. Argentinalılar ikinci topu ikinci hissədə vurdular. Valdano 56-cı dəqiqədə fərqləndi. Argentinalılar 2-0 hesabı ilə irəlidə idilər, lakin matçın taleyi hələ həll edilməmişdi. Almanların itirəcəyi bir şey yox idi. Qısa müddət ərzində onlar iki dəfə müvəffəqiyyət qazandılar. Birinci topu qapıya Rumenigge (74-cü dəq.) ikinci topu isə başı ilə Föller (82-ci dəq) qapıdan keçirdi. Bir çoxuna elə gəlirdiki əlavə vaxt təyin olunacaq. Lakin belə olmadı. Meydanın mərkəzində argentinalılar topu tələsmədən bir-birinə ötürürdülər. Maradona topu aldı, vəziyyəti özünəməxsus tərzdə ildırım sürəti ilə qiymətləndirdi. Rəqib qapısına doğru irəliləyən Burruçaqanı gördü. O, topu komanda yoldaşına ötürdü, Burruçaqa da rəqib müdafiəçilərin səhvindən yararlanaraq qapıçı ilə təkbətək çıxıb topu tora göndərdi. Oyun 3-2 hesabı ilə başa çatdı. 8 ildən sonra Argentina yenə də dünya çempionu oldu.   
************************
Daha sxematik olaraq bax
************************
    Video izlə

Arxiv: Bosman.at.ua