Əvəzedicilərimiz üç penalti ilə yenildi, lakin bir qol da vurdu

Bu gün XXX tura əvəzedici komandaların oyunları ilə start verilib. Bildiyimiz kimi XXX turdakı rəqibimiz paytaxtın eyni adlı komandasıdır. Bu gün səfərdə “Bakı” komandasının əvəzediciləri ilə komandamızın əvəzediciləri saat 15:00-da, “Bakı” futbol klubunun təlim-məşq bazasının süni örtüklü meydançasında qarşı-qarşıya gəliblər. “Xəzər Lənkəran”ın əvəzedici heyəti bu qarşılaşmada rəqibinə 3-1 hesabı ilə məğlub olub.
Maraqlısı isə odur ki, “Bakı”lı əvəzedicilər hər üç topu penaltidən vurublar. Ev sahiblərinin futbolçusu Elşən Əlizadə 11-ci dəqiqədə penalti vuruşu ilə hesabı açıb. Kamran Abdullazadə 66-cı dəqiqədə vurduğu qolla “Xəzər Lənkəran” üçün hesabı bərabərləşdirib. Lakin oyunun baş hakimi Etibar Həsənov 81 və 85-ci dəqiqələrdə qapımıza daha iki penalti təyin edib ki, bunların da hər ikisində Raul Yaqubzadə fərqlənib. Beləliklə, penalti təyin edən daha bir hakimimiz yetişməkdədir. Necə deyərlər Xaqani Məmmədovun laboratoriyasında daha bir virusu yetişməkdədir.
Aşağıda təqdim etdiyimiz yazılı şəkil PFL-in rəsmi saytına məxsusdur. Şəklin üstünə klik etməklə aydın görünməsi mümkündür.
Evezediciler Baki-XL
Beləliklə, əvəzedicilərin turnir cədvəlində aşağıdakı mənzərə yaranıb.
Evezedici XXX tur
 
 

2 thoughts on “Əvəzedicilərimiz üç penalti ilə yenildi, lakin bir qol da vurdu”

  1. Salam! Nəqədər ki, ölkənin futbol təsərrüfatına hakimbaşı xəqanikimilər başçılıq edir deməli, ildən-ilə də elə cavan virusların sayı durmadan artacaq. Bu həyatın yazılmamış qanunudur. Hər müəllim öz səviyyəsi müqabilində şagird yetişdirir. Xəqaninin də səviyyəsi bizə çoxdan bəllidir.

  2. Mirhafiz bəy kitab gəlib çatdı .Allah köməyiniz olsun .bu kitab mənim evimin ən gö zəl ekspanatı olacaq .Tam vaxt olmayıb .oxumağa İstirahət günlərində oxuyacam .Amma əlistü oxudum.şeirlərindən çox xoşuma gəldivə .Allah Sizə və İslam bəyə can sağlıgı versin ki belə bir dəyərli hədiyyəni almaq şansını yaratdınız.
    Bu mənim üçün əvəzolunmaz hədiyyədir .Nə qədər Allah ömür verər o mənimlə olacaq .
    Bir də yəqin ki mənimsədiyim şeir və qəzəlləri haqqında fikir mübadiləsi apara bilərik siznlə?
    *****
    Siz də sağ olun. Bacardığım qədər fikir mübadiləsi apara bilərəm.

Comments are closed.