Buradasınız Əsas » Rəylər » “Xəzər Lənkəran” niyə çempion ola bilmədi?
  • Bookmark and Share

“Xəzər Lənkəran” niyə çempion ola bilmədi? 

xezer_emblem_qeseng

xezer_emblem_qeseng

Sonuncu 32-ci tur öncəsi, “Xəzər Lənkəran” turnir cədvəlinin ilk pilləsində, ən yaxın izləyicilərindən bir xal öndədir və sonuncu turda “Bakı” klubunu doğma meydanda qəbul edir. Deməli, bu matçı qalib bitiririksə, mövsümün qalibi yəni çempion olacağıq. Buralara qədər gəlmisənsə, son matça çıx, qalib gəl və çempion ol! Bu özü elə böyük bir motivasiyadır. Bunun üçün nə psixoloqa, nə də hər hansı stimullaşdırmağa ehtiyac qalmır. Kifayət qədər usta futbolçular, kifayət qədər təcrübəyə malik məşqçi heyəti və kifayət qədər klubidarəetmə bacarığına malik klub rəhbərliyi. Bəlkə də hər bir hərfi“Dəmir zindandan belə ağır olan-Bugünki oyunun əhəmiyyəti” sözünü sadaladığımız tətəflər dərk etmədi? Xeyr, bunu dərk etməmək mümkün deyil! Futbolda gözəl bir deyim var, “xətlərarası əlaqə zəif idi” Sadaladığımız bu üç tərəflər arasında xətlərarası əlaqə zəif idi. Əyər belə olmasaydı, “Xəzər Lənkəran” Dəmir zindandan ağır olan:-“Bugünki oyunun əhəmiyyəti”ni əldən verməyib meydanda sanki bir tufan yaradıb, rəqibini məğlub etməyi bacarardı, buna əlbəttə gücü catardı, özünəməxsus azarkeşi olan “Xəzər Lənkəran” azarkeşi “Bugünki oyunun əhəmiyyəti”ni çox gözəl başa düşdüyündən, hələ neçə gün əvvəldən bu oyuna ciddi hazırlaşırdı, müxtəlif tədbirlər hazırlayırdı ki, komandasını qələbəyə ruhlandırsın və sonda onu çempion görsün. Belə tədbirlərdə əlbəttə “Bosman” fanklubunun da özünəməxsus tədbirləri var idi və oyunöncəsi, oyunzamanı bunları həyata keçirirdi.Maliyyə baxımından tam müstəqil olan “Bosman”fanklubu ən azından söz demək hüququnu da özündə saxlayır.”Xəzər Lənkəran” klubu bizim fəxrimiz, bizim qürurumuzdur.Lakin hər il böyük ümidlərimiz hər hansı səhvdən puç olur. “Xəzər, sən bizim qürurumuzsan!”deyən biz azarkeşlərin qururu sınmış olur.

 

Bu oyun sonrası fəxri prezident Mübariz Mənsimovun açıqlamasında belə bir məqam var idi: “Bəlkə də “Xəzər Lənkəran”bu gün ən bərbad oyununu keçirdi”

 

Axı bu qədər maliyyə vəsaiti xərclənərək demək olar bütün şəraitə malik olan bir klub, güclü oyunçu və məşqçi potensialına və inanılmaz azarkeş dəstəyinə malik “Xəzər Lənkəran” sonda niyə və nədən hər şeyi əlindən verməlidir. Mübariz bəy, niyə görə “Xəzər Lənkəran”ın bu gün ən bərbad oyun oynamasını araşdırın, komandamızı bu vəziyyətdən çıxarın. Çünki, “Xəzər Lənkəran” maddi və mənəvi olaraq sizin qürurunuz, mənəvi olaraq bizim qürurumuzdur. Hər iki tərəf məğrur və qürurunu sınmağa qoymayan tərəflərdir.Siz azarkeşlərdən inciməyin. Onlar qürurları olan “Xəzər Lənkəran”ı yalnız sizin simanızda hər şeyə qadir bir klub olaraq görmək istədikləri üçün sizə üz tuturlar.

 

“Xəzər Lənkəran” rəhbərliyi, məşqçi-futbolçu heyəti və azarkeşləri ilə böyuk bir ailədir. Sizin böyük iş təcrübəniz bütün məsələləri obyektiv olaraq araşdırıb düzgün qərarlar qəbul etmə təcrübəniz var. Yalnız bu yolla nöqsanları aradan qaldırıb, “Xəzər Lənkəran”ı Avropa səviyyəli bir klub kimi görmək hər birimizin arzusudur.

 

Arxiv: Bosman.at.ua

 

Şərh əlavə et


altı − 2 =