Buradasınız Əsas » Xarici Futbol » Dünya Çempionatı » Üçüncü dünya çempionatı. 1938-ci il. Fransa (VİDEO və Sxematik)
  • Bookmark and Share

Üçüncü dünya çempionatı. 1938-ci il. Fransa (VİDEO və Sxematik) 

France1938_Football_World_Cup_pos

Avropadan sonra növbəti çempionat Cənubi Amerikada keçirilməli idi. Hətta konkret ölkə – Argentina da nəzərdə tutulmuşdu. Lakin bu ölkənin futbolunda gərgin vəziyyət yaranmışdı. Peşəkar klublarla federasiya arasında münaqişə yaranmışdı. Ona görə FİFA əvvəlki fikrindən vaz keçməli oldu. Bu məqamda fransızlar öz xidmətlərini təklif etdilər. Üstünlük Fransaya verildi.

Dünya çempionu final oyunlarına seçmə yarışlarda iştirak etmədən dəvət olundu. Bu qayda uzun müddət qüvvədə qaldı. Çempionatın təşkilatçısı olan ölkənin komandası da ilkin turnirlərdən azad edilmlşdi.

Mübarizəyə 35 ölkənin komandası qoşulmuşdu.Britaniya adalarının futbolçuları yenə də çempionatı boykot edirdilər. Uruqvaylılar isə Avropaya gəlməyəcəklərini bir daha bildirərək, turnirdən kənarda qaldılar.

Əvvəlki iki çempionatda Asiya ölkələrinin komandaları iştirak etməmişdilər. Bu dəfə Yaponiya və Hollandiya Hindistanı deyilən – İndoneziya öz namizədliklərini irəli sürmüşdü. 14 finalçını müəyyən etmək üçün 12 seçmə qrupu yaratmaq qərara alınmışdı. Lakin rəqibləri oyunlardan imtina etdikləri üçün Kuba, Braziliya, Rumıniya və Hollandiya Hindistanı (İndoneziya) seçmə yarışları keçirmədən final turniririnə vəsiqə qazanmışdı. Qalan səkkiz qrupdan finala İsveç və Almaniya (birinci Avropa qrupu), Norveç və Polşa (ikinci Avropa qrupu), İsveçrə (üçüncü Avropa qrupu), Macarıstan (beşinci qrup), Çexoslovakiya (altıncı qrup), Avstriya (yeddinci qrup), Belçika və Hollandiya (səkkizinci qrup) çıxdılar.

İtaliyada keçirilən final turnirindən fərqli olaraq hər mərhələdən sonra ayrıca püşk atmaq qərara alındı. 1/8 final oyunları belə nəticələndi: İsveçrə 1-1 Almaniya, təkrar oyunda 4-2; Fransa 3-1 Belçika; Braziliya 6-1 Polşa; Çexoslavakiya 3-0 Hollandiya; İtaliya 2-1 Norveç; Macarıstan 6-0 İndoneziya; Kuba 3-3 Rumıniya, təkrar oyunda 2-1; Faşist Almaniyası Avstriyanı işğal etdiyinə görə İsveç və Avstriya görüşmədilər. İsveçlilər mübarizəsiz ¼  finala çıxdılar.

Avstriyanın ən güclü futbolçuları Almaniya komandasının heyətinə daxil edilmişdi. Güman olunurdu ki, bunun sayəsində o, dünya çempionatının finalında ən yüksək yerlərdən birini tutacaqdır. Lakin Almaniya komandası isveçrəlilərlə oyunlarda əvvəlcə 1-1,  təkrar oyunda isə 2-4 hesabı ilə məğlubiyyətə uğradı.

¼ final oyunlarında Bordoda Braziliya və Çexoslovakiya komandaları qarşılaşdılar. Iki oyunun nəticəsinə görə (1-1, 2-1) Braziliyalılar qalib gəldi. Oyunlar çox gərgin keçdi, kobudluq və sərtliklə yadda qaldı. Maraqlıdır ki, ikinci oyunda iki komandadan birinci oyunda iştirak edən 9 futbolçu meydana çıxa bilmədi.

Italiya ¼ final oyununu 1/8 oyununa nisbətən daha yaxşı keçirdi və meydan sahibi fransızlara 3-1 hesabı ilə qalib gəldi. İsveçlilər Kuba komandasına heç bir şans vermədilər; 8-0. Macarıstan və İsveçrə komandalarının oyununda yüksək texnikalı macar hücumçular öz işlərini gördülər, 2-0.

Beləliklə, İtaliya, Braziliya, İsveç və Macarıstan komandaları çempion adı uğrunda mübarizəni davam etdirmək hüququ qazandılar. Onların arasında püşk atıldı. Macarlar İsveç komandası ilə oyunun 35-ci saniyəsində top buraxsalar da 90 dəqiqənin tamamında 5-1 hesabı ilə qalib gəldilər. Topların üçünü bir futbolçu – Cenkeller vurdu.

Digər yarımfinalda çempionatın ən güclü komandaları- Braziliya və İtaliya qarşılaşdılar. Oyun italyanların qələbəsi ilə başa çatdı 2-1.

Iyunun 19-da çempionatın son iki oyunu (üçüncü yer uğrunda və final) keçirildi. Bordoda Braziliya və İsveç komandaları bürünc medallar uğrunda mübarizə apardılar. Braziliyalılar 4-2 hesaə qalib gəldilər.

Parisdə Macarıstan və İtaliya komandaları arasında final oyunu keçirildi. 4-2 hesabı ilə qalib gələn İtaliya komandası ikinci dəfə dünya çempionu adını qazandı. 

Bundan sonra ikinci dünya müharibəsi başladı və dördüncü dünya çempionatı 12 il sonra – 1950-ci ildə keçirildi.

********************************

Daha Sxematik olaraq bax

********************************

Videonu izlə

 

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


doqquz − 1 =