Buradasınız Əsas » Xəbər » “Sumqayıt”la münasibətlərimiz statistikanın gözü ilə…
  • Bookmark and Share

“Sumqayıt”la münasibətlərimiz statistikanın gözü ilə… 

Statistika

“Xəzər Lənkəran” Premyer Liqanın XXXIV turu çərçivəsində mayın 7-də doğma meydanda “Sumqayıt” klubu ilə qarşılaşacaq. 12cioyuncu.info saytının statistik hesablamalarına görə bu qarşılaşma komandamızın Sumqayıt şəhərini təmsil edən futbol klubları ilə ümumilikdə 22-ci matçı olacaq. Qeyd edək ki,  2004-cü ildən bəri “Xəzər Lənkəran” komandası Sumqayıtın “Gənclərbirliyi”, “Standard”, “Sumqayıt Şəhər” və “Sumqayıt”  klubları ilə üst-üstə 21- dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 14-də qalib gələn komandamız yalnız bir dəfə, 2013-cü il may ayının 13-də ilk və hələlik son dəfə Sumqayıt təmsilçilərinə məğlub olub.  Cütlüyün 6-matçında qalib müəyyənləşməyib.  “Xəzər Lənkəran” Sumqayıt təmsilçilərinin qapısından keçirdiyi 49-topun qarşılığında öz qapısında cəmi 13-top görüb. Onu da əlavə edək ki, cütlüyün indiyə qədər keçirdiyi 21-oyunundan 18-görüşü çempionat və cəmi 2-si  kubok matçları olub. Daha çox diqqət çəkən məqam odur ki, “Xəzər Lənkəran” uzun müddət idi  “Sumqayıt”ı məğlub edə bilmirdi. Komandamız sonuncu dəfə “Gənclik şəhəri”nin təmsilçisini 2011/2012 mövsümündə (2012-ci il mart ayının 3-də) 3:0-hesabı ilə məğlub etmişdi. O vaxtdan bu yana keçirilən 5-oyunun 4-də heç-heçə qeydə alınmışdısa bir qarşılaşmada hətta “Sumqayıt” minimal hesabla qalib də gəlmişdi. Yalnız 6-cı matçda (2013-cü il dekabr ayının 20-də) komandamız 4:3-hesabı ilə qələbə qazanaraq bu əcaib sindromu qıra bildi. Elə  XXVI tur çərçivəsində mart ayının 17-də keçirilmiş sonuncu görüşdə də komandamz meydanı 3-xalla tərk edə bilib. Həmin oyunda “Xəzər Lənkəran” minimal hesabla qalib gəlmişdi.

Mövsüm Turnir Rəqib        o        q      h      m      vt       bt
2004/05 Çem Gənclərbirliyi        1       1        0        0       6       0
2004/05 Çem Gənclərbirliyi        1       1        0        0       5       0
2005/06 Çem Gənclərbirliyi        1       0        1        0       0       0
2005/06 Çem Gənclərbirliyi        1       1        0        0       1       0
2006/07 Çem Gənclərbirliyi        1       1        0        0       3       0
2006/07 Çem Gənclərbirliyi        1       1        0        0       3       1
2007/08 Çem Gənclərbirliyi        1       1        0        0       2       1
2007/08 Kub Gənclərbirliyi        1       1        0        0       4       1
2007/08 Kub Gənclərbirliyi        1       1        0        0       5       0
2007/08 Çem Gənclərbirliyi        1       1        0        0       5       0
2009/10 Çem Standard        1       1        0        0       2       1
2009/10 Çem Standard        1       0        1        0       0       0
2011/12 Çem Sumqayıt şəhər        1       1        0        0       2       1
2011/12 Çem Sumqayıt        1       1        0        0       3       0
2012/13 Çem Sumqayıt        1       0        1        0       1       1
2012/13 Çem Sumqayıt        1       0        1        0       2       2
2012/13 Çem  Sumqayıt        1       0        1        0       0       0
2012/13 Çem  Sumqayıt        1       0        0        1       0       1
2013/14 Çem Sumqayıt        1       0        1        0       1       1
2013/14 Çem Sumqayıt        1       1        0        0       4       3
2013/14 Çem Sumqayıt        1       1        0        0       1       0
CƏM    

21  

14  

 6  

1  

  49        

   13    

Səhifəni hazırladı: NƏBİOĞLU

Mənbə: 12cioyuncu.info 

2 Şərh yazıya: “Sumqayıt”la münasibətlərimiz statistikanın gözü ilə…

  1. Azərbaycanlı

    Start fitindən qabaq ctadionda elan edilmiş bir dəqiqə sükut başa çatandan sonra S sektorunda toplaşan azarkeşlərin bir qrupu “Mustafa-istefa” hayqırmaqla matçın əvvəlinin adəti sükutunu pozdular. İlk dəqiqələrdə çıxışlarda hələ ki normal çıxış edə bilməyən Orxanın səhvindən buraxılan qoldan sonra istefa səsinin dalğası nəzərəçarpacaq artdı. Daha sonra dörd qolun Tounkara tərəfindən gətirilən birincisi tamaşaçı diqqətini meydana yönəltdi. Ortada olan uğursuzluq fonunda hər sözünü qəribçiliyə saldığımız M.Dənizlinin yerli oyunçulardan narazılığının əsaslı olduğunu elə həmin oyunçuların meydanda olanları artıqlaması ilə təsdiqlədilər. Bütün bunlarla yanaşı ilk baxışdan asan görünə bilən qələbələri O.Çətin boş yerdə zəhmətsiz qazanmadığına görə ona Bravo düşür. Elə təəssürat yaranır ki, komandanın oyununun qurulması ilə bağlı fərqli baxışlarını Hocasına bəyan etməkdə Oğuz çətinlik çəkir. Olmadı da, a kişi, köməkçi deməyin nədir, köməyindən yararlanmaqdan vaz keçməyin nə deməkdir.
    Deyirlər sabah qayıdır ağsaqqal, qayıdır ki, biri gün publik açıqlama versin. Düzdür, nə barədə olacaq açıqlama, açıqlanmır. IIIMustafa kimi qəbul edilə biləcək gəlişinə qədər onunla münasibətdə yol verilmiş yolverilməzliklər aradan qaldırılmalıdır, əks halda köhnə hamamın köhnə tasında üz ağarar, nə astar. Bizim bu günümüzü təmsil etməyə böyük ümidlərlə və bir o qədər böyük ödəniş müqabilində gətirilmiş Türkiyənin dünəni yəqin ki, keçən müddətdə eylədiklərini və eyləyə bilib eyləmədiklərinin özü də götür-qoy edib nəticə çıxardacaq. Bununla yanaşı IIIMustafaya cəsarət edib demək lazımdır ki, Azərbaycan liqası o qədər də sadə, mühüm iddiaların olmadığı, dünya futbolundan bixəbərlərin turniri deyil, əksinə, axtarıb bizdə yararlanmaq üçün nümunələr də tapmaq olar. Ən başlıcası isə, möhtərəm Hocam bunu yəqin bilməlidir ki, onun əlinə XL adlı çox həssas bir materiya verilmişdir, bu materiyadan layiqli bir məhsul yapmaq üçün özünü XL-ə verilmiş hesab etməlidir..
    *****
    Biz, Türkiyənin dünənindən də 10-il geridəyik. Türkiyənin dünəni, bizim üçün hələ 10 il müddətində işıqlı sabahdır. Bunun da altını “kırmızı ilə çiziyorum”.

     
  2. Azərbaycanlı

    Görünür mövsümün Lənkəran hissəsi bitdiyinə görə yay tətilinə getdilər saytın aparıcıları və həmsöhbətlərimiz.
    *****
    Lazım olanı demişik, nə lazımdırsa da etmişik. Bu qeyri-müəyyən mühiti yaradanlar qoy utansın ki, azarkeşləri stadiondan uzaqlaşdırmaq yolunu ya bilərəkdən ya da bilməyərəkdən tutublar. İndi də 1 manata olanını itiriblər və heç 1000 manata da əmələ gətirməkdə çətinlik çəkirlər. Biz vaxtında o bir manatın qədrini bilmələri üçün çox dirəniş göstərdik. Əvəzində qorxu və təhdidlərlə üzləşdik. Daha nə etməliydik?

     

Şərh əlavə et


altı − 2 =