Buradasınız Əsas » Xəbər » “Simurq”la olan statistik göstəricilərimiz
  • Bookmark and Share

“Simurq”la olan statistik göstəricilərimiz 

Statistika-1

Premyer Liqanın XXXV turu çərçivəsində may  ayının 12-də “Xəzər Lənkəran” səfərdə “Simurq”la üz-üzə gələcək. Bu oyun cütlüyün tarixində 18-cı görüş olacaq.

Qələbə,heç-heçə və məğlubiyyət.

İndiyə qədər “Xəzər Lənkəran”  komandası “Simurq”la  yalnız ölkə çempionatının matçlarında üz-üzə gəlib və qarşılaşdığı 17-oyunun 2-də məğlub olub (Yunis Hüseynovun və Mustafa Dənizlinin baş məşqçiliyində), 9-görüşdə komandamız qalib gəlibsə 6-oyunda heç-heçə qeydə alınıb.

Top fərqi.

İndiyə qədər baş tutan 17-oyunda  Zaqatala təmsilçisinin qapısına 26-dəfə yol tapa bilən “Xəzər Lənkəran”   öz qapısından cəmi 17-top görüb.

Ən çox xal toplayan məşqçi.

“Xəzər Lənkəran” komandasında müxtəlif zamanlarda çalışmış baş məşqçilər arasında “Simurq” klubu ilə oyunlarda ən çox xal toplamağı  Mirça Rednik bacarmışdır. Beləki, Rumın çalışdırcı Zaqatala klubu ilə keçirilən 4-oyuna 10-xal toplaya bilmişdi (üç qələbə və bir heç-heçə).

“Simurq” klubunun tarixində “Xəzər Lənkəran”la bağlı maraqlı məqamlar:

09.06.2005 – tarixində təsis edilən  “Simurq” Peşəkar Futbol Klubu həmin ilin sentyabrın 21-də ölkə çempionatının birinci divizionunda ilk oyununu “Xəzər Lənkəran-2”–yə qarşı keçirməklə mübarizəyə başlayıb. Zaqatala təmsilçisi 3-gün sonra ölkə kubokunda da debut edib. “Simurq” 2006-cı ildə birinci divizionda 65-xal toplayıb 3-cü yerə çıxaraq premyer liqaya vəsiqə qazanıb. 28.05.2008 – tarixində, XVI çempionatın sonuncu turunda “Xəzər Lənkəran”la oyun (1:1) “Simurq”un tarixinə ölkə çempionatlarında keçirdiyi 50-ci oyun kimi düşüb. 29.11.2008-tarixində “Xəzər Lənkəran”la ev oyununda (2:2) 90-dəqiqə mübarizə aparan “Simurq”un o vaxtkı kapitanı Mixaylo Starostyak “Simurq”un heyətində premyer liqada 50-ci oyuna çıxan ilk futbolçu olub.

Səfərdən qolsuz qayıtmamımışıq:

Səfərdən komandamız “Simurq”un qapısından top kecirməmiş evə qayıtmayıb. Səfərdə oynayan komandamız Zaqatala təmsilçilərinin qapısından 7 oyunda 12 dəfə fərqlənmişdir. Ümüd edək ki, bu ənənə davam edəcək.

“Xəzər Lənkəran” və “Simurq” qarşılaşmalarının ümumi statistikası:

 2006/07 mövsümü

“Xəzər Lənkəran” – “Simurq”-1:1

“Simurq” – “Xəzər Lənkəran”-0:1

 

 2007/08 mövsümü

“Xəzər Lənkəran” – “Simurq”-2:1

“Simurq” – “Xəzər Lənkəran”-1:1

 

 2008/09 mövsümü

“Xəzər Lənkəran” – “Simurq”-3:1

“Simurq” – “Xəzər Lənkəran”- 2:2

 

  2009/10 mövsümü

“Xəzər Lənkəran” – “Simurq”- 3:0

“Simurq” – “Xəzər Lənkəran” – 1:2

 

 2010/11 mövsümü təsnifat mərhələsi.

“Simurq” – “Xəzər Lənkəran” – 0:2

“Xəzər Lənkəran” – “Simurq”- 1:0

 

 2011/12 mövsümü təsnifat mərhələsi.

“Xəzər Lənkəran” – “Simurq”-1:0

“Simurq” – “Xəzər Lənkəran” – 2:2

 

2012/13 mövsümü təsnifat mərhələsi.

“Xəzər Lənkəran –  “Simurq” – 0:2

“Simurq” – “Xəzər Lənkəran” – 2:2

 

2013/14 mövsümü, I dövrə

“Xəzər Lənkəran” –  “Simurq” -0:0

 

2013/14 mövsümü, II dövrə

“Simurq” – “Xəzər Lənkəran” -1:2

 

2013/14 mövsümü, III dövrə

“Xəzər Lənkəran” –  “Simurq”- 1:3

 

2013/14 mövsümü, IV dövrə

“Simurq” – “Xəzər Lənkəran” -? : ?

 

Səhifəni hazırladı: NƏBİOĞLU

Mənbə: 12cioyuncu.info

15 Şərh yazıya: “Simurq”la olan statistik göstəricilərimiz

  1. Qabil

    Axşamınız xeyir, Müəllim! Artıq heç bir iddeamız qalmayan çempionat sona çatmaq üzrədir. Amma, komandadaxili gizli-açıq intriqalar, müəmmalar bitmək bilmir ki, bilmir. Mənə elə gəlir ki, əgər M.Dənizli komandada qalası olarsa, bizə məlum olan və olmayan intriqalar yüksələn xətt üzrə inkişaf edəcək. Nəticədə “Xəzər Lənkəran” bir ilini də boşa verəcək…
    *****
    Axşamınız xeyirli olsun, Qabil bəy! Dediyiniz fikirlər təəssüf olsun ki, gözlənilən acı reallıqdır.

     
  2. TELMAN

    AXSAMINIZ XEYIRLI OLSUN MUELLIM.AXIRINCI IKI OYUNDA XL KOMANDASINI OGUZ CETIN CIXARTMAGLA,OYUNDA ESAS HEYYET SECIMINI DUZGUN SECMEKLE MUSTAFAYA SUBUT ETDI KI KOMANDAMIZDA OYNAYA BILEN OYUNCULAR VAR. SUMGAYITLA OYUNDA DEMEK OLAR KI 4 GOLUN HAMISI MERKEZDEN KOMBINASIYALAR GURULARAG,EN ESASI MUSTAFANIN ISLETDIYI HAVA OTURMELERINDEN YOX, YER OTURMELERINDEN ISTIFADE ETMEKLE IKI TOP TUNKARA VE MBILLA , ELIYAS HEREYE BIR TOP VURARAG GELEBE GAZANMISDILAR.EGER NEZERE ALSAG KI OGUZ CETININ 3 OYUNDA KOMANDANI OZU OYUNA CIXARARAG,HER UCUNDE GELEBE GAZANMASI MUSTAFAYA ARTIG BIR CIDDI MESAJ OLMALIDIR.MENIM SEXSI FIKIRIMDIR KI AZERKES UCUN HEC BIR FERGI YOXDUR KIM MESGCI OLURSA OLSUN.AMMA BIZLERE GOZEL FUTBOL BEXS ETMEKLE MEDALLAR UGRUNDA MUBARIZE APARSINLAR.SON ZAMANLAR MUXTELIF KANALLAR YALAN MELUMATLAR YAYARAG BIZ AZERKESLERI CAS BAS SALMISDILAR. DENIZLI DEMEK KOMANDAYA GAYITDI. AMMA VERILEN MELUMATLARDA DEYILIR KI XL BUDCESI 40 MILYON DOLLARA CATDIRILMASINI MUSTAFA MUBARIZDEN XAHIS EDIB. SEF DE RAZILIG VERIB.HEMISE DUZ SOZ DEYILEN PIS OLUB.BUDCE 20 MILYON OLAN VAXTI DENIZLININ ISTEYI ILE TRANSFERLER EDILDI BU GUN ELIYASIN BIR ILINE 1,5 MILYON DOLLAR,TOMICE 500 MIN, SLAVIKE 300 MIN VE S PULLAR VERILMEKLE BUNLARDAN MUSTAFA ISTIFADE ETMEZDISE NIYE BU GEDER PULLARI HAVAYI XERCLEDIRDI? INDI ISE BUTUN UGURSUZLUGLARINI 40 MILYON BUDCE ILE ORTMEK ISTEYIR.BU VESAITLE XL MESDCISIZ DE CEMPION OLAR. VEYEXUD BIZIM YERLI MESGCILER BU PULUN YARISINA XL NI CEMPION EDERLER.MELUMETLERDA DEYILIR KI, DENIZLI 800 MIN AVROYA GARABAGDA RESADI ALMAG ISTEYIR. AMMA INANMIRAM KI RESAD XL GELSIN.HEC OLMAZSA DENIZLI BU MOVSUM NESE ETSEYDI YENEDE INANMAG OLARDI KI GELEN IL MUSTAFA KOMANDANI CEMPION EDER. YENI INAMMAG CETINDIR KI MUSTAFA NESE ETSIN.AMMA DEYILENLER EGER DUZDURSE 40 MILLYON DOLLAR BUDCEYE AZERBAYCANIN BUTUN KOMANDASINI ALMAG OLAR KOMANDAMIZ HER SEYDE ONDEDIR ,AMMA OYUN BAXIMINDAN DALAGALIR.
    *****
    Axşamınız xeyirli olsun! Bu büdcə ilə Rednik ta ispaniya sahillərinə qədər üzərdi “Xəzər Lənkəran” gəmisi ilə.

     
    • Zəfər Lerikli

      Telman bəy salam! Əslində bu xəbərlər səhih xəbərlərdən çox uzaqdir.Klub olaraq “Xəzər Lənkəran” ilinə 20 milyon dollar vəsaitlə maliyələşir.Bura oyunçularin yeməyindən tutmuş ta otel xərclərinə qədər, həmçinin səfər zamani çəkilən xərclərdə daxil olmaqla bəzi inventarlarin alinmasina qədər xərclənən vəsaitdə daxildir.Bunlarin hamsini saysam bir il ərzində bir neçə kitab yazmaq olar.

      İdman mediasi yeni xəbərlər əldə edə bilməyəndə saytda nəsə verməlidirlər.Bu zaman belə uydurmalara yol verirlər.Çox zamanda belə informasiyalar hazirlanmiş şəkildə edilir ki, bundada, kimlərinsə maraği var.

      Ona görədə hər informasiyaya inanmayin. Redniki az qala saytlar gətirmişdi amma hələ ki, M.Dənizli rəsmən işləyir. Söz yox ki, bir gun Rednik qayidacaq.Belə olan halda gözləmək və muşahidələr aparmağin öz ləzzəti var.Umidlə ola biləcəkləri izləyin və dəqiq məlumatlari elə şərh yazdiğiniz saytlarda axtarin.Bununlada heç vaxt yalan xəbərlər bizi çaşdirmaz.

       
  3. Azərbaycanlı

    M.Dənizlinin çətinliklə də olsa O.Çetinlə birlikdə dirçəlişə nail ola biləcəyinə inam var. Qışda gətirilmiş əcnəbilər bizim liqaya uyğun babat oyunçulardır, sadəcə göndəriləsi oyunçular probleminin həlli görünür vaxt tələb edirmiş, bütün bunlar o qədər də sadə görünməməlidir, çünki ortada müqavilə və müqavilə şərtləri arxasında tərəflərin öhdəlikləri vardır. İndi məqam yaxınlaşdıqca Hocam qərarlarını sıralamalıdır. Göndəriləcək oyunçuların yerinə hər xəttə əl altında olanlardan bir baş yuxarı səviyyəli oyunçu qatılacağını düşünürəm. QAPIÇI problemli sahədir, Orxanın çıxışda səhvləri artıq onun daimi vərdişinə çevrilməkdədir. Yerli oyunçular bazarında bir az diqqətli işləmək lazımdır. Şaiyələrdə hallanan kimi Rəşad Sadıqov gətiriləcəksə onda Mahir Şükürovu, Rəşad Abdullayevi, Elnur Alahverdiyevi və əgər hələ qaça bilirsə Abramidzeni də qaytarmaq yerinə düşə bilər, amma kimin və hansı yerinə-bax bunu deyə bilmərəm.

     
  4. Azərbaycanlı

    Fikirlər müxtəlifdir. Təsəlli verən odur ki, bütün fikir bildirənlər XLsevərlərdir. M.Dənizlinin bura qədər xeyrini görmədiyimizə nəzərən demək istıəyirəm ki, olsa da faydası, budan sonra olar. Amma ona bir dışarı adam kimi bizim iç reallığımızı anlamağa kömək edilməlidir. Görünür öz xarakterində də az yoxdur, o qədər də kənar məsləhətlərin fərqinə varana oxşamır. son vaxtlar onun cəlb etmək istədiyi milli oyunçularla bağlı yayılan məlumatlar narahat etməlidir. Bütün klubların yaxşılarından Dream Team yaratmaq yolundan döməsi, döndərilməsi gərəkdir. Məsxərə obyektinə çevirməyək özümüzü, XL azarkeşı futbolu yaxşı bilməklə yanaşı ölkə futbolçularını da bir o qədər yaxşı tanıyır, bura hər oyunçu gətirilə bilməz. Eyni zamanda kifayət qədər oyunçu var ki, gətirilməsi üçün çalışmağa dəyər, burada başlıcası dəyərləri qarışdırmamaqdır.
    *****
    Komandanın təməl prinsipləri (strateji xətti) olmalı və buna daim riayət olunmalıdır. Fikrinizi müdafiə edirəm.

     
  5. Mubariz

    Salam.Doktor necesiz.Azerbaycanli qardasnan mende raziyam.Mesqciye guvenim var.Bir de bu saytlar hardan bu budce reqemlerin cixarirlar bilmirem.Mubariz agilsiz adam deyil ki,azerbaycan futboluna 40 milyon ayirsin.Saytlar yazirlar Denizli 4ilin budcesini qisda xercleyib.Bu nece inandirici seydir bilmirem.Indi kim ne fikirlesir onuda yazir.Cempionat qurtarmamis transfer siyahisin saytler hazirlayiblar.Maraqlisi odur ki,ancaq Xezer haqqinda sou yaradirlar.Azarkeslerden xahis edirem her seye inanmasinlar.
    *****
    Salam, Mübariz bəy, yaxşı olasız! Məni azarkeşlər qoy bağışlasın. Amma deyəcəyəm. Kim bu əsassız rəqəmləri, xəbərləri və sairəni uydurursa, başından böyük qələt eləyir. Reytinq yığmaq üçün bu qədər də ucuzlaşdırmaz, adam özünü.

     
  6. TELMAN

    DEYIRLER KI, BUDCEMIZ GIRX MILYONA CATIBDIR,
    MESELENI ORTAYA, MUSTAFAMIZ ATIBDIR.
    BU ILKI ELLI FAIZ, BUDCE YETMEDI ONA,
    BERBAD OYUNLAR ILE MOVSUMU VURDU SONA.

    ONUN ISTEYI ILE, TRANSVERLER EDILDI,
    ELIYAS RIBEROYA, MILYONLAR DA VERILDI.
    OYNATMADI ONLARI, EHTIYYATDA SAXLADI,
    UGURA GEDEN YOLU, SANKI OZU BAGLADI.

    BUDCENIN YARISIYLA, NETICE ALINMADI,
    CEMPIONLUG OYUNA, MEYIL HEC SALINMADI.
    UMID KUBOKA IDI, GETDI ONUN BADINA,
    DAHI MESGCI OLDUGU, BIRDEN DUSDU YADINA.

    OLANLARA SON GOYUB, BUDCENI ARTIRACAG,
    ULDUZ HEYYET YIGARAG, MEVACIB GALDIRACAG.
    BU YOLLA UGURSUZLUG, DEF EDILER UGURLA,
    GIRX MILYONU XECLIYER , MUSTAFAMIZ GURURLA.

     
  7. TELMAN

    SALAM MUELLIM MUSTAFA SIMRUGLA OYUNA KOMANDANI OZU CIXARTMAZ. BU GORXAGLIG ELAMETIDIR.OGUZ CETIN KOMANDANI OYUNA CIXARDAR VE INSALLAH GALIB GELER. BES DAHA MUSTAFA NE UCUNDUR KOMANDADA 40 MILYON DOLLARI XERCLEMEK UCUNDURMU?
    *****
    Eh, Telman bəy! O qədər yalan xəbərləri dövriyyəyə buraxırlar ki… Nə bilim 40 milyon ya Mastafa klubun prezidentinə yalvar-yaxar edib və ya təyyarə, nə bilim tramvay… Nə isə…

     
  8. TELMAN

    SALAM MIRHAFIZ BEY SONRADAN SAYTLARDAN OXUDUM KI HAMISI MELUMATLAR YALAN IMIS.HARDASA ADAMDA SUBHE OYANIRDI KI BU GEDER BUDCE OYIRMAZ SEF KOMANDAYA, AMMA DIGER TEREFDEN KANALLAR ELE USTALIGLA SERHLER YAZIRDILAR KI ADMLARI INANDIRDILAR.
    *****
    Salam, Telman bəy! Çox da fikir verməyin.

     
  9. Qabil

    MİRHAFİZ MÜƏLLİM! AD GÜNÜNÜZ MÜBARƏK! SİZİ ÜRƏKDƏN TƏBRİK EDİR, HƏYATIN ƏN ŞİRİN NEMƏTİ OLAN CAN SAĞLIĞI VƏ AİLƏ XOŞBƏXTLİYİ ARZULAYIRAM!
    HƏMİŞƏ SİZİN XOŞ SƏDALARINIZI EŞİTMƏK BİZLƏRƏ NƏSİB OLSUN!
    *****
    Təşəkkür edirəm! Xətriniz əziz olsun!

     
  10. Azərbaycanlı

    Son vaxtlar saytlarda oxuduqlarım arasında ən mötəbər informasiya:BU GÜN DOKTORUN AD GÜNÜDÜR
    Təbriklərimi çatdırmağa tələsirəm yurdumuzun layiqli oğluna!!!
    *****
    Təşəkkür edirəm! Xətriniz əziz olsun!

     
  11. TELMAN

    SALAM ZEFER BEY DOGRUSU DUNENDEN FIKIRLERLE DUSUNURDUM KI MUSTAFANIN BIR XAISINE NECE OLUR KI 20 MILYON ELAVE BUDCEYE VESAIT AYIRIR’AMMA DIGER TEREFDEN IDMAN KANALLARI DERIDEN, GABIGDAN CIXARAG YALAN MELUMATLARLA AZERKESLERI CAS BAS SALMISDILAR.BELE OLAN HALLARDA MEHSULIYYETI HER HANSI SAYTIMIZ OZ UZERINE GOTUREREK, BUNLARIN YALAN OLMASINI AZERKESLERE TEZ BILDIRMELIDIR. EYBI YOX YENE SAG OLSUNLAR KI XEBER VERDILER KI MELUMATLAR YALANDIR. RUS DEMISKEN,, LUCSE POZDNA CEM NIKOGDA,,

     
  12. TELMAN

    HEYAT GOZELDIR ONDA KI, SEN EGER YASAYIRSANSA, HEYAT MENALIDIR ONDA KI EGER SENIN ARZULARIN VARSA VE SEN BU ARZULARA NAIL OLURSANSA.ARZUM BUDUR KI BUTUN ARZULARA NAIL OLARAG MENALI HEYAT YASAYASINIZ MIRHAFIZ BEY
    *****
    Təşəkkür edirəm! Xətriniz əziz olsun!

     
  13. R.S

    Mirhafiz Bəy Doğum gününz münasibəti ilə sizi təbik edir ,Sizə can sağlığı ,uzun ömür və işlərinizdə uğrlar arzu edirəm .Gələn il döğum gününzü Xəzərin çempionluğu ilə daha yüksək əhval ruhiyyədə qeyd edəsiniz.Sağ olun ki varsınız.Bir daha AD GÜNÜZ MÜBARƏK !!!.
    *****
    Təşəkkür edirəm! Xətriniz əziz olsun!

     
  14. Azərbaycanlı

    Son zamanlar informasiya bişən qazanlarda XL mözusunda elə bir siyiq qarışdırıblar ki, gəl görəsən-kimlər gedir, kimlər gəlir, nə qədərdir gəlir, kimdən nə gedir və sair. Bir kişi yarım kəlmə xeyrimizə danışmaq istəmir, Klubumuzu Futbol planetinin yadellisi kimi təsvir etməkdədirlər. Azarkeşlərimizdən bir çox kəmhövsələlilər dezinformasiyanı xalis məlumat kimi udub ciddi təhlilə qoşularaq, tək komandanı deyil, bütəvlükdə Klubu və azarkeşləri nüfuzdansalma prosesinin iştirakçıları olan müxtəlif …info, …az və …com-lara özləri də bilmədən tərəfdaş olublar. Bu nəticəyə gəlməyə hər iki azarkeş saytımızdakı kommentlərlə tanışlıq əsas verir. Burada sual doğur ki, nə düşmüşük quyuya saldığımız bu Mustafanın üstünə ki, o, komandanı çökdürüb. Min minusunu deyəndə, bir deyilənin qarşısında xətləri çarpazlamaq da lazımdır, kalkulyator hesablamasına görə insaf dinin 50%-dir. Məgər biz onun gətirilməsi zamanı liderlər qrupunda olan bit tağıma azarkeşlik edirdik? Bəlkə Mustafa komandada hansısa istedadı ehtiyat oyunçular yerinin çətirinin kölgəsində soldurub? Kiminləsə şəxsi qərəzdən ümumi işə xəyanət sayıla biləcək nə isə yapıbmı? Hansı qayıqla ağ-yaşıl gəmidən ayrılıb hansı kanalla AFFA arxipelaqına yanaşıb bu piratlıqda suçlandırdığımız? Mustafaya verdiyimiz komanda ilə indiki vəziyyət arasında böyük fərq olmaması ilə razılaşmamaq olmaz, biz M.Dənizlinin ələ keçirdiyi, sarsıntılardan müvazinətini itirmiş kəslərdən ibarət komanda ilə nə blitsdöyüşə atılmağın, nə də zəfər marafonuna çıxmağın qeyri-mümkün olmasını bilirdik, amma yenə də ümidi yaşadırdıq məhəbbətimizin gücü ilə yaşadırdıq. Hər şey necə olmalı idi, elə də məntiqli yekunlaşdı. Qoy bizi qıcıqlandırmasın dezinformasiya küləyi ilə tozlandırılan şaiyələr. Siz XL adlı əjdahanın xofuna bir baxın, hətta zəifləmiş halından belə çəkinirlər, əl çəkmirlər rəqiblər, Şükürlər olsun ki, sonumuz deyil. Əminəm ki, bu nöqtədən, quyunun dibindən yüksəlişimiz başlayır.
    *****
    Bu kiçik dezinformasiya qayıqlarına bir az da özümüz şərait vermişik deyə, bu qədər yaxına buraxmışıq. Amma bu yolla gəlməyə imkan verdiyimiz kimi onları aysberqlərin yanından aparmasını da bilməliyik. Bundan sonra onların neçəsi salamat qalacaq? Onu Allah bilir!

     

Şərh əlavə et


yeddi + 6 =