Buradasınız Əsas » Xəbər » Qəribəlik: ABŞ FİFA məmurlarını həbs etdi
  • Bookmark and Share

Qəribəlik: ABŞ FİFA məmurlarını həbs etdi 

FIFA_Emblem.gif

FİFA-nın bir neçə məmuru Sürixdə həbs olunub.

Xəbər verilir ki, həbs əməliyyatını Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları həyata keçiriblər. Həbs olunan məmurlar ABŞ-a aparılıb.

Məlumata görə, FTB əməkdaşları FİFA məmurlarını korrupsiya ittihamına əsasən həbs ediblər.

Bu gün FTB rəhbərliyinin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi, həbslərlə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Həbs olunan məmurların adları açıqlanmır.

Mənbə: Komanda.az

2 Şərh yazıya: Qəribəlik: ABŞ FİFA məmurlarını həbs etdi

  1. Qabil

    Salam, Müəllim. Gələn xəbərlərə görə saxlanılan FİFA məmurlarının sayı artıq ona çatıb. Xeyli vaxt idi ki, FİFA-da korrupsiyaya görə yoxlamalar gedirdi və nəhayət ki, şübhəlilər nəzarətə götürüldü. Mənə elə gəlirdi ki, yalnız bizim AFFA-da, PFL-də mənimsəmələr mövcuddur. Demə dünyanın ən ali futbol qurumunda da korrupsiya tüğyan edirmiş. Bu Yaxınlarda FİFA prezidentliyinə namizəd olan, məşhur futbolçu Luiş Fiqu namizədliyini geri götürəndə mətbuata çox müəmmalı fikirlər bildirmişdi. Demə torbada pişik varmış. Müəllim, gələn məlumatlarda o, da qeyd olunur ki,saxlanılanların dördü korrupsiya əməlinin olduğunu artıq etiraf edib.
    *****
    Salam, Qabil bəy! Həqiqətən bu çox müəmmalı haldır ki, indiyə qədər rast gəlinməmişdi. Görəsən bunun hansısa ölkə federasiyaları ilə də əlaqəsi varmı? Deyilənə görə 2018 Dünya Çempionatına görə Rusiya bu məsələdən yaman təşvişə düşüb. Daha təşvişə düşənlər görəsən hansı ölkələr olacaq?

     
  2. MALIK

    Goresen Federal Tehqiqat Burosunun emekdaslari AFFANI ne vaxt yoxlayacaqlar? onda onlari ABS-a yox bir basa ele yere aparsinlar ki bir daha qayida bilmesinler.. Belke olke futbolu ondan sonra inkisaf eder.
    *****
    Futbolda geriləmə çoxdur, mətbuat bu qədər araşdırır, yazır lakin heç bir təsiri yoxdur. Nə tədbir görülür, nə də cəza verilir, sanki belə də olmalıdır. Deməyə bir söz qalıb, onu da şairin dili ilə – Baş alıb hayana gedirsən ceyran?.

     

Şərh əlavə et


üç − 3 =