Buradasınız Əsas » Rəylər » Odla oynamaq istəyən “Bakı”
  • Bookmark and Share

Odla oynamaq istəyən “Bakı” 

Odlu top

Odlu top

“Xəzər Lənkəran” bu mövsümün son matçına çıxır. 18-ci Azərbaycan kubok turnirinin finalı. Heyhat, bu mövsümün çempionluğunu son turda əldən verdik. Özü də elə kubokun finalında oynayacağımız “Bakı” klubuna öz meydanımızda məğlub olmaqla. İndi nominal və elə həqiqi ev sahibi “Bakı” klubudur (Çünki “Bakı”nın ev oyunlarını keçirdiyi stadion məhz Respublika Stadionudur). Bu məğlubiyyət acısını indi onlara daddırmağın vaxtıdır. “Bakı” çempionatın son turunda bizə qalib gəlməklə, çox cüzi (daha başqa iki oyunun nəticəsindən asılı olduğuna görə) çempion olma şansından heç nə əldə edə bilmədi. Amma biz kubokun finalında onlara qalib gəlməklə kuboka sahib çıxacağıq.

 

Sonuncu tur qələbə qazanıb çempion olacağımıza görə biz azarkeşlər bu oyuna necə də möhtəşəm hazırlaşmışdıq. Hansı hisslər, hansı düşüncələr, hansı daha nələr…

 

Bu matçı uduzub çempionluğu əldən verdikdən sonra, sanki bizim üçün hər şey bitti deyə şok yaşadıq. Həqiqətən də bu belədir,sanki bizim üçün hər şey bitti deyə depressiyaya qapıldıq. Heç kubokun finalına da, nədəki əvvəlcədən vəsiqəni təmin etdiyimiz Avrokubok oyunlarına da inamımız elə sarsıldı ki, sanki, “Xəzər Lənkəran”la bağlı hisslərimiz dərin bir quyuya düşmüş və onun oradan çıxarılması belə mümkünsüzdür. Yəqin komandada da belə depressiv hisslər yaşanmamış deyil. Əgər biz azarkeşlər və komandamız bu hisslərdən qurtula bilməsək, doğurdan da “Xəzər Lənkəran” və biz azarkeşlər üçün uzun müddət çox şey bitmiş olacaq.

 

Lakin bu belə olmamalıdır. Biz bunu çempionluğun və çox şeyin itirilməsi kimi yox, sadəcə bir oyunluq məğlubiyyət kimi başa düşməliyik. Əgər belə olsa biz tez bir zamanda toparlanıb, həm kuboku qazanar, Avrokuboklarda uğurlu çıxışa başlayar və nəhayət gələn mövsüm ugurlarımızı davam etdirərək növbəti titullar qazanmaqla hər şeyi unuda bilərik. Dunyanın ən güclü və məşhur klubları da zaman-zaman belə aqibət yaşayıblar. Dəfələrlə Almaniya çempionu olmuş “Kayzerslautern”, İngiltərə çempionatında at oynadan “Lids” indi aşağı divizionda “vaxt keçirir” İspaniyada oyunu ilə sanki güclü küləyi xatırladan “Deportivo”nun indiki halı acınacaqlı deyilmi? Birvaxtlar İngiltərədə və ümumiyyətlə Avropada rəqib tanımayan “Mançester Siti” uzun illərdən sonra indi indi özünə gəlməyə başlayıb. Belə misallar çoxdur, amma kimisi bu vəziyyətdən illərlə çıxa bilmir, kimisi isə çox qısa müddətə hər şeyi unutturub yenidən “Mən burdayam!” deməyi bacarır.

 

İndi dəfələrlə bizə məğlub olmuş “Bakı” klubunun bəzi oyunçuları mətbuat vasitəsilə kimisi bizə yenə həmin aqibəti yaşadacaqlarını deyir, kimisi barmaq silkələyir, kimisi “Xəzər Lənkəran”dan çox güclü olduqlarını və bizə meydan oxuduqlarını deyirlər. Onlar bir neçə dəfə bizə böyükhesablı məğlubiyyətlərini nə tez unutdular? Amma özlərinin bir neçə dəfə olan  minimal hesablı qalibiyyətləri gör onları necə də çaşqınlığa salıb.

 

Ey “Xəzər Lənkəran” azarkeşi indi deyin bunlara dözək? Yoxsa komandamıza final oyununda güclü dəstək verib qələbə çalmaqla onlara öz yerlərini göstərək? Bizə hansı yaraşır? Onlar unudurlar ki, “Xəzər Lənkəran”la oynamaq “odla oynamaq” kimi bir şeydir. Çünki belə bir deyim var: “Azərbaycanda Futbolun Günəşi Cənubdan Doğur!” Bəli, “Xəzər Lənkəran” Futbolumuzun Günəşidir! Günəş isə od yağdırır! “Xəzər Lənkəran”la oynamaq odla oynamaq kimidir. Odla rəftarı bacarmayanlar isə yanıb kül olmağa məhkumdur. Gəlin finalda bunu sübut edək!

 

P. S.    Bu arada çox yaxşı münasibətdə olduğumuz “İnter” azarkeşləri də 50 azarkeşlə bizlərə dəstək olmaq üçün “Bosman” fanklubuna müraciət etmişlər.

 

Arxiv: Bosman.at.ua

 

6 Şərh yazıya: Odla oynamaq istəyən “Bakı”

  1. XL Fanatı

    (20/May/2010 14:19)
    Bəsdir bu qədər özümüzə arxayın olduq. Elə “Fırtınalar Meydanında” Bakı klubu su olub odu söndürdü. Belə baxanda heç od görsənmirdi də. Sanki sönmüşdü, yerində ancaq külü qalmışdı. Utanmayıb bir də oyunamı çıxacaqlar? Çempionluq uğrunda sona kimi mübarizə aparmaq lazım idi – KİŞİ KİMİ. Xəzər sanki Azərbaycan çempionu titulunu qazanmağa yox, məhəllə futboluna çıxmışdı. Mübariz bəy də azrkeşləri heçə sayaraq səviyyəsini və azarkeşlərə münasibətini göstərdi. Xəzər Lənkəranı və Mübariz Mənsimovu ən azı bu oyunluq cəzalandırmaq lazımdır (Oyuna getməməklə və komandanı azarkeşsiz qoymaqla). Unutmayın ki, azarkeşlərsiz klub heç bir uğur qazana bilməz – nə qədər maliyyə vəsaitinə sahib olmasından asılı olmayaraq. Azarkeşsiz komanda mürəkkəbsiz qələm kimidir. Bunu Mübariz bəy də, Klubun digər rəsmiləri də başa düşməlidirlər. Futbol azarkeşlər üçün oynanılır. Azarkeş olaraq qürurumuzu qorumaq, sözümüzü eşitdirmək hüquqnu özümüzdə saxlayir, bizi anlayacaqları günə qədər mübarizə aparacağımızı bildiririk.
    Gəlin hamımız bir olaq. Bu kubokun final oyununa getməyək. Azarkeşsiz oyunun nə cür olduğunu anlasınlar. Bizi saysınlar, bizimlə hesablaşsınlar.
    Bütün bunları nəzərə alaraq hər birinizi mayın 23-də keçiriləcək Azərbaycan kubokunun final oyununda İŞTİRAK ETMƏMƏYƏ dəvət edirik.

     
  2. XL Fanatı

    (20/May/2010 14:32)
    Bizi düzgün başa düşün. Xəzər Lənkəranı sevdiyimiz üçün bu təkliflə çıxış edirik. Elə son tura kimi, Neftçi ilə səfərdə, Bakı ilə ev oyununda yanlarında olmadıqmı? Bəs hanı layiq olduğumuz çempionluq?! Hanı görmək istədiyimiz səviyyəli oyun?! Son 4 turda cəmi 2 xal qazanmışıq. Biabırçılıqdır!!! Oyunçulardan soruşmaq lazımdır niyə oynamırlar? Mübariz bəy azarkeşlərə hirsini tökəcəyinə getsin oyunçulardan və məsul şəxslərdən hesab soruşsun.
    P.S. Futbolla ilgili digər saytlarda və mətbu orqanlarda da eyni yazı ilə çıxış edəcəyik.

     
  3. XL Fanatı

    (20/May/2010 14:48)
    QÜRURUNUZ OLSUN. AZARKEŞ QÜRURU. SAĞ ƏLİN VERDİYİNİ SOL ƏL BİLMƏMƏLİDİR DEYİMİ VAR. MÜBARİZ BƏY İSƏ ETDİYİ YAXŞILIĞI, GÖRDÜYÜ İŞLƏRİ AÇIQ-AYDIN GÖZÜMÜZƏ SOXDU. LAP BALACA UŞAQ KİMİ.
    AZARKEŞLƏR BACARDIĞINI ELƏYİR. BƏS OYUNÇULAR? BƏS RƏHBƏRLİK?
    Kubokun final oyununa GƏLMƏYƏCƏYİK. Siz isə – ey klub rəsmiləri, məşqçi heyəti və oyunçular – bu kuboku qazanın. QAZANIN ki, azarkeşlərinizi də yenidən qazanasınız!!!
    BİZ SƏNİ SEVİRİK, XƏZƏR LƏNKƏRAN. SEVDİYİMİZ ÜÇÜN, DAİM YÜKSƏKLİKLƏRDƏ OLMAN ÜÇÜN ƏLİMİZDƏN GƏLƏNİ EDƏRİK. SƏNİN ÖZÜNƏ GƏLMƏYƏ EHTİYACIN VAR. BİZİM FİKRİMİZCƏ 1 OYUNLUQ… BUNU ZAMAN GÖSTƏRƏCƏK.

     
  4. Bossman

    (20/May/2010 15:51)
    Hörmətli, “XL Fanatı” fikrinizə hörmətlə yanaşıram. Bu hisslər əksər fanatlar kimi məni də çox pərişan edir. İnanın ki, hələ də özümə gələ bilməmişəm. Amma dərindən fikirləşdim və özümə sual verdim, Çıxış yolu yalnız budurmu? nəticəyə gəlib bu yazını yazdım. Mən çıxış yolunu yazıda əsaslandırdığım fikirlərdə görürəm. Axı bizim komandamız var, “Xəzər Lənkəran”! Hər şeyə “Xəzər Lənkəran” naminə dözməli və göz yummağı bacarmalıyıq. Axı biz “Xəzər Lənkəran” azarkeşləri klubumuza, yalnız klubumuza sadiqik. “SƏN BİZİM QÜRURUMUZSAN” deyə həmişə yaşamadıqmı? İndi o qürurumuzu necə reqiblə meydanda tək qoya bilərik? Hər kəs öz səhvini başa düşəcək. Qoy arada qürurumuz olan “Xəzər Lənkəran” itirməsin!
    Hörmətlə: Mirhafiz M. Babayev

     
  5. Oktay Zadegan

    (20/May/2010 21:13)
    Xezerli Azarkeslere muraciet http://www.zadegan.tk tam oxuyun

     
  6. XL Fanatı

    (21/May/2010 08:14)
    Bir daha təkrar yazırıq: AZƏRBAYCAN KUBOKUNUN FİNAL OYUNUNA GETMƏYİN.
    XƏZƏR LƏNKƏRAN – SİZ İSƏ BU KUBOKU QAZANIN. BU KUBOKU QAZANIN Kİ, AZARKEŞLƏRİNİZİ DƏ QAZANASINIZ.
    P.S. Hörmətli Mirhafiz M. Babayev, müraciətimizi bir daha müzakirə etdik və düzgün olduğuna qərar verdik. Çünki:
    1. Azarkeşlər də komandanın qüruru olmalıdır. Onlar qürurunu ortalıqda buraxmadımı? Bızdən (azarkeşlik baxımından) qat-qat zəif olan insanlar qarşısında qürurumuzu ayaqlar altına atmadılarmı?
    2. En esası: Kim teminat verə bilər ki, bu oyun sonrası da hansısa bir klub rəsmisi azrkeşləri aşağılayacaq sözlər deməyəcək?!
    3. Bir daha təkrar edirik, bu klubun özünə gəlməsi və azarkeşləri anlaması üçün lazımdır. Ən azı 1 oyunluq. Bunu zaman göstərəcək.

     

Reply to XL Fanatı


+ yeddi = 12