Müqəddəs Qurban Bayramınız mübarək!

Bu günlər dünya müsəlmanlarının Böyük Həcc Ziyarətini yerinə yetirdikləri gündür. Bu da o deməkdir ki, müsəlman aləmində Mübarək Qurban Bayramı qeyd olunur. Bu bayramda Allah İbrahim peyğəmbərin duasını qəbul etmiş ona İsmayıl kimi bir övlad bəxş etmiş və İbrahim peyğəmbərin andına  sadiqliynin mükafatı olaraq, Ona bir Qoç göndərmiş və İsmayılı yox, bu qoçu qurban kəsməyi öz peyğəmbərinə əmr etmişdir. Bu Allaha və əhdə vəfa edənlərin bayramıdır. Allah hamınızı əhdə vəfa edənlərdən bilsin, dualarınızı və qurbanlarınızı qə`bul eləsin.
Bütün müsəlmanları, xalqımızı və camiəmizi bu Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edir, can sağlığı, uzun və sağlam ömür, sağlam ruh arzulayırıq!
Bosman    fanklubu                       12. 09. 2016

2 thoughts on “Müqəddəs Qurban Bayramınız mübarək!”

  1. Salam .gec də olsa , Qirban bayramınızı təbrik edirəm .Düzü iş çoxluğundan , həm də komandamızın dağılmasından sonra internetlə az ünsiyyətdə oluram .
    Bu gün də Millinin qələbəsi səbəb oldu .Sizinlə bölüşmək istədim bu sevinci.Düşünürəm ki bu təsadüfdüt , bilmirəm.Nə qədər də ölkə futbolu bərbad vəziyyətdə olsa da , millinin üğuruna hər birimiz sevinirik təbii ki.Çünki bu bizimdir .İnşAllah ki , sonra üzülmərik.
    Allah sizə də sağlıq versin .Yaxşı ki sizin sayt , çalışmaqda davam edir.
    *****
    Salam! Təbrikə görə çox sağ olun. Milli hər birimizindir, əslində. Uğurlarına da sevinməliyik. Amma yaxın tariximizdə futbol qurumlarının ölkə klublarına qarşı ayrı seçkiliyi və nəticədə olanlar bizi ölkə futbolundan incik salıb sanki. Bu sizin saytdır və xoş sözlərə görə təşəkkür edirik.

  2. Salam .Çexiya ilə oyun qurtardı .Bizi ümidləndiriblər bunlar .Oyunları coşuma gəldi .Çexiya elə də güclü deyidi.Bircə axıra yacın yorulmuşdular .Fiziki haxırlığları bit az da yaxşı olsaydı .
    *****
    Salam! Bağışlayın ki, sualınızı bir az gec görmüşük.

Comments are closed.