Buradasınız Əsas » Xəbər » Makkeyn Blatteri cəhənnəmə qədər qovacağını deyir
  • Bookmark and Share

Makkeyn Blatteri cəhənnəmə qədər qovacağını deyir 

Makkeyn
Senator Con Makkeyn FiFA-ı birdəfəlik dağıtmaq və məhv etmək üçün hərbi əməliyyata ehtiyac olduğunu deyib. Obama administrasiyasının futbol təşkilatına qarşı tədbirlərini isə o  zəif və effektsiz adlandırıb.
“Bəzi adamların anladığı bir şey var – güc. FİFA bizim silahlı qüvvələrimizin gücünü və qəzəbini görməlidir. ABŞ İsveçərəyə qoşun göndərməyə hazır olmalıdır”, – deyə Makkeyn Senatdakı çıxışında bildirib.
Makkeynin sözlərinə görə, FİFA lideri azadlıqda olduğu halda kiçik əlaltıların saxlanılmasının mənası yoxdur. “Mən Zepp Baltteri cəhənnəmin qapılarına qədər təqib edəcəm”, deyə o əlavə edib.
Mənbə: Azadlıq.info

7 Şərh yazıya: Makkeyn Blatteri cəhənnəmə qədər qovacağını deyir

  1. Zəfər Lerikli

    Salam.
    Bu cənab nə danişir?-Özundən deyən oğuldusa gəlsin Azərbaycana və bizdə olan futbol qurumlarinin qapilarindan içəri keçsin.Daha cəhənnəmin qapisina getməyinə və ordan içəri keçməyinə də ehtiyaci qalmaz.
    *****
    Salam, Zəfər bəy! Bilmək olmaz cəhənnəmin qapısına qədər hələ nə qədər qapı keçməli olacaq.

     
  2. Qabil

    Müəllim Salam. Məsələnin mahiyyətinə yavaş-yavaş aydınlıq gəlir. FİFA-da korrupsiya qalmaqalı əsasən Rusiyaya görə yaranıb. Bu sözləri FİFA prezidenti Yozef Blatter söyləyib.
    “2O18 və 2O22-ci illərdə Dünya çempionatının keçiriləcəyi yer Rusiya və Qətər olmasaydı, o zaman korrupsiya halları ilə bağlı qalmaqallar baş verməzdi.”
    *****
    Salam, Qabil bəy! Məsələnin ilk anlarından Rusiyanın reaksiyası diqqət çəkmişdi. Amma nə bilmək olar daha nələr diqqət çəkəcək.

     
  3. Qabil

    Salam, Mirhafiz müəllim. Yozef Blatterin yenidən FİFA prezidenti seçilməsindən sonra Avropa siyasətçiləri FİFA-ya alternativ qurum yaratmağı təklif edirlər. Avropa parlamentinin vitse-prezidenti Aleksandr Qraf Lambsdorf çıxışında qeyd edib ki, planetin ən yaxşı komandaları ilə təmsil olunan federasiyalar “Dünya Futbol Assosiasiyası” VFA-da birləşə bilər. Lambsdorfun fikrincə özəyi Avropa ölkələri olmaqla beş aparıcı futbol federasiyaları- İngiltərə, Almaniya, İtaliya, İspaniya və Fransa VFA-nın özəyi olmağa razılıq versələr, qısa zamanda Yaponiya, ABŞ, Meksika, Argentina,Braziliya və digərləri onlara qoşulacaq. Beləliklə Blatterin FİFA-sının varlığına son qoyulacaq. Bu mövqeyə Almaniya və İngiltərə artıq müsbət fikir bildirir. Almaniyalı siyasətçi bildirib ki, əgər FİFA qaydaya salınmazsa, yeni beynəlxalq futbol qurumunun yaradılması mümkündür və yeni yaradılacaq qurum üçün ön planda futbol olacaq. Bu həm də ona zəmanət olacaq ki, gələcəkdə korrupsiyaya və çirkli pulların yuyulmasına yol verilməyəcək.
    *****
    Salam, Qabil bəy! Çox maraqlı məlumatla çıxış etdiniz. Görünür, FİFA-da hansısa şübhəli işlər var ki, böyük futbol ölkələri belə mövqe tuturlar.

     
  4. Qabil

    Salam Müəllim. Bu xəbər biləvasitə mövzuyla bağlı xəbərdir. Bir neçə gün əvvəl beşinci dəfə FİFA prezidenti seçilən Yozef Blatter gözlənilmədən istefa verib. Xəbərdə deyilir ki, bir neçə saat əvvəl keçirilən mətbuat konfransında Blatter özü istefa verdiyini açıqlayıb: “Hamını FİFA-ya yeni prezident seçmək üçün fövqəladə konfransa dəvət edirəm. Hesab edirəm ki, FİFA-nın tərkibi tamamiylə yenidən formalaşmalıdır.”
    Seçkidə Blatterin yeganə rəqibiolmuş, FİFA-ya ilk müsəlman prezidentin İordaniya şahzadəsi Əli bin Əl Hüseynin seçiləcəyi gözlənilir.
    *****
    Salam, Qabil bəy! Mən də artıq bu yeni xəbərlə tanışam. Bircə onu demək istəyirəm ki, ABŞ-ın FTB-si bir işə əl qoydumu, onu hər hansı yolla reallaşdıracaq. Təki bu dünya futbolunun və ictimaiyyətinin xeyrinə olsun.

     
  5. Qabil

    Salam, gününüz xeyirli olsun, Müəllim! FİFA ətrafında cərəyan edən hadisələr onu deməyə əsas verir ki, korrupsiyanın hələ çoxlu qurbanları olacaq. Yəni bu xəmir hələ çox su aparacaq. Ən yeni gələn xəbərlərə görə İnterpol ABŞ-ın tələbi əsasında FİFA-nın korrupsiyada ittiham olunan yüksək çinli sabiq məmurlarınin həbsi üçün “Qırmızı order” verib. Hazırda həbs olunan yeddi yüksək çinli məmurla yanaşı, Şimali və Mərkəzi Amerika konfederasiyasının sabiq prezidentinin, Karib ölkələri konfederasiyasının sabiq prezidentinin və Cənubi Amerika konfederasiyasının sabiq prezidentinin həbsi üçün order verilib. Üstəlik adları hallanan konfederasiyalar korrupsiya əməlləriylə yanaşı 2O18 və 2O22-ci illərdə keçiriləcək Dünya Çempionatına ev sahibliyi seçkisində də saxtakarlıq və yüksək məbləğdə rüşvət almaqda günahlandırılır. Bunlarla yanaşı FİFA ilə əlaqələri olan nəhəng şirkətlərin dörd əməkdaşı da “qırmızı order”lə axtarışa verilib. Bu gedişatla ABŞ ən azından Rüsiyanı ev sahibliyindən məhrum etməyə nail olacaq. Çünki müasir dünya futbolu artıq dünya siyasətinin ayrılmaz bir hissəsinə çevrilməkdədir.
    *****
    Qabil bəy, son günlər xeyli dolğun məlumatlarla çıxış edirsiniz. Bu məlumat isə artıq xəbər xarakterlidir və bunu ayrıca xəbər kimi təqdim edirik.

     
  6. Qabil

    Salam, Müəllim. FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çaka Bleyzer dünya futbol camiyəsində şok effekti yaradacaq açıqlama ilə gündəmə gəlib. Onun rüşvət aldıqlarını etiraf etməsi beynəlxalq qurumda yenidən çaxnaşma yaradıb. Belə li, 1997-2O13-cü illərdə İcraiyyə Komitəsinin üzvü olan Bleyzer rüşvəti necə aldıqlarını şərh edib:
    “2OO4-cü ildən İcraiyyə Komitəsinin üzvləri rüşvət almağa başladı. Dünya çempionatına ev sahibliyi etmək istəyən ölkələrdən yaxşı pullar alınırdı. 2O1O-cu ildə Cənubi Afrika Respublikasının mundiala ev sahibi olması elə-belə hadisə deyildi. Məhz yüksək məbləğin qarşılığında İK-nin üzvləri dünya çempionatının CAR-da keçirilməsinə üstünlük verdi.” Müəllim, beləliklə Ç.Bleyzerin dediklərindən belə qənaətə gəlmək olar ki, Yozef Blatterin FİFA-da prezidentliyi dövründə korrupsiya lap pik həddini yaşayıb.
    *****
    Salam, Qabil bəy! Şəxsi işlərdəki qrafikin sıxlığından saytımızda bir az fasilə yarandı və ona görə də indi cavablayıb münasibət bildirirəm.
    Dayım, Cəlil Muradovun (indi Lənkəranda kordioloq işləyir) xeyli əvvəl dediyi bir fikirlə münasibət bildirmək istəyirəm: -“SSRİ dağıldığında bir sıra pis xüsusiyyətlərini də dünyaya səpələdi ki, bunlardan başlıcası da rüşvətdir.”
    Baxmayaraq ki, C. Muradov rüşvət ucbatından Azərbaycanda ali məktəbə qəbul oluna bilməyib, ali təhsil üçün Moskvanı seçdi və müvəffəqiyyətlə institutu orada bitirib, elə ordinaturanı da orada bitirmişdi.

     
  7. Qabil

    Salam, Müəllim! Son günlər FİFA ətrafında cərəyan edən və saytımızın izləyicilərinin də maraq dairəsində olan məlumatları Sizinlə də bölüşməyi özümə borc bildim. Əsasən Rusiyanın və Türkiyənin müxtəlif idman portallarını izləyirəm. Çalışıram ki, məlumatdakı faktlar şahidlərin dedikləriylə öz təsdiqini tapmış faktlar olsun.
    Saytımıza göndərdiyim məlumatı ayrıca xəbər kimi təqdim etdiyinizə görə Sizə minnətdaram.
    *****
    Salam, Qabil bəy! Mən məlumatın dolğunluğunu və yerli hansısa saytın xəbəri olmadığını, ümumiyyətlə hər-hansı araşdırmaların nəticəsi olduğunu hiss etdiyimdən bunu xəbər kimi verməyi özümə borc bildim. Müstəqil hər hansı araşdırmalarınızı da həmişə çap etməyə hazırıq. Onu da deyim ki, xəbərin hazırlanmasının mükəmməlliyini xüsusi qiymətləndirirəm. Uğurlar arzu edirəm.

     

Şərh əlavə et


səkkiz + = 13