Buradasınız Əsas » Muzey » LFT: SSRİ Çempionatları səhifələri
  • Bookmark and Share

LFT: SSRİ Çempionatları səhifələri 

USSR_Fussball_Verband_Logo

1977-ci ildə “Xəzər” futbol komandasının qazandığı “bürünc” medal SSRİ çempionatının II dəstəsində çıxış etmək şansı qazndırdı.

Bu gün Lənkəranlı futbol azarkeşləri fəxrlə deyir:

—Bizim “Xəzər” SSRI çempionatında çıxış edib.

Bəli, Azərbaycan futbolunu SSRİ çempionatında təmsil edən bir əlin barmaqları qədər sayılacaq rayon komandaları arasında “Xəzər” də olub.

1969-cu ildən 1976-ci ilə qədər olan aralıqda Lənkəran futbolunun ən böyük uğuru, 1972-ci ildə “Qızıl Sünbül”  ənənəvi turnirində qazanılan növbəti Azərbaycan Çempionluğu olur. Digər bir uğur olmasa da futbolumuz bu illərdə heç nə itirmir. Hamı səbrlə yeni nəslin yetişməsini gözləyir. Bütün diqqət uşaq futbolunun inkişafına yönələrkən, futbolla nəfəs alan şəhərin uşaq futbolunda yeni istedadlar parlayır, yeni nəsil yetişir. Xüsusilə, Lənkəran “Xəzər”inin heykəli qoyulmağa layiq futbolçusu, Lənkəran futbolunun “professoru” sayılan Vaqif Abbasov  futbolçu karyerasını bitirdikdən sonra bütün gücünü yeni nəslin yetişməsinə, istedadlı uşaqların üzə çıxarılmasına sərf edir.

Vaqif Abbasov

Daha bir “bürünc”…

Artıq Lənkəran futbolunda nəsildəyişmə prossesi arxada qaldığından uğurlu nəticənin yaxın gələcəkdə baş verəcəyinə inam böyük idi. Təcrübəli futbolçularla gənclərin sintezindən qurulmuş Lənkəran “Xəzər”ınə təcrübəli mütəxəssis Hafiz Namazov rəhbərlik edirdi. Futbolçularımız gözlənilən uğura addım-addım yaxınlaşdıqca komandasını cani-dildən dəstəkləyən azarkeşlərin həyəcanı artırdı. Hafiz Namazovun baş məşqçisi olduğu Lənkəran “Xəzər”i mövsümü uğurla başa vurub, tarixdə növbəti “bürünc”ümüzü qazanır. Bu bürüncü qazanmaqla Lənkəran “Xəzər”inin SSRİ çempionatına yolunu açan heyətin üzvləri:

Rafiq Səmədov, Nurəddin Nəsirov, Elxan Əliyev, Fizuli Abbasov, Valeh Əliyev, Fərman Ismayılov, Oleq Pastuxov, Sasha Slavaqorodski, Rasim Abdullayev, Hüseynağa Baxşıyev, Fəxrəddin Şərifov, Həsənbala Səmədov, Rahim Əliyev, Adil Məmmədov, Əlihüseyn Rəhimov, Namiq Kazımov, Çoşov Abdulxaliq, Zıgin Məmmədov.

Bu heyətdən xüsusi ilə Elxan Əliyev və Əlihüseyn Rəhimov haqqında ayrıca bilgi verməyə borcluyuq. Belə ki, xəstəlikləri ilə əlaqədər dünyalarını erkən dəyişmiş bu iki futbolçunun Lənkəran futbolundan ibarət binada qoyduqları daşlar yetərincə çoxdur. Həm Elxan Əliyev həm də Əlihüseyn Rəhimov karyeralarını bitirdikdən sonra gənc nəslin yetişməsinə öz töfhələrini vermiş insanlardır. Elxan Əliyevin xəstəliyi imkan verməsə də, Əlihüseyn Rəhimov uzun müddət UGIM-nin futbol bölməsində yeniyetmə futbolçuların hazırlığı ilə məşğul olub. Lənkəran azarkeşlərinin yaddaşında Sovet futbolunun əfsanəvi müdafiəçisi Çivadzeyə bənzədilən Əlihüseyin Rəhimov və özünəməxsus qolları ilə xatırlanan Elxan Əliyev daim qalacaq.

Mənbə: “Cənub Bolgəsində Futbolun İnkişaf Tarixi” kitabı.

Kitabın həmmüəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.

10 Şərh yazıya: LFT: SSRİ Çempionatları səhifələri

  1. Tənqidçi

    Salam !
    Hayif deyildi o vaxtlar!.Eh keçən gunlər, ötən həftələr.Vaxt vardi eh….-bir monoloqda deyildiyi kimi-.

    Deyirəm Toşakin ati su içmədi, yaziq dərdini tapa bilmədən getdi.Hardan biləydi ki…at nalsiz olduğundan tənbəl idi.Tənbəlliyindən suda içmək istəmirdi.
    Oğuz da nalbənd axtarir ki, ati yorğa olsun.Bu yaziğin “torba”dan başi haçan ayildi ki nalbəndi görsun.Kitayski nalin elə kitayski nalbəndi olar.

    Əsl nalbəndlər isə muvəqqəti olaraq vəzifələrini dondurublar.Elə mənim kimi.Vəzifəmi -42 və -43 dərəcədə soyuducuda saxlayiram.Yəqin bir gun əriyər.Azərenerji də sağ olsun.Daimi işiqlarimizi verir.
    *****
    Tənqidçi qardaş, amma atın xüsusən nallanandan sonra təpiyi çox sarsıdıcı olur və bir zərbəyə neçə-neçə adamı nokauta salır. Vay o gündən ki, at təpik atmaq həvəsinə düşə…

     
    • Tənqidci

      Bu da var. Bu atlari muəyyənləşdirib bir nalini tərsinə nallamaq lazim gəlir.Kitayski nalbəndin nali elə kitayski olduğundan, təpik atsada qorxusu yoxdur.Məgər indiyə kimi şillaq atan atimiz olmayib ki….saya da bilərəm.Hamsi indi yalinayaq qaliblar.
      *****
      At və nal mövzusunda kifayət qədər məntiqli çıxış etmisiniz. İndi qalır nalbənd haqqında fikirlər yürütmək ki, tam həqiqi prosesləri hamı anlasın!

       
  2. Qabil

    Salam,axşamınız xeyir, DOKTOR! Lənkəranın “Xəzər” komandasının SSRİ çempionatına yolunu açan heyətin demək olar ki, hər bir üzvünü şəxsən tanıyırdım və oyunlarını izləyirdim. Mən deyərdim ki, o heyət Lənkəran futbolunun ayrı-ayrı vaxtlarında mövcud olmuş heyətlərinin ən güclülərindən biri olub. Bu gün həmin heyətin üzvləri bizim üçün Lənkəran futbolunun canlı tarixidir. Mənim Rasim Abdullayev və Fəxrəddin Şərifovla indi də çox yaxın münasibətim var.
    *****
    Salam, Qabil bəy! Biz onların hamısı ilə fəxr edirik. Xahişimiz budur ki, onlara səmimi salamlarımızı çatdırasınız.

     
  3. Azərbaycanlı

    XXIII milli çempionatın birinci ev oyunu günü tarixin bu səhifəsinə salınan nəzər rəngarəng bir ovqat yaradır Lənkəran Azarkeşində…ənənələrə davam deyək!!!
    *****
    Yaxşı mənada hansısa ənənə qalıbmı?

     
  4. R.S

    Salam Mirhafiz bəy .Çox təssüf ki sizinlə həmsöhbət ola bilmirik və sizin tənqidi yazılarınızı oxuya bilməyəcəyik .Yenə nə olursa biz azrkeshlərə olur .,Ürəyimiz doludur .Yəqin siz də bir lənkaranlı kimi .biganə ola bilməzsiniz .olanlara .Əvvəllər yazdıqlarınız .tam sübutun tapıb .artıq.
    İslam bəyin saytında da yazmısham .
    Bu LFT-dən oxuyarkən ,fərəh hissi bürüyür insanı
    Çox istərdim ki azarkeshlərimiz hamısı bu yazlanları oxuyub komandamızın necə bir keçmishi oldugun bilsinlər ,Buna görə Sizə Və İslam bəyə böyük təshəkkür düshür ki .əksəriyyət bu barədə məlumatlandırırsınız. .
    *****
    Sizi salamlayıram! Biz artıq bir Lənkəranlı kimi əmin olduq ki, dediyiniz bu məvhum Lənkəranı hələ ki, təmsil edə bilməz! Və bu səbəbdən də bir Lənkəranlı kimi bu barədə heç narahat deyilik. Qaldı ki, LFT məsələsinə, bu həqiqətən Lənkəranın qürur duyası futbol tarixidir. Bununla fəxr etməyə dəyər. Bu barədə sizin əziyyətlərinizi də qiymətləndirir və sizi alqışlayırıq!

     
  5. Zəfər Lerikli

    Muəllim salam!..Bizi niyə meydana tək buraxdiniz?.Qalmişiq tək!.-Amma bizim mubarizəmiz davam edir.Fanklubun qərarina xususi hörmətim var.Hər şey duzələr.Hz.Əli deyib : Cox bilən az danişandir.
    *****
    Salam, Zəfər bəy! Allah eləməsin. Biz heç kimi meydanda tək buraxan, ya da yarıyolda qoyan deyilik. Dediyiniz məsələlərin səbəbləri var ki, bunlar da heç də bizdən asılı deyil. Biz heç kimin oyuncağı ilə oynamağı sevmirik ya da öz oyuncağı ilə necə oynamağın lazım olduğunu da məsləhət edən deyilik.

     
    • Tənqidci

      Amma sol qonşunun evindəki oyuncaqlar bizə tapa-turupdan istirahət etməyədə imkan vermir.Sağ qonşuda oyuncağini idarə edə bilmir.Mənimkimilərdə oyncaqsiz və naəlac qalib.Yəni qonşuluqdan köçum!?.Axi hara gedə bilərəm.???.Yaxin olan sağ qonşumdur axi….fəxr etdiyim adla.
      *****
      Qonşuların uşaqları nə vaxtacan öz oyuncaqları ilə oynayacaqlar və baş ağrıdacaqlarsa, bizə, bağa köçüb dincəlmək və bu nadinc uşaqların böyüyüb ağıllanmasını gözləmək qalır!

       
  6. Zəfər Lerikli

    Əstəğfurallah!-Yəqin şərhimi anlaşilmaz yazmişam. Deməyim odur ki “Bosman” nəinki bizim uçun elə “Xəzər Lənkəran” uçun belə bu camiyyə uçun dəyəri bilinməyən bir umman idi. “Xəzər Lənkəran” hərəkətləri ilə hələ “Bosman” uçun çox gəzəcək. Qərarinizi hörmətlə qarşilandiğinizi qeyd etmişəm.O ki qaldi mənə.Mənsə “Xəzər Lənkəran”a azarkeşliyimlə heç bir oyuncağin dalina duşməmişəm. Azarkeş sevgisidir. Əlbəttə ki, oyuncaqin sahibi artiq onu qirandan sonra ağlayar. Amma heç ağlayanada oxşamirlar.
    *****
    Zəfər bəy, heç bir anlaşmazlıq yoxdur. “Bosman”a həqiqi dəyər verdiyiniz üçün təşəkkür edirik. Qaldı ki, cavablarda anlaşmazlıq məsələsinə, biz sizi sözsüz başa düşürük. Amma atalarda bir misal da var:-“Qızım sənə deyirəm, gəlinim sən də eşit!”

     
  7. Zəfər

    Urəyim partadi.Hər gun dəfələrlə bu sayta ziyarət edirəm.Hacan bu sayt fəaliyyətini bərpa edəcək?.

    Allah şeytanin şərindən bizi qorusun! Amin.
    *****
    Salam, Zəfər bəy! Sizdən və bütün sayt ziyarətçilərindən üzr istəyirik. Düzdür, son zamanlar saytımızın fəaliyyətində kifayət qədər ləngimələr qeydə alınıb ki, bu da şəxsi işlərin çoxluğu ilə bağlı olub. Çalışacağıq ki, bu ləngimələrə son verək!

     
    • Zəfər

      Şukur Allaha!.Bu gun saytda yeni yazi gördum və çox sevindim.
      *****
      Həmişə şükürdə olasınız, Zəfər bəy!

       

Şərh əlavə et


− iki = 5