LFT: Azərbaycan futbolunda Mici, Əlisahib və Vaqif şou …

Lənkəran futbolunun tarixindən.
31-ci Azərbaycan çemionatında qazandığımız bürünc…
1968-ci ildə yeni formatda start götürən 31-ci Azərbaycan çempionatında ilk dəfə olaraq “Xəzər” adı ilə çıxış edən futbolçularımız elə bu mövsümdəcə  tarix yazmaq fikrində idilər.

Çempionatda komandaların sayının artması və rəqiblərin heyətindəki adlı -sanlı futbolçuların varlığı LƏNKƏRAN futbolunun  “qızıl nəslini” qətiyyən qorxutmurdu .Təsadüfü deyil ki ,mövsümün ilk  on oyununda məğlubiyyət acısı dadmayan “Xəzər”, yeddi oyunda meydanda qələbə, üç oyunda isə heç-heçə edib ayrılmaqla yüksək yerlərə iddialı olduğunu rəqiblərinə nümayiş etdirirdisə, bu nəticənin özü komandanın gücündən xəbər verirdi. Artıq ölkə mətbuatı da idman səhifələrində “Xəzər” haqqında ağızdolusu danışırdı. Mici Məmmədov, Vaqif Abbasov hücum cütlüyünü , o cümlədən hər iki ayağı ilə güclü zərbələrə malik olan, meydanı şox rahat “oxuya bilən” çox gənc yaşlı Əlisahib Heydərovu artıq bütün respublika tanımağa başlayırdı. Müdafiədə Çingiz Haşımov, Rasim Əliyev, Fərman İsmayılov triosu isə etibarlı oyunu ilə seçilirdi. Xüsusiilə, Rasim Əliyev və Fərman İsmayılov rəqiblər üçün keçilməz sədd sayılırdı. “Leninçi” qəzetinin 8 iyun 1968-ci il 66 saylı nəşrində “Xəzər  lideriyi əlində saxlıyır” yazısında qəzetin idman müxbiri, məhrum jurnalist-puplisist Hacıbala Əbilov yazır:

“–Azərbaycan çempionatının bu ilki mövsümünün əvvəlində liderliyi əlində saxlayan “Xəzər” futbolçularının müvəffəqiyyəti əvvələr bir çoxlarına təsadüfü görünürdü. Lakin budur yolun üçdə biri geridə qalıb. On oyuna yeddi qələbə üç heç-heçə edən futbolçularımız hələ də məğlub olmamışdır. Liderlik uğrunda mübarizə isə davam edir. Ən sevindirici məqam isə ölkənin futbol ictimaiyyətinin komandamızın göstərdiyi məzmunlu və gözəl oyunu  haqqında paytaxda nəşr olunan qəzetlərdə bildirdiyi fikirlərdir.”
Növbəti turda komandamızın rəqibi çox güclü heyətə malik olan Xankəndi “Dinamo” kulubu olur. Oyunun repartajını “Leninçi” qəzetinin 19 iyun 1968-ci il tarixındəki sayında dərc edən Əbilov bir daha ölkə mətbuatının son günlər “Xəzər” haqqında yazdığı fikirlərə yer ayırdıqdan sonra matç barədə bu qeydləri yazır :
“-Şəhər stadionumuzda 16 iyunda keçiriləcək qarşılaşma böyük maraq doğururdu. Son dövrlər ölkə mətbuatının diqqətində olan, liderliyi heç kimə vermək istəməyən “Xəzər” komandası əsas rəqiblərindən birini, Xankəndi “Dinamo”çularını qəbul  edirdi. Ümumittifaq dərəcəli hakim Vəliyevin start fiti meydanda amansız mübarizə başladı. Qonaqlar, “Dinamo” futbolçuları komandamızın qapısına doğru həmlələrini artırsa da Haşımovun başçılıq etdiyi müdafiə xəttımız inamlı və səhvsiz oynayırdı. 25-ci dəqiqədə -Heydərovun gözəl ötürməsini komandamızın ən fəal oyunçularından biri Vaqif Abbasov qola çevirdi. Bundan sonra qonaqlar hesabı bərabərlişdirmək üçün əllərindən gələni etsə də futbolçularımız gözəl oynayırdı. 82-ci dəqiqədə-Mici Məmmədovun 2-ci qolu oyunun nəticəsini bildirdi.”
Sonadək mübarizəni yüksək əzmlə davam etdirən komandamız çempiontın sonunda III yer tutub bürünc medal qazanır.
MƏNBƏ: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.