Buradasınız Əsas » Xəbər » Laboratoriyada yetişdirilən viruslar
  • Bookmark and Share

Laboratoriyada yetişdirilən viruslar 

Laboratoriya

Dünən baş tutan “”Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük Oyun”a heç də təsadüfən əvvəlki yazımızda “Özəl oyun” adı ilə müraciət etməmişdik. Bu “Özəl oyun”un starta qədərki çalarlarından həmin yazıda danışsaq da, startdan sonrakı özəlliklərinə də təbii ki, hadisələri bilərəkdən qabaqlamamaq üçün bu gün toxunmalıyıq. “Özəl oyun” baş tutdu və “Neftçi”nin 4:1-lik qələbəsi ilə başa çatdı. Bir az əvvəl Superkubokda azlıqda qalmasına rəğmən rəqibini keçən “Xəzər Lənkəran” niyə bəs böyük hesabla uduzdu. Superkuboka azlıqda qalmaqla yiyələnməyi bacaran komandanı hamı əzmkarlığına görə tərif edib, alqışlayıb, şəninə təriflər yağdırırdısa, bu gün eyni adamlar günahkar axtarışındadır. Budurmu bizim futbolumuz, budurmu bizim azarkeşliyimiz.

“Xəzər Lənkəran”ın sadiq azarkeşi olduğumuzdan onun hər bir anı bizimdir. Komandanın uğurlarına həmişə ac olmaqla iş bitmir. Gərək uğursuzluqda da dözümlü olasan. Dözümlü olmağa da insanı vadar edən mahiyyət məsələsidir. Hadisələrin mahiyyətini düzgün analiz edib, düzgün qiymətini vermək. Hər hansı bizdən asılı olan və olmayan səhvlərin olduğunu da inkar etmirik. Ucdantutma komandanı pisləmək və boykot etmək haqqında çağırışlar sevgidən və əsəb gərginliyindən qaynaqlanırsa, əsəbi pozulmuş toplumun bu halından istifadə edib, arada öz işini görmək istəyənlərə bəhanə vermək, bununla da komandanın vəziyyətini kritik həddə çatdırmaq, öz-özümüzü qayadan atmaq deməkdir.

İndiki halda belə bir yazını yazmaq heç də asan məsələ deyil. Çünki əsəbləri pozulmuş çoxsaylı azarkeşlər artıq başqa cür fikirləşməyə başlayıb. Onu da deyim ki, bu vəziyyətin yaradılmasında məqsədli olanlar da var. Əgər  belə davam edəcəksə, “Xəzər Lənkəran”ın halı betər olacaq?

Keçən yazılarımızın birində “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçimiz Con Toşak oyun sonrası mətbuat konfransında belə bir məntiqi yanaşma göstərmişdi. Demişdi ki, “Çox güclü komandaya məğlub olduğumuzu düşünürəm. Oyuna görə müqayisə edəndə “Qarabağ” bizdən çox güclüdür”.  Bu nə deməkdir? Yəni mənim komandam çox zəifdir.

Amma səhəri günü klubun rəsmi saytına başqa bir məntiq ifadə edən açıqlama vermişdi: – “Hamımız qələbəni düşündüyümüz anda məğlub olduq. Məncə hesab oyunu əks etdirmədi. Bununla belə deyim ki, rəqib də layiqli qələbə qazandı. Amma hücum edən, ardıcıl həmlələr edən tərəf biz idik. Şanslarımız çox olsa da yararlana bilmədik. İkinci hissəyə də pis başlamadıq və artıq 47-ci dəqiqədə real qol şansını boşa verdik. Oyun planında xeyli artırsaq da, hələ də epizodlardan yararlana bilməmək problemini həll edə biıməmişik. Hamı Nildonu günahkar sayırdı və qol şanslarını boşa verdiyi üçün onu ittiham edirdi. Amma gördüyünüz kimi günahkar tək Nildo deyil. Bu oyunda Nildo oynamadı, amma biz yenə çoxlu qol şansını boşa verdik. Düşünürəm ki, ikinci qol komandanı “sındırdı” və bu qolu adi səhvdən rəqibə hədiyyə etdik. Üstəlik, yorğunluq da öz sözünü dedi. Artıq itiriləsi xallarımız yoxdur. Evdə cəmi bir qələbəmizin olması məni həddən artıq məyus edir. Çalışıb səhvlərimizi tez bir vaxtda düzəltməliyik.”

Birinci açıqlamada da, oyunda döyüşən, canını, ürəyini qoyan futbolçunu sındırmaq deməkdir ki, Toşak təcrübəli biri olmasına rəğmən bu səhvi buraxmışdı deyə, ikinci açıqlamaya ehtiyac duymuşdu.

“Neftçi” ilə oyundan sonra da yenə bu səhvi təkrarlamış olan Toşak görün nələr deyib: “Kişilər yeniyetmələrə qarşı oynayıb, qalib gəldilər”.

O,  mətbuat konfransında futbolcularını belə günahlandırıb: “Çox bərbad çıxış etdik. Məndə olan məlumata görə, birinci qol ofsayddan vuruldu. Benouahi təkbətək çıxdığı epizodda ötürmə yox, topu qapıya vurmalı idi. Onun nə üçün ötürmə verdiyini anlamıram. Qapıçı ilə təkbətək çıxırsa, özü qol vurmalıdır Bu cür nəticələrlə I diviziona düşməsək yaxşıdır. Belə oynamağımızın səbəbini yeniyetmə futbolçularımızdan soruşmaq lazımdır. Komanda çox bərbad oynadı. Qapıçı ilə təkbətək epizodda qol vura bilmiriksə, nə deyim? Rasim Ramaldanov millinin üzvü olsa da, uşaq səhvləri edir. 11 metrlik cərimə zərbəsi epizodunda uşaq səhvi etdi. Milli komandanın oyunçusu gülməli vəziyyətdə qayda pozuntusuna yol verdi.”

Bu açıqlamalar komandaya ziyan gətirir. Halbuki əslində uşaqlar normal oyun göstərib, əzmlə mübarizə apardılar. Oyunun yönünə bir çox amillər təsir etdi ki, əvvəllər bu haqda danışan Toşak indi başqa fikirlər səsləndirir. Bir də onu demək lazımdır ki, Nildo, Zohair və Ramaldanov sənin Supermarketdən yox, yerli bazardan ucuz qiymətə aldığın oyunçulardır. Ramaldanovu çıxmaq şərti ilə “Xəzər Lənkəran”a nə Nildonun nə də Zohairin boy vermədiyini indi sən də anlamısan.

Superkubokun son məşq günü, HK-nin sədri Xaqani Məmmədovu komandasının məşq keçdiyi yerdən uzaqlaşdıran Toşak hakimbaşıdan zərbə almalıydı. Bu gözlənilən idi. Nələr baş verdi. Bəzən təbabətdə inkişafa nail olmaq üçün yeni viruslar, bakteriyalar süni şəkildə labaratoriyalarda yetişdirilir və onlara qarşı hansı preparatların lazım olacağı öyrənilir ki, bu törədicilər təbiətdə əmələ gələrsə və epidemiya yayılarsa, onun qarşısını almağa indidən təbabət hazır olsun. Bəzən də hər hansı səbəbdən hələ dərmanı tapılmamış bu viruslar yetişdiriliərkən, ehtiyatsızlıq üzündən insanlara yoluxur və qarşısını almaq mümkünsüz olur. Belə halda bəşəriyyət böyük təhlükəyə məruz qalır, eyni zamanda böyük itkilər verir.

Gəlin birlikdə analiz edək. Oyunda “Neftçin”in vurduğu ilk qolun, hətta deyilənə görə hakimbaşı da oyundankənar olduğunu deyib. Deməli, 4:1 yox, 3:1 olmalıydı.

Daha sonra penalti epizoduna gəlincə, Nfor, Ramaldanov mübarizəsinin nəticəsi olaraq meydana gəldi. Görüntüləri təqdim edirik. İkili mübarizədə birlikdə cərimə meydançasına girən Nfor əvvəlcə Ramaldanovun sol çiynindən çəkərək onun müvazinətini pozub, önünə keçməklə topu mənimsəmək və əlbəttə nail olmadığı təqdirdə özünü yıxıb penalti qazanmaq istəyi. Belə də edir, Ramaldanovu sol çiynindən çəkərək müvazinətini pozur, müvazinəti pozulmuş Ramaldanova isə yıxılmamaq üçün dayaq lazım idi ki, bu halda Nfordan başqa yanında dayaq yox idi. O heç Nforun köynəyini də dartmadı, əlinin çölü ilə müvazinətini düzəldərkən Nforun qarın nahiyyəsinə azca dayaq etdi ki, elə bu kimi bir şeyə nail olmaq istəyən Nfor haqq-nahaqq özünü yerə atdı. Çox iyrənc bir penalti qərarı. Burda Ramaldanovun penaltiyə səbəb olacaq heç bir hərəkəti yox idi. Mən qapıçımızın yerində olsaydım, penalti vurulan zaman etiraz əlaməti olaraq heç qapıda durmazdım. Əksinə Nfor simulyasiyaya görə meydandan qovulmalı idi. Azlıqda qalan komanda heyəti heç onunla üçüncü qolu da vura bilməzdi. Çünki üçüncü qolun müəllifi Nfor artıq meydanda olmamalı idi. Beləliklə olmayan penaltidən vurulan qolu da hesablamasaq 2:1, meydandan qovulan Nforun üçüncü qol vurması da absurddur. 1:1.

Tounkaranın rəqibin cərimə meydanında kobudluqla saxlanılması bir penalti epizodu idi ki, rəqibin xeyrinə, simulyasiya əvəzinə penalti qərarı verən Xaqani Məmmədovun Labaratoriyasının yeni virusu olan baş hakim burda susmağı boynuna götürdü. Əgər penalti verilsəydi artıq hesab 1:2 bizim xeyrimizə ola bilərdi.

Bir də ki, Zohairin təkbətək epizodundakı ötürmə verərək komanda yoldaşının vurduğu qol dünya praktikasında hesaba alınır. Artıq rəqib oyunçuları çoxdan arxada qoymuş iki komanda yoldaşının paslaşaraq qol vurmasının dəfələrlə şahidi olmuşuq. Belədə isə hesab1:3 komandamızın xeyrinə olmalı idi. Bəs, Toşak bunları bilə-bilə, niyə Zohairi tənqid edir? Ona görə etmir ki, bu ofsaytdır. Ona görə edir ki, ay Zohair sən bu Laboratoriya və onun yetişdirdiyi virusları tanıya-tanıya onlara niyə ofsayd bəhanəsi verirsən? Özün vur ki, belə viruslara bəhanə olmasın. Sən burda dünyada qəbul olunmuş qaydada ötürmə edəndə bilmirsən ki, bu viruslar beynəlxalq qaydaları tanımır? Qolu özün vuraydın və belə olan halda isə bu gün kim “Xəzər Lənkəran”ın zəifliyindən və “biabırçı hesabla məğlubiyyətindən” danışardı. Hamı səfərdə azarkeşsiz qalan komandamızın zəfərindən danışar, şəninə təriflər yağdırardı.

ofsayt

Bunlarla, bu fikirlərlə kimlər isə razılaşmaya da bilər. Amma o razılaşmayanlar bilməlidirlər ki, Laboratoriya müdiri ilə onun yetişdirdiyi yeni viruslar bu eybəcərlikləri futbolumuza yoluxdurublar. İndiki virusun əvvəlkilərdən keyfiyyət fərqini də deməliyik. Bundan əvvəl yanından yel ötəndə belə yerdə qalıb, cərimə zərbələri, penaltilər qazanan Flavinyonun, bu səfər ondan da betər simulyasiyalarına hakim sanki kor olmuşdu. Əvəzində Nfor meydana çıxmışdı ki, yanından hər yel ötəndə özünü yıxır və istəyinə çatırdı.

Artıq Flavinyo kartının bayağılaşdığını və ona görə verilən penaltilərin açıq etiraz doğurduğunu başa düşən laboratoriya müdiri, yeni virusunu Nfor keyfiyyət dəyişikliyində “yaratmışdı”. Virus da laboratoriyada ona verilən xassələrlə meydanda tam özünü “doğrultdu” və Laboratoriya müdirinin Toşakdan tam əvəzini çıxdı.

Amma heç də mürəkkəb texnologiyalarla hazırlanan bir avtoklav yox, adicə sterilizatorda bir neçə dəqiqə sterilizasiya apardıqda belə, futbolumuz asanlıqla belə viruslardan təmizlənə bilər. Yetər ki, istəyən olsun.

Mirhafiz Babayev

55 Şərh yazıya: Laboratoriyada yetişdirilən viruslar

  1. van persi

    evvela bu yaziya gore size tessekur edirem bes mubariz mensimov mais mensimov bu oyunlari gormur turnir cedvelini gormur
    *****
    Superkubok oyunundan sonra Zəfər Lerikli saytımız üçün videorolik hazırlamışdı. Həmin videorolikin əvvəlində klub prezidenti olan Mais Mənsimov, “Hamı gördü, düzgünçülük yoxdur qardaş. Raminin futbolu…” Deməli görürlər, sadəcə mən və siz kimi deməkdən başqa bir şey edə bilmirlər.

     
  2. van persi

    bunlar futbolu batirmaq isteyirler xezeride

     
  3. R.S.

    Bu analiz və 4-1 -in diaqnozu çox düzgün və yetərli oldu mənim üçün .Düzdü azerkeşlər belə məğlubiyyəti həzm etməkdə çox şətinlik çəkəcəklər ,Azerkeşləri də başa düşmək lazımdır ,dalabadal böyük hesablı məğlubiyyət,hamını üzür .Lakin əgər ,Nazxçvanda heç nə edə bilmədiklərindən qisası indiki oyuna saxlamışdı hakim və hakimbaşı və onun darğası ,
    Kimin Super komanda olması Naxçıvanda bilindi.BU XƏZƏR LƏNKARANDIR!! Hakimin neytralaşdığı oyunda Xəzər həmişə qələbə çalır .

     
  4. Qabil

    Hər vaxtınız xeyir, Doktor! Toxunduğunuz mövzu bu günümüz üçün çox həssas bir mövzudur. Mövzuda bütün gedişatı, kordinatları dəqiqliyi ilə açıb göstərmisiz, Sizə minnətdaram. Bəli, bu gün hakimbaşı Xaqaninin yetişdirdiyi yeni viruslar artıq ölkə futbolunun canına, qanına işləməkdədir. Belə getsə nə avtoklav nə sterilizasiya aparatı bu virusları zərərsizləşdirmək gücündə olmayacaq. Bu gün komandamı belə vəziyyətdə görəndə ürəyim ağrıyır. İndi “Xəzər Lənkəran” çoxlu sahibi olan sahibsizə bənzəyir. Nəvaxta qədər göz görə-görə komandamızın haqqı yeyiləcək, sahibləri isə susmağa üstünlük verəcək. Nə vaxtsa bunun sonu olmalıdır ya yox? Əgər laboratoriya müdirinə, onun yetişdirdiyi viruslara gücləri çatmırsa, onda komandanın çempionatdakı fəaliyyətinə son qoysunlar, biz də öz işimizi bilək. Yoxsa bunun bir çıxış yolu olmalıdır axı?
    *****
    Çıxış yolunun birini siz artıq dediniz.

     
  5. Zefer Lerikli

    Mirhafiz muellim!-Men yazinizda cox meqamlari belke tuta bilmedim amma yenede oz suallarimla uz-uze qaldim.Eger AFFA primyer liqa kecirdirse ve PFL-e Neftcinin xeyrine hansisa tapşiriqlar verirse,onda sual yaranir:Bu cempianat kimi lazimdir?-Hamimiz bilirik ki ,sade zehmetkeşlerin cixartdiqi bu neft kimleri vazifelerde saxlayir ve bu kimler ne hoqqadan kecirler.Her cur saxtaliqlar baş verir amma futbolda bele saxtaliqlar qebuledilmezdir.Ona gore ki ,bu saxtaliqlar butun xalqin gozunun qarşisinda baş verir.Bunu qapali kabinetlerde etmek olmur axi?-Niye Neftciye daydayliq edirler ele burdan melumdur.Kişiler axi yaxşi işleyir ve kamandalarida birinci yerdedir demek ucunmu???.Baxin ve duşununun!-Baxin ki, bu bizlerin ,sizlerin qarşisinda baş veren eybecer AZERBAYCAN futboludur.Duşunun ki,bu cempianat kimin ucundur!?-Bu minvalla AZERBAYCAN futboluna inanmiram ve buna etiraz edirem.Bele getse borcla bir kamanda yaradaram ve TOPAZ oynayaram.Bir il erzinde milyoner komanda yaradaram ve pul sahibi olaram.Lap bele qazandiqim pulun icine……..olsun.Biz ele bir noqteye catmişiq ki, ne tupurub her şeye -premier liqadan cixa bilirik, nede burda baş aca bilirik.Uzr isteyirem! ….cixmaq bir ayib,ondan yixilmaq iki ayib.Belke sehf edirem Mirhafiz bey!?
    *****
    Doğru olan fikirləriniz, hörmətlə yanaşmağa layiqdir. Adama təsir edən də budur. Uşaqların zəhməti yerə vurulur. Onlar ki, neçə oyundur meydanda can qoyurlar, ürəklərini qoyurlar. Etame, Rahid, Skarlatake, Elnur, Rasim, Tounkara, Ağabala adların yazmadıqlarım məndən inciməsin, hamısı can qoyur. Bəs onlara qarşı bu haqsızlıq nədir? Allah var axı! Biz onların zəhmətini necə itirə bilərik. Bu ki, vicdansızlıq olar. Oynamayanda haqlı tənqid etmişik. Axı indi oynayırlar. Meydanda şərəflə oynayıb, can qoyan bütün futbolçularımızı bağrıma basıram. İnanın bu sətirləri kövrələrək yazıram. Biz onlara sahib çıxmalıyıq. Əgər meydanda can qoyan futbolçulara sahib çıxmırıqsa, onda özümüz vicdansızıq. Bəs biz belə əzablara düçar oluruqsa, onda milyonlarla pulunu xərcləyən klubun sahibi gör nə əziyyət və əzab çəkir. Mən bunu obyektivlik naminə deyirəm. Hər kəs istədiyi kimi fikirləşə bilər. Hər halda Allahın Ədalətinə sığınmalıyıq.

     
    • Zefer Lerikli

      Meni yandiran bilirsiniz nedir?-Oyun o vaxta kimi maraqli oldu ki ,ofsaytdan qol hesaba alindi.Bir terefdende oyuncularimiz ucun hecne saxlanilmadi.Orxan Sadiqli dozdu ve alqi.la onlara cavab verdi.Oyuncularimiz sindirildi ve onlar meydanda kimle nece vuruşduqunu ayird ede bilmediler.Sonucda bunlarda insandi,bunlarinda esebleri dozmedi ve oyun balansi pozuldu.Penalti lap oyuncularimiza yaranin yerine duz sepmek oldu.Belelikle nizam pozuldu.Duzdur,uşaqlar calişirlar amma azarkeşsiz qalmaq lap birinci zerbe idi.Bu haqsizliqi Neftciye Lenkeranda catdirariq.Bele haqsizliqa lenet olsun.Bizim ahimiz bunlari tutar ve zaman geler onlarin emelleri qara leke kimi tarixe yazilar.Hec olmasa ureyimi boşaltdim,biraz teskinlik tapdim.

       
  6. Zefer Lerikli

    Butun bu veziyyetlerden nece cixmaq olar?-Meni bu sual cox duşundurur.Bir cavab tapmişam ,qoy deyim: Biz tesevvur edilmeyecek qeder guclu olmaliyiq.Barselona kimi,Real kimi ve onlardanda guclu.!-Yoxsa bu qara neft futbolumuzu qara gune qoyar ve qoyub.

     
  7. Rakif

    Doktor ,salam.Mən sizin xətrinizi dunyalar qədər istəsəm belə bu dəfə sizinlə fərqli düşüncələrə malikəm.Vurulan qolların analizinə ehtiyac duymuram.XLnın oynunu mən də izləmişəm və delə qənaətə gəlirəm ki,bu oyunla komanda heç nəyə nail ola bilməyəcək.Bunun günahkarı nə Toşaq nə də oyunçulardır.Tam məsuliyətimlə deyə bilərəm ki,bütün bularrın günahkarı XL rəhbərliyidir.Bütün bunlar rəhbərliyin bərbad transfer siyasətidir.Toşaq bir baş məşqçi kimi nəticələrə görə tam məsuliyət daşıyır.İndi biz istəsək də-istəməsək də bütün olanlarla barışmalı və qış trensferlərini gözləməliyik.Qışa qədər işimiz necə olacaq onu allah bilir.
    *****
    Sizi salamlayıram Rakif bəy! Dediyiniz məsələnin başqa bir tərəfidir ki, növbəti yazılarda buna da toxunacağıq. Bu yazıda müəyyən işarələr var. “Xəzər Lənkəran”a boy verməyən”, kəlməsi, daha sonra “Supermarket və yerli bazar məhsulları” məsələsi, hansı ki, baş məşqçimizə məxsusdur, bunlarla işarə verilib siz deyənlərə. Yəqin ki, növbəti yazılarımız da olacaq bu barədə və daha ətraflı.

     
  8. Qabil

    Mirhafiz bəy, bizim bir qanuni çıxış yolumuz qalır o da UEFA ya müraciət ünvanlamaq. Əgər bunu klub rəhbərliyi və ya hüquqşünası etmirsə, komandamızın haqqını biz müdafiə etməliyik. Bütün haqsızlıqlara qarşı təkcə öz saytlarımızın arxivlərində külli miqdarda dəlil sübutlar var. Təklif edirəm, hər iki azarkeş saytımızda azarkeş sorgusu keçirib bir qərara gələk. Hüquqi baxımdan UEFA ya hansı sənədlər lazımdırsa azarkeşlər adından hazırlayıb göndərək. Elə bilirəm Ali qurumda səsimizi eşidərlər çünki, UEFA hələki öz düzgünlüyünü və demokratik prinsiplərini qoruyub saxlayır. Əgər oyunu dayandırmaq və Toşakın nüfuzundan istifadə edib dərhal stadiondan UEFA ilə əlaqə saxlamaq mümkündürsə, niyə biz öz azarkeş hüququmuzdan istifadə edib halal haqqımızı tələb etməyək?
    *****
    Səhv etmirəmsə, UEFA-da azarkeşlərlə bağlı bir qurum yoxdu. Onlar özlərində qeydiyyatda olan klublarla və başqa ölkələrin aidiyyatlı qurumları ilə rəsmi əməkraşlıq edirlər. Ona görə də azarkeşlərin dərdlərinə baxan olmaz. Ancaq rəsmi qurum, klub özü etməlidir. Bunu da etmələri yəqin ki, şəraitə görə mümkün deyil.

     
  9. Qabil

    Mirhafiz müəllim! Bizim üçün də mmaraq kəsb etdiyindən H.Cəbrayıloğlunun “Sportal.az” saytına açıqlamasını təqdim edirəm. “Sabah Lənkəranda klubdaxili iclas keçiriləcək. “Xəzər Lənkəran” prezidentinin rəhbərliyi altında baş tutacaq görüşdə komandanın baş məşqçisi başda olmaqla, hər kəs hesabat verəcək. Əmək haqqının, mükafatın ən yüksək və vaxtında verildiyi klub 8-ci pillədə ola bilməz. Ona görə də komanda ilə ciddi söhbət olacaq”.
    *****
    Artıq mən də tanış olmuşam, çox sağ olun. Nəticəni gözləyək. Amma futbolçulara haqsızlıq edilsə, yəqin ki, reaksiyamız kəskin olacaq. Bir neçəsindən başqa. Adlarını çəkmək istəmirik. Siz təxmin edə bilərsiniz.

     
  10. Anar

    Noyabr 2011 5-0 Noyabr 2013 4-1 )))))))))) Axarinci olsun NEFTCHIM menim!

     
    • R.S.

      Hakim hesabına ,AFFA-nin ,PFL-in hesabına .Xəzərə qalib gələn “NEFTÇİM mənim”.Superkubokda 10 nəfərlə qalan Xəzərə uduzan !NEFTÇİM mənim ”

       
  11. Zefer Lerikli

    Xezer Lenkeran azarkeşlerin caşqinliqindan kimlerse istifade etmeye calişir.Bele bir meqamda keserli soze ehtiyac coxdur.Vaxt geler ve heqiqet oz yerini tutar.Onda kimlerse oz nikinden istifade etmeye bele xecalet cekerler.Azarkeşlerin maariflenmeye ehtiyaci var.Onlari doqru yola yoneltmek lazimdir.Bizi hec kim Xezer sevgimizden mehrum ede bilmez.Buna emin olun!
    *****
    Zəfər bəy, mahiyyətə dəqiq toxunduğunuza görə təşəkkürə layiqsiz.

     
  12. R.S.

    Xəzər başqa bir ölkənin çempianatında çıxış edə bilər ,Cəhənnim olsun Ramin və onun dəstəsi ,Xəqanin çox alçaq insandı Boynunda Raminin xaltası var ,bir ücü ,onunəlindədir ,

     
  13. R.S.

    heç turnir cədvəlinə baxmaq istəmirəm .Mirhafiz bəy Futbolçular can qoyur ,Toşak yaxşıdır ,bəs onda kimdir günahkar ,
    Nazim Süleymanaov deyir ki çox şadam ki ilk qələbəmi,Xəzərin üzərində oldu ,Azalda qalib gələyində də arxalı kuluba gəlmisən də ,Daha rahat qələbə qazana bilərsən ,
    *****
    Bu günki iclasda görək kimi günahkar çıxarırlar. Fikrimizi bildirərik. Düzgün qərar olsa alqışlanar, olmasa, ciddi tənqid olunar.

     
  14. Qabil

    Mirhafiz müəllim, Sizin analitik yazıya tam uyğun olan “Neftçi”-“Xəzər Lənkəran” oyunundakı əsas göstəriciləri təqdim edirəm.
    “Neftçi”-“Xəzər Lənkəran” 4-1
    Cərimə zərbələri 5-13
    Ümumi zərbələr 9-16
    Künc zərbələri 4-4
    Qayda pozuntuları 19-21
    Oyundan kənar vəziyyətlər 4-4
    Sarı vərəqələr 2-4
    Dəqiq ötürmələr 81%-79%
    Qalib gəldiyi mübarizə 49%-51%
    Rəqəmlərdəki göstəricilər bir daha sübut edir ki, komandamız əzəli rəqibindən heç də zəif deyildi. Baxmayaraq ki, qapısından 4-top buraxmışdı vurulan topların hamısının təhlilini Siz yazida vermisiz. Əgər qapısında qeyri qanuni iki qol görən komanda sonda bu göstəricilərlə oyunu başa vurursa, günahı oyunçularda axtarmaq məncə insafsızlıq olar.
    *****
    Qabil bəy, oyunun statistik göstəriciləri də göstərir ki, komandamız layiqincə oynayıb. Özü də hakim əclaflığından yaranan əsəb altında. Deməli rəqibdən daha üstün olub. Bunu biz də görürük. Lakin bəziləri bilərəkdən ya bilməyərəkdən bunları görmək istəmir. Təəssüf ki, belələrinin adları hələ də camiəmizlə bağlı çəkilir.

     
  15. Qabil

    Salam, Mirhafiz müəllim! Məncə belələrinə heş reaksiya vermək lazm deyil. Belələri həmişə olub və həmişə də olacaq, istəyir “Xəzər Lənkəran” lap çempion olsa belə. Belələrini mən xəstə adlandırardım. Bunları Siz məndən daha yaxşı bilirsiz. O xəstələr ki, həkim məsləhətinə, həkim müalicəsinə səthi yanaşarsa, xəstəlik günü-gündən şiddətlənəcək. Təkcə mən yox, bu gün çoxları bilir ki, “Bosman”ın götürdüyü kursu və kordinatı tamamiylə doğrudur ki, bizlər də bu doğru kordinatla irəliyə doğru gedirik. Ona görə də çalışın öz əsəblərinizi qoruyun, Doktor! Bildiyimə görə həkimlər öz xəstələrini sağaltmaqdan ötrü o qədər əziyyət çəkirlər ki, bəzən özlərinin sağlamlığını unudurlar.
    *****
    Sağ olun, mənəvi dəstəyə görə!

     
  16. Zefer Lerikli

    Qabil bey!-Burda ele meqamlar var ki, firlanib-firlanib yene oyuncularin tepesine deyer.Klubdaxili yanliş qerarlar, edilen semeresiz transferler ve dunyaşohretli Toşakin yaritmaz fealiyyeti indi oz tesirini gorsedir.Butun bu uqursuz transferler her .eyi berbad edib.Azarkeler her gun Qebelede,Neftcide,Qarabaqda transfer xeberleri eşidende bizimkilere transfer etmeyin vacibliyini catdirirdilar.Amma ne fayda?-onlar eşitmediler.İndi gunahkar axtarmaqla deyil ki?-Men eger bir oyuna meşqci secilsem ve bu kamandaynan cempion ola bilmeyeceyimi etiraf ederem.Niye?-Premyer liqada oynayan kamandalar cox ireli gedibler.Onlarla doyuşmek gucunde olan oyuncu isteyerem.Bu klubda ne baş verir bilmirem.Onu bilirem ki evvelce bu klubda satqinlar ve saman altindan su yeridenler temizlenmelidir.
    *****
    Klub daha bir absurd qərar verib iclasda. Futbolçular günahlandırılaraq, cərimələniblər. Apaspotr.az xəbər verdi. İndi nə olacaq bu komandanın halı? Dəhşətli xaosa hökm verib bu klub. Bəlkə də dərk etmədən. Qoy komanda heyətini günahlandıran bəzi insanlar, kor-koranə istəklərinə çatdıqlarından fərəhlənsinlər. Amma sonda xaosdan dəli olacaq həddə gələcəklər. Onda bizim mövqeyimizin düz olduğunu istəməsələr belə etiraf edəcəklər. Yazıqlar oldu bu komandaya! Ən azı qış transferinə qədər. Heç qış transferində də həmişəki kimi guya nəsə edəcəklər? Bu da Allaha qalıb!

     
  17. Anar

    Xezerin azarkeshleri hansi hakim eclafligindan danishir anlaya bilmirem!!!! Beli birinci qol ofsay idi. Oda lap cuzi. Amma penalti 100% idi/ Tounkaranin yixilmagi artistlik idi. O gun Neftchi bir bash ustun oynadi Xezerden. Statistika ise))))))))) O ki galdi superkuboka…….. halal xoshunuz)))) Allah Mais muellimle Sadig muellimin canini sag elasin. Toshakim omrunu uzatmag uchun Kubok bagishlandi Xezere. Nece ola biler ki 10 nefer uda bilir Neftchini 8 gun sonra darmadagin oldu?)))))))))Izah edin xahish edirem. Sonda ise. Men Neftchinin azarkeshi kimi Neftchiye layig komanda bilirem sizi. Her sheyi qoyub giraga bildirmek istirem sade azarkesh kimi. Sizin en boyuk sehviniz 10 ildi butun gunahi AFFA PFL, hakimlerin gunahlandirmaginizdi. Oyuncularda bunu gorub rahat olurlar ki sehv etsekde onsuzda rehberlik ve azarkeshler hec ne teleb etmeyecekler. Gunahi hakimlerde gorecekler. Uduzanda birinci olarin bogazindan tutmag lazimdi. O oyunda hakim dediki ay Zoahir ozun vurma ver Agabalaya pasi, yoxsa ay Rasim lazim olmayan yerde yix Nforu???????

     
    • Zefer Lerikli

      Anar bey! Neftcinin azarkeşi olanda ne olar ki?.Esas odur ki realliqi gore bilesen.Eger XEZER hakimlikden Affadan narazidirsa bes Qebele niye narazidir.? Onu oz vicdaniniz qarşisinda boynunuza alin ki hakimler Neftciye simpatiya gorsedir. Ofsayt deyirsiniz!-meger ofsaytin birazi olur?-Oyundan kenardasansa demeli o qolu hakim vurub.Başa duşdunuz yeqin.İkincisi eger superkubok hediyye idise bes niye meşqciler korpusu istefaya gonderildi?-demeli bu torba idi.Ele bu torbalar hazirlayanlarin zibilinden cixa bilmirikde.Torbada bize hazir gelir ve bezi satqinlar hemin torbalardan bize qarşi istifade edirler.Hemin torbatikenlerdir ki, Neftcini hamiya duşmen edibler.Amma Neftci duşmen olmamalidir , en azi ona gore ki, bu neft quyularinda calişanlar butun klublarin azarkeşi ola biler.

       
  18. Zefer Lerikli

    Mirhafiz muellim!.Men yekun olaraq oz fikrimi bildirirem.Birincisi:Xezer Lenkerani bu gune qoyan klubda her işe qarişan ve ozunu bu klubun en ezizi kimi gorseden ve altdan-altdan iş goren Tuyqun.!.İkincisi:Tutqunun elinde calişan ve ona destek veren elaltilar. Ucuncusu yoxdur.BU adam bir beladir ki ,zeli kimi yapişib Xezerden.Oz maskasi ile cilden-cilde duşmekle klub rahberliyinin ezizi olub.Hemde ikili movqe ile ele işler heyata kecirdir ki gunun bu gununde Affa ve PFL-de oz yerini edib.Transfer emaliyyatlarida onun cehdlerinden sonra baş tutmadi,Rednik torbasini tikmekdede eli var.Toşakida boyruste qoyan odur.Bir sozle Xezer Lenkerani Tuyqun idare edir.Fexri prezident bir gun oz sert qerarlarini verer.Onda artiq gec olmasa yaxşidir.
    *****
    Rəhbərlik bu gün özü-öz qərarıyla komandanı uçuruma atdı. Bunun fəsadları ən yaxın zamanlarda hiss olunacaq.

     
  19. Qabil

    Nəqədər ki, “Xəzər Lənkəran” rəhbərliyində (prezidentindən, stadionun direktoruna kimi) futbol adamları, futbol anlayışını bilənlər, peşəkarlar yoxdur, hələ qabaqda komandamızı indiyə kimi düşmədiyi vəziyyətlər və xaos gözləyir. Bütün günahlar yenə təkcə futbolçulara şamil edilirsə, xaos qaçılmazdır.
    *****
    Çox təəssüf ki, bu belədir.

     
  20. Qabil

    Doktor, mən bugünki iclasdan nəsə səmərəli bir qərar gözləyirdim. Amma deyəsən klub daxilində bizim də bilmədiyimiz çox qəliz oyunlar gedir.
    *****
    Ya vəlvələdən, ya zəlzələdən, bu baş verdi.

     
  21. Qabil

    Anar, deyirsən ki “Neftçi” azarkeşisən, çox gözəl. Onda mən də sənə bir sual verim. “Neftçi”baz hakim Əfqan Həmzəyev futboldan qovulduqdan sonra “Sportfavorit.az”da bir müsahibəsin oxudum. Deyir ki, “Neftçi”nin hər hansı bir oyunçusuna sarı vərəqə göstərəndə, elə bil o dünyanı görüb qayıdıram. O ki qaldı qapısına penalti təyin edəsən, onda gör nə qiyamət qopacaq? Bax qardaşım, budur sənin “Neftçi”n. Bütün ölkə azarkeşinə bəllidir ki, AFFA və PFL rəhbərləri, Hakimbaşı Xaqani başda olmaqla hamısinin bir adı var, o da “Neftçi”dir. Onların hesabına qazanılan qələbəni, idman saytlarının gülüş hədəfinə çevrilən “Donqili” çempionluğu böyük hünərmi sanırsan?…

     
  22. Anar

    Qabil senin gulmeli sualina cavab vermek hec hevesim yoxdu. Kecen il Rehimin Neftchinin Qarabagla oyununda neler etdiyini yegin bilirsen. Eyer oyuna baxmisansa. Lap uzaga getmiyek. Qarabagin Xezerle oyunundaki gulmeli penaltiye ne ad verirsen???? Simurgun qapisina 2 penala ne deyirsen???? Neftchiye 1 komek edirlerse o birilerine 10 komek edirler.
    *****
    Anar bəy, “könül sevən göyçək olar”,-deyiblər. Amma sadaladığınız komandalar arasında “Xəzər Lənkəran” yoxdur. Bunu siz də bilirsiniz qardaşım.

     
  23. Anar Neftchi

    Zefer bey! Men bir az deyende bildirmek isteyirem hakim gozunden bu yayina bilerdi. Cunki ele ani veziyyet yarandi ki…. Bashga mesele onu gorub vermemekdi. Beli menim Terlandan hec gozum su ichmirdi. Skenderbu ile oyunda Boyukaganin veziyyeti mene qaranliq galdi.

     
  24. Anar Neftchi

    Admin bey! Men duzluyu seven adamam! Bele olmasaydi Xezerin Qarabagla oyunundaki biabirchi, gulmeli penaltini numune cekmezdim. Beli, Xezerin bashina da olmazin biabirchiliglar getiribler. Amma mu mugeddes ayina and olsun hakimler Neftchini de cox suruyubler! Bunu men 80 ci illerin sonundan Neftchinin her oyununu canli izleyen adam kimi deyiren.

     
  25. Qabil

    ANAR bəy, məndən soruşursan ki, keşən il “Neftçi”-“Qarabağ” oyununa baxmısan? Həqiqəti bilmək istəyirsənsə, əzəli rəqiblərin “Böyük oyun”undan başqa, “Neftçi”nin iştirakıyla olan nə çempionat nədə Avroliqa oyunlarına baxmıram. Özü də bu indiki deyil, 1977-ci ildən üzü bu yana. O düvrlərdə “Neftçi”, mən də daxil olmaqla Azərbaycan azarkeşini “Ararat”ın, “Kayrat”ın, “Şaxtyor”un, “Paxtakor”un, “Nisturu”nun (bu komandalar çempionatın ən zəifləri sayılırdı) yanında o qədər üzüqara edib ki, saymaqla qurtarmaz. SSRİ çempionatında az qala bütün respublika klubları çempionluq yaşadı, tək bizdən başqa,(1934-1991) 57-ilə vur-tut bir bürünc medal. Mənim yerimə bir anlığa özünü təsəvvur et, baxarsanmı “Neftçi”nin oyunlarına? Əgər bir-iki dəfə hakimlər “Neftçi”nin haqqını yeyiblərsə, inanki bu gözə qum atmaqdan ötrü edilib. Ona görə ki, zırpı-zırpı Dayıları olan “Donqili”çempionun haqqını yeməyə, gözgörəsi heç bir hakimin hönəri çatmaz!

     
  26. Zefer Lerikli

    Anar bey!-Sizin heqiqi Neftci azarkeşi olmaqiniz ve bezi olaylara duzgun yanaşmaniz teqdirelayiqdir.Ozude bu eziz gunlere and icmeyiniz size bir insan kimi simpatiyam coxaldi.Ona gore ki , bu ureyi temizlikden gelen semimi etiraflarinizdan ireli gelir.Bele goturende her bir vetendaş istenilen kamandaya azarkeşlik ede biler.Azarkeş olandada gerek hormet ve sayqini reqibine gorsedesen.Son olaylar ne sizin kimi duşunceli insanlara ,nede bize gerek deyildi.Lakin bunu yaratdilar ve azarkeş amilinden istifade etdiler.Futbolumuza bu bir qara yaradir.Gerek reqibde olsaq hemişe saqlam reqabet aparaq.Bezen bunlar birterefli şekilde pozulur.Butun bunlardan azarkeş eziyyet cekir.Heqiqi azarkeşler bele hadiselere real duşunce terzile yanaşmalidir.

     
  27. Zefer Lerikli

    Affa Xezer-Neftci ile Lenkerandaki oyuna azerkeş qadaqasini goturmek isteyir. Bu onda real goruner ki, azi Neftcide azarkeşsiz Lenkeranda o duruma duşsun.Eger bele olmasa hansi semimiyyetden sohbet gede biler?

     
  28. Anar Neftchi

    Cox sagol Zefer! Ve son kommentim bu yaziya. Menim (tekrar edirem menim) subyektiv fikrimdi. Hemishe istemishem ki Xezer guclu olsun ve menim Neftchim guclu Xezere qalib gelsin. Komandanizi bu gune goyan Tuygunla Semeddir. Vallah komanda guclu olsa lap FIFA da onun qarshisini ala bilmez. Hakim hagda cox fikirleshmeyin. Bu yanlish yoldu menim fikrimce.

     
  29. Qabil

    ZƏFƏR qardaşim! Əgər həqiqətən də AFFA azarkeş qadağasını ləğv edirsə bəri başdan biz bu qərarın əleyhinə səsimizi ucaltmalıyıq. Qərar qəbul olunarsa, bu Lənkərandakı oyuna şamil olunmamalıdır. Onda humanist qərar olar ki, bu çempionatın sonuncu “Neftçi”-Xəzər Lənkəran” oyununda Cənublu azarkeşlər əvvəlkidək sərbəst stadiondan oyuna baxa bilsin. Yoxsa Lənkərandakı oyuna “Neftçi” azarkeşi gətirməklə, yenə bizə qarşı nəsə etməyi düşünürlər. “Neftçi”bazlardan nə desən gözləmək olar.

     
    • Zefer Lerikli

      Qabil bey! Men Neftci fanatina dolayida olsa obyektiv olaylari dedim ve oz suallarimin coxunada cavab almadim.Cavab vermeye bir fakt yoxdu axi?.Bu deqiqelerde bizi ne Neftci,nede Affa maraqlandirir.Xezerimiz bize hemişe doqmadir,min torba olsada!

       
    • Zefer Lerikli

      Bele bir sohbet Sadix Sadixovdan metbuata sizib.Yeqin Affada bu plan hazirlanib.

       
  30. Qabil

    Sabahınız xeyir, Doktor! Mən “Neftçi” azarkeşi Anar bəyə bir neçə sual ünvanlamışdım. Çox təəssüf ki, mənim sualımı Anar bəy cavablandırmaqda heç həvəsi olmadığını bildirərək, mövzudan yayınmağa üstünlük verdi.

     
  31. Anar Neftchi

    Qabil bey men movzudan yayinmiram! Birincisi siz Xezeri ne geder delicesine sevirsizse men de bir o geder Neftchini sevirem. Lap korpelikden. Ikincisi Naxchivan sozu olan DONGILI meselesine. Men bu sozu Neftchiye sigishdirmiram. Neftchi Bakinin komandasidi.Inanin NEFTCHI ne Sadigin, ne Tahirin, ne de bashgasinindi. Men onlara gore Neftchini sevirem??? Neftchini adina ve ruhuna gore sevirem. Ve bu yoldan hec kim
    meni dondere bilmez. Size bir sual verim 20 ilden coxdur ki cempion olmayan Liverpulu, 12 ildi cempion olmayan Spartaki niye azarkeshleri bu geder sevir???? Bu sizin Neftchin Paxtakora, Kayrata, Dinamoya uduzmasi hagginda olan suala cavab! Hakimlerin Neftchiye komeyi hagginda suala cavab. Bu komek okeana bir stakan su axitmag kimi bir sheydi!

     
    • R.S.

      Biz ədalətli çempianat istəyirik .Nə qədrə ki Neftinin futbolçuları ,rəhbərliyi ,özlərini qoçu kimi aparır ,hakimlər bu kuluba dəstək verir ,bizdə bu kuluba qarşı ,nifrət hissi var .Ən çox da Böygaöa hacıyevə nifrət var .
      Təbii ki siz öz komandanızı sevə bilərsiniz həır bir insan seçimdə azddır ,biz bu nüansa toxunmuruq ,Söhbət bundan gedir ,ki .orda işləyənlər ,bu imici formalaşdırıb ,Rövnəq A .Ramin Musayev .Sadıq Sadıqov ,Tahir ,S .Kamranı qanına qaltan etmiş Güllüoğlan ,Bax sizin sevimli komandanızı ,bu günə qoyublar ,
      Biz düzgünlük ,ədalət tərafdarıyıq ,Çox yazmaq olar ,nə faydası ,….dəyirman öz bildiyin edir ,

       
  32. Qabil

    Dünən Xəzər TV-nin “Futbol saatı” verilişində ekspert qismində iştirak edən “Qarabağ”ın və millinin kapitanı Rəşad Sadıqov və “Bakı”nın meneceri Ceyhun Sultanovun fikirlərini xatırlatmaq istəyirəm. Hər iki ekspertin qəti fikri bu oldu ki, “Neftçi”-“Xəzər Lənkəran” oyununda hakim səhvləri hesabına qapımıza vurulan ofsaytdan və penaltidən vurulan qollar birbaşa oyunun nəticəsinə təsir etdi. Bu amili oyunun əsas qırllma nöqtəsi hesab etmək olar.
    *****
    Amma Con Toşak uşaqların bu əziyyətinə tüpürərək, onları “kişilər” qarşısında yeniyetmələr adlandırdı. Elə klub rəhbərliyi də bu səhv qərarları ilə futbolçuları sındırdı. Bundan sonra vay komandanın halına.

     
    • Zefer Lerikli

      Menim yadima bir revayet duşdu.Bele ki ,bir gun meşeye bir telatum duşdu.Hami maraqlandi ki, bu ne sesdir.Meşede qoca bir palid vardi ve bu sesin ne olduquynan maraqlandi.Dediler ki ,el boyda bir parca demir bizi qira-qira gelir.Qoca palid fikre getdi ve dedi:Nece ola biler ki el boyda demir bizi qirsin?-Bunun bir tutacaq yeri var?-Dediler:Tutacaq yeri odundandir.Hami qoca palidin sozunu gozleyirdi.Birden qoca palid dillendi:Onda hamimizi qirarlar.Cunki ,sapi ozumuzdendir.
      *****
      Afərin, səd afərin, Zəfər bəy!

       
  33. Qabil

    ZƏFƏR qardaşım, elə məni də bu saat bizə doğma olan komandamızdan başqa o birilər heç maraqlıandırmır. Çünki, Ölkə futbolunu bu kökə salanlar demək olar ki, hamısı “Neftçi”nin köynəyindən çıxanlardır. Hər bir cənublunun qəlbində ona rəğbət bəslədiyi Nazim Süleymanov qapımıza vurulan qolların heç birində sevinmədi və öz cənublu qürurunu saxladı. Amma oyundan sonra “Bu gün mən sevinirəm ki, komandam “Xəzər Lənkəran” üzərində qələbə qazanıb” deməsi, Süleymanovun da vaxtiylə “Neftçi”nin köynəyindən çıxmasına işarədir. Stadionda dörd qola sevinməyən Nazim bəy, öz sevincini TV- ekranları vasitəsiylə ölkə azarkeşinə bildirməyi ösünə borc bildi. Amma bu gün Nazim bəy dərk etmir ki, onun “Neftçi”də məşqçilik karyerası qısa ola bilər. Çünki, “Neftçi” istədiyi vaxt istədiyi peşəkarını lazım gələndə ayaqlar altına atır. Nümunə kimi “Neftçi”yə çempionluq qazandırmış A.Mircavadovu, A.Əsədovu, B.Hacıyevi göstərə bilərəm. Bu üç yerli məşqçilər üçü də “Neftçi”ni çempion etdikləri il istefaya göndəriliblər…

     
  34. Qabil

    Salam, hər vaxtınız xeyir! Mirhafiz müəllim, yazı birbaşa komandamıza aid olduğunu nəzərə alaraq saytımızda yazmağı qərara aldım. “Publika.az”ın məlumatına görə “Böyük oyun”da biabırçı nəticə ilə məğlub olan “Xəzər Lənkəran”ın əsas sahibi Mübariz Mənsimov çox hirslənib. Komandanın rəhbərliyi ilə telefonda ciddi söhbətlər edib. Əldə olunan məlumatda bildirilir ki, klubda kütləvi istefalar gözlənilir. Həmçini bu oyun baş məşqçidən tutmuş futbolçulara qədər maaş və mükafatlarına da böyük təsir edəcək. Bundan əlavə Mübariz Mənsimovun özünün çox yaxın zamanda komanda üzvləri ilə görüşəcəyi deyilir”. Mirhafiz müəllim, bu məlumatın nə dərəcədə doğruluğu yaxın günlərdə bəlli olacaq. Onsuz da biz sırf özümüzə aıd olan məlumatları özgə saytlardan oxumağa alışmışıq. Peşəkarlığına şübhə etmədiyimiz Hüseyn Cəbrayıloğlunun olaylarla bağlı bir-iki cümləlik yazısından başqa klubun rəsmi saytında heç bir məlumata rast gəlinmir.

     
    • R.S.

      Qalib bizim ev bizim sirr bizimdir .Bir misal gətirmək stəyirəm .Molla Pənah Vaqif ,saray şairi idi ,onun dostu Molla Vəli Vidadi isə heç vaxt saray şairi olmaq istəmirdi .bu onun azadlığının əlindən alınması demək idi Yazərdı azadə -azadə .Vaqif sarayın qurbanı oldu.
      Bİlmirəm fikrimi çatdıra bildim ya yox .Min il qul yaşamaqdansa ,bir gün Azad yaşamaq daha yaxşıdır .
      *****
      Təqdir edirəm.

       
      • Zefer Lerikli

        Qoy menim adimi cekmesinler Xeqani!
        Men yoxsullar şairiyem Xelqaniyem ,Xelqani!
        *****
        Çaşıb, hakimbaşı bu sözləri özünə götürər a…

         
  35. Zefer Lerikli

    Mirhafiz muellim salam! Necesiniz?
    *****
    Çox sağ olun Zəfər bəy. Olanlardan bərk əsəbiyəm. Sanki komanda çökdürülür bilə-bilə. Bizim üçün bu çox dəhşətli bir şeydir. İdarəçiliyin düzgün olmayan qərarları, nə qədər dəhşətlidir. Bunun pis nəticələrini yaxınlarda görəcəyik.

     
    • Zefer Lerikli

      Hemişe bize umid veren Mirhafiz muellim hecde umidinizi itirmeyin.Soz yox ki ,hadiseler bu cur gede bilmez.Bu olaylari ki, biz qeyd edirdik ve bunun kulminasiya noqtesi olmaliydi.Her şey hemin noqteden sonra biliner ve duşunurem ki ,hele pik noqtesine catmamişiq.Onda vay dede vay!-olar bezileri ucun.Ona gore esebleşmeye hele tezdir.Her şeyin bir sebebi var,sebebinde yaradani!Şukurler onadir.!
      *****
      Zəfər bəy mənim neçə vaxtdır ki, yazılarım bunların baş verməməsinə görə idi. Nə yazıq ki, haqlı və cəzaya layiq olmayanlar cəzandırıldılar. Qorxduğum bunlar idi ki, bunlar da baş verdi. Ədalətin açıq göründüyü bu əziz Məhərrəm ayında komandamızla bağlı daha bir ədalətsizlik oldu. Bir dəfə də Aşura günü Redniki yola salmışdılar.

       
      • Zefer Lerikli

        Mirhafiz muellim!-Men futbolda bildiyinizin hec oyundankenarini bilmirem.Bunlar hardan merkezi bilsinler?.Ona gorede haqq yerini tapar ve her şey oz axarina duşer.Gorunen odur ki, bu olmaliydi.

         
  36. Qabil

    Axşamınız xeyir! Qardaşlar icazənizlə birini də mən deyim.
    “Adam var ki, yaşayacaq-
    Həmişəlik ömür etməyin sirrlərini bilibdir o.
    Adam da var,
    Ölümündən xeyli qabaq ölübdür o”.
    Bəli, bu gün dahi Nizami, Nəsimi, Füzuli xatırlanırsa, deməli onlar həmişəlik yaşamağın sirrlərini biliblər. Sarayın sirrlərini qoruyan Molla Pənah Vaqifə gəlincə isə, əgər Səməd Vurğun “Vaqif” pyesini yazmasaydı, bu gün bəlkə də Vaqifi heç kim tanımazdı. Hüseyh Cəbrayıloğluna gəlincə, peşəkarlığına söhbət yoxdur, amma o evin ki sirri başqa qapılarda danışılır, deməli o sirr sayılmamalıdır. Mənim də məqsədim o idi ki, evimizin sirrini özgələrindən yox elə evimizin öz sakinindən öyrənək.
    *****
    Hüseyn Cəbrayıloğlu, komandanın danışan dilidir.

     
  37. Qabil

    Salam, Anar bəy! “Neftçi”yə ürəkdən bağlı olmağını mən də alqışlayıram, təqdirəlayiqdir. Vərdiyin cavablarsa məni azacıq da olsa qane etmədi.Ona görə ki, yazdığın arqumentlərdə heç bir məntiq tapa bilmədim. Məntiqlə isə
    1. “Donqili” çempion ləqəbini “Neftçi”yə mən yox,Ölkənin aparıcı idman yazarları verib.
    2. Saysız-hesabsız faktlar sübut edir ki, bu gün “Neftçi”ni AFFA, PFL, və Hakimlər komitəsi idarə edir. İndi keçmişdə “Neftçi”nin bakılı olmasından əsər-əlamət belə qalmayıb. Çünki, korennoy bakılı azarkeş “Neftçi”ni çoxdan unudub və ya köklü bakılı iyrənc futbola baxmaq belə istəmir.
    3.”Liverpul”un muzeyində qazandığı medal və kubokların sayı-hesabı yoxdur. Bu gün İngilis futbolunda komandalar azarkeşi üçün oynayır, medal və kubok rəmzidir. İngilis azarkeşi stadiona istirahətə və futboldan zövq almağa gedir, əxlaqsız söyüşlər söyməyə və ya eşitməyə yox.
    4.”Spartak” 1976-ci ildə birinci dəstədən yüksək liqaya gəlib. V.Beskovun rəhbərliyiylə 5-qızıl, 3-gümüş, 4-kubok qazanıb. O titullarına görə azarkeşi onu sevir.
    5.”Neftçi”nin qapısına penaltı verib, sonradan ləğv edən, afsaytdan vurulan qolu onun xeyrinə sayan hakim köməkliyini əgər okeana bir stəkan su tökmək hesab edirsənsə, onda gör bu hakimlər “Neftçi”yə nə qədər kömək edir ki,mənim yazdığım faktlar sən demişkən, okeana bir stəkan su tökmək kimi bir şeydir…

     
  38. R.S.

    Bosman .çox çalışsada .Kapitana təsir edə bilmədi .və Bosman çıxılmaz vəziyyətdə qaldı ,Ədalətsizliklə barışa bilmirdi ,Sizcə Bosmanın hansıl yolu var ,1- Gəmini tərk etmək ,2-yoxsa mübariaə aparıb ədalətə nail olmaq .onu da deyim ki 2-ci hyol çox çətindir .
    *****
    Kapitan gəmisini bilə-bilə batırırsa, Bosman nə etməlidir? Gəminin xilas olması üçün ilk olaraq heyətin bir hissəsi və kapitan öndə olmaqla çalışırsa, Bosman bütün bilik və bacarığını sərf edib gəmini xilas etməyə çalışır. Lakin kapitan…

     
  39. Anar Neftchi

    Qabil bey )))))). Mene ele gelir ki seni Neftchye olan nifretden hec kim dondere bilmez! Neynemek olar. Sene ve Xezere can sagligi! Ancag meni de Neftchiye olan sevgiden hec kim dondermiyecek!

     
  40. Anar Neftchi

    Qabil bey )))))). Mene ele gelir ki seni Neftchye olan nifretden hec kim dondere bilmez! Neynemek olar. Sene ve Xezere can sagligi! Ancag meni de Neftchiye olan sevgiden hec kim dondermiyecek! Sonda ise Neftchiye DONGILI adini qoyan jurnalistler cox boyuk … yeyirler

     
    • Zefer Lerikli

      Anar bey!Onu deyim ki,siz ilk şerhinizi Anar adiyla yazdiniz ve Neftci azarkeşi olduqunuzu bildirdiniz.Belkede burda aqresiv yazilar bizden gozleyirdiz,gorunduyu kimi suallariniza temkinle cavab veririk,mentiqe esaslanib hormet ve etikani gozleyirik.Butun bunlarin şahidi olandan sonra nikinizi Anar Neftchi-li etdiniz.Ne olar,lap gozel.Amma size heqiqeti demesem belkede boyuk bir sehf etmiş olaram.Mende Senin kimi vaxt vardi Neftci azarkeşi idim.Bu o vaxtlara kimi davam etdi Maşallah Ehmedov, İsgender Cavadov, İqr Ponamaryov kimi futbolcular oynayirdi ve sovet donemi idi.O vaxtlar hec olmasa neftci zehmetkeşleri stadiona gelerdi,seherden axşama kimi qara neftle calişanlara hormet vardi.Neftci klubunda zehmetkeş neftcilerde calişirdi.İndi hansi Neftciden danişirsis?-A kişi!-Stadionun temizlik işlerini hec neft zehmetkeşlerine tapşirmirlar.O ki qala neftcilerden kimse bu klubda işleye!.Bir fikir verin!-Eger rehberlikden tutmuş supurgecisine kimi bir neftci bir klubda yoxdusa,onda bu klub kimindi?-Qardaş!-neft zehmeti ile erseye gelen kamandanin adi indi zehmetkeşleri yox,kimi tebliq edir!?-sualina duzgun yanaşmasaniz ve qerara gele bilmeseniz onda sizinde neftcilerle hec bir elaqeniz yoxdur.

       
  41. Qabil

    Anar bəy, səni komandasına sadiq bir azarkeş kimi bəyənirəm. “Neftçi”yə qarşı isə ürəyimdə zərrə qədər də nifrət, kin yoxdur. Cavabımda yazmışdım axı 1977-ci ildən üzü bu yana “Neftçi” mənim maraq dairəmdə deyil. “Neftçi”ni sənin kimi sadiq azarkeşinin gözündən salmaq fikrim də yoxdur. Sadəcə, bu gün Ölkə futbolundakı hansı eybəcərliklər varsa, hamısı “Neftçi”nin adına bağlıdır. Bu gün “Neftçi” Ölkə futbolu üçün qorxulu bir virusdur. Əgər özündə güc tapıb bu qorxulu virusdan xilas ola bilsə, normal bir komandaya çevrilə bilər. Futbol özü də bir mədəniyyətdir. “Neftçi” isə bu mədəniyyətdən çox-çox usaqdır. Təkcə “Xəzər Lənkəran”la yox, o biri komandalara qarşı “Neftçi” futbolçularının və işçilərinin etdiyi, idmançıya yaraşmayan hərəkətləri əgər mədəniyyət hesab edirsənsə mənim deyiləsi başqa sözüm yoxdur.

     

Reply to Anar


+ altı = 9