Buradasınız Əsas » Xəbər » …İndi Lənkəranda futbol can verir… (Şe`r)
  • Bookmark and Share

…İndi Lənkəranda futbol can verir… (Şe`r) 

Top binani dagitdi

İdman sağlamlıqdır, bildik, bu sözü,
Şahı isə Futbol, həm onun gözü,
Bu necə sevgiydi, gedərsə, özü…
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Uşaq tək sevinib, şadlanmış idik,
Sevginin oduyla odlanmış idik,
Neçə haqsızlığa biz yanmış idik,
Təəssüf, Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Oyunun olan gün tir-tir əsərdik,
Tutub meydan yolun biz tələsərdik,
Sən bir roman idin, bizsə, əsərdik,
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Neçə-neçə zirvə fəth eləmişdim,
Sənə şe`r qoşub mədh eləmişdim,
Rəqib dağ idisə, səth eləmişdim,
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Bəzən də coşurdun, ani məqamda,
Sanki, gəmi gedir quduz tufanda,
Sahildə duranı tərlə yusan da,
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Tanınmış simalar birgə səninlə,
Süleymanov qurdu, Kara abinlə,
Ağa tarix yazdı, Redniki dinlə..,
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Toşakla, Dənizli qoca qurd idi,
İstəyi həm meyvə, həm yoqurd idi,
Lənkəran bi müddət ona yurd idi,
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

İçəridən, çöldən xəyanət gəldi,
O igid qamətin belə incəldi,
Görən xəyanətkar bildi, dincəldi?
Axı, Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Necə ayrılaram, içim sızladı,
Yaram sağalmamış onu duzladı,
Ürəyim də dondu, sanki buzladı,
Heyf, Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Rəngin ağ-yaşıldı, xatırlayaram,
Məzar otlarına, ağ gül qoyaram,
Mən ağı deməkdən məgər doyaram?!
Bilin, Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Gözlərim də dolub, ürək qübardı,
Söylə, bu “Xəzər”im öləcək yardı?!
Öldüysə, məni də qəbrə apardı,
Dəhşət! Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Mirhafiz M. Babayev 18 may 2016.

2 Şərh yazıya: …İndi Lənkəranda futbol can verir… (Şe`r)

  1. Zəfər Lerikli

    Əllərinizə sağliq.Həmişə klubdaki rəhbərlərinin səhflərini analiz edib və çixiş yollarini da verirdiniz.Lakin görünür klub özü elə şərait yaradir və savadli azarkeşləri komandadan uzaqlaşdirmaq üçün hər keçən gün daha aqresiv mövqe tuturmuş.Özünə hörmət qoymayan klub rəhbərləri sadiq azarkeşlərini beləcə komandadan uzaq salmiş və nəticədə son zərbəni də yenə cənuba mənən bağli olan insanlara vurmuş oldular.İnanmiram ki ,Lənkəran futbolsuz qalsin.Tez bir zamanda yenə bir komanda yaradilacaq amma bu dəfə bu klub rəhbərlərinin adi o heyətdə olmamaq şərtilə.Ən azi buna inanmaq istərdim.
    *****
    Salam, Zəfər bəy! Nə yazıq ki, futbol bu günə düşdü.

     
  2. R..S

    Şeiri insanın ürəyini ağrıdır.Reallıqla barışmaqdan başqa çarə qalmayıb .
    Amma , düşünürəm ki , bəlkə belə olması daha yaxşıdır .Ağır xəstəliyə tutulmuş insanın əzablarının sona çatmasına bənzəyir bu .Yəni onun ölmü.Bu həm onun , həm əzizlərinin əzabdan qurtarması kimi (bənzətmə sərt oldusa da )
    Mən “Xəzər Lənkaran”ı Redniklə birlikdə xarırlayacam .Çünki Azərbaycan da futbolun necə oynanılması və futbolun əsl mübarızəsin onun sayəsində gördük.
    *****
    Bədii təsviriniz çox yerindədir, nə qədər arzu olunmaz hal olsa da (hər iki halda). Rednik barədə dedikləriniz tarixi baxımdan doğrudan da şanlı səhifələrdəndir.

     

Reply to R..S


8 + üç =