Buradasınız Əsas » Təqvim » Ölkə cempionati » “Gənc Sələflər və Xələflər”ə qarşı “Xəzər Lənkəran” Statistikası
  • Bookmark and Share

“Gənc Sələflər və Xələflər”ə qarşı “Xəzər Lənkəran” Statistikası 

XL-sarikin ustunde

Premyer Liqanın XXVI turu çərçivəsində “Xəzər Lənkəran” səfərdə “Sumqayıt” klubu ilə qarşılaşacaq. Statistik hesablamalara görə bu qarşılaşma komandamızın Sumqayıt şəhərini təmsil edən futbol klubları ilə ümumilikdə 21-ci matçı olacaq. Qeyd edək ki,  2004-cü ildən bəri “Xəzər Lənkəran” komandası Sumqayıtın “Gənclərbirliyi”, “Standard”, “Sumqayıt Şəhər” və “Sumqayıt”  klubları ilə üst-üstə 20- dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 13-də qalib gələn komandamız yalnız bir dəfə, 2013-cü il may ayının 13-də ilk və hələlik son dəfə Sumqayıt təmsilçilərinə məğlub olub.  Cütlüyün 6-matçında qalib müəyyənləşməyib.  “Xəzər Lənkəran” Sumqayıt təmsilçilərinin qapısından keçirdiyi 48-topun qarşılığında öz qapısında cəmi 13-top görüb. Onu da əlavə edək ki, cütlüyün indiyə qədər keçirdiyi 20-oyunundan 18-görüşü çempionat və cəmi 2-si  kubok matçları olub. Daha çox diqqət çəkən məqam odur ki, “Xəzər Lənkəran” uzun müddət idi  “Sumqayıt”ı məğlub edə bilmirdi. Komandamız sonuncu dəfə “Gənclik şəhəri”nin təmsilçisini 2011/2012 mövsümündə (2012-ci il mart ayının 3-də) 3:0-hesabı ilə məğlub etmişdi. O vaxtdan bu yana keçirilən 5-oyunun 4-də heç-heçə qeydə alınmışdısa bir qarşılaşmada hətta “Sumqayıt” minimal hesabla qalib də gəlmişdi. Yalnız 6-cı matçda (2013-cü il dekabr ayının 20-də) komandamız 4:3-hesabı ilə qələbə qazanaraq bu əcaib sindromu qıra bildi.

Mövsüm Turnir Rəqib        o        q      h      m      vt       bt
2004/05 Çem Gənclərbirliyi        1       1        0        0       6       0
2004/05 Çem Gənclərbirliyi        1       1        0        0       5       0
2005/06 Çem Gənclərbirliyi        1       0        1        0       0       0
2005/06 Çem Gənclərbirliyi        1       1        0        0       1       0
2006/07 Çem Gənclərbirliyi        1       1        0        0       3       0
2006/07 Çem Gənclərbirliyi        1       1        0        0       3       1
2007/08 Çem Gənclərbirliyi        1       1        0        0       2       1
2007/08 Kub Gənclərbirliyi        1       1        0        0       4       1
2007/08 Kub Gənclərbirliyi        1       1        0        0       5       0
2007/08 Çem Gənclərbirliyi        1       1        0        0       5       0
2009/10 Çem Standard        1       1        0        0       2       1
2009/10 Çem Standard        1       0        1        0       0       0
2011/12 Çem Sumqayıt şəhər        1       1        0        0       2       1
2011/12 Çem Sumqayıt        1       1        0        0       3       0
2012/13 Çem Sumqayıt        1       0        1        0       1       1
2012/13 Çem Sumqayıt        1       0        1        0       2       2
2012/13 Çem  Sumqayıt        1       0        1        0       0       0
2012/13 Çem  Sumqayıt        1       0        0        1       0       1
2013/14 Çem Sumqayıt        1       0        1        0       1       1
2013/14 Çem Sumqayıt        1       1        0        0       4       3
CƏM       20       13        6        1       48

  13

Səhifəni hazırladı: NƏBİOĞLU

Mənbə: “12cioyuncu.info”

3 Şərh yazıya: “Gənc Sələflər və Xələflər”ə qarşı “Xəzər Lənkəran” Statistikası

  1. Qabil

    “Xəzər Lənkəran” indiyə kimi Sumqayıt şəhərini təmsil edən klublarla görüşdə 13-dəfə qalib gəlib və bu görüşlərdə öz qapısından da 13-top buraxıb. Komandamızın yeganə məğlubiyyəti də 2013-cü il may ayının 13-də qeydə alınıb. Nəhs sayılan bu 13 rəqəmi deyəsən doğurdan da düşərli deyil.

     
  2. R.S.

    Belə oyunla bu komanda QArabağa və Qələbəyə necə qalib gəldi bilmirəm .Çox təccüblütür.
    *****
    Psixoloji köklənmə görün necə inanılmaz fərq deməkdir! Həməin heyət və həmin məşqçilər!

     

Şərh əlavə et


− dörd = 1