Buradasınız Əsas » Xarici Futbol » Futbol üzrə dünya çempionatı 2010-un rəsmi topu və talismanı
  • Bookmark and Share

Futbol üzrə dünya çempionatı 2010-un rəsmi topu və talismanı 

Official ball for FIFA 2010 World Cup South Africa

Futbol üzrə dünya çempionatı 2010-un rəsmi topu və talismanı

Futbol üzrə dünya çempionatı 2010-un rəsmi topu “Adidas” firmasının hazırladığı “Jabulani”dir. Bu “Adidas” firmasının futbol üzrə dünya çempionatları üçün hazırladığı onbirinci topdur. “Jabulani”-zulu dilində “hamıya sevinc gətirmək” mənasındadır. “Jabulani”-də işlənən onbir rəng ilk dəfə Afrika qitəsində dünya çempionatını keçirən ölkəni və onun futbolunu, Cənubi Afrikanın onbir dildə danışan icmasını simvolizə edir. “Jabulani” müasir texnologiyalardan istifadə olunaraq elə hazırlanmışdır ki, top optimal aerodinamik xüsusiyyətlərə malikdir. “Adidas” bəyan edir ki, “Jabulani” ən stabil və dəqiq topdur. Topun hissələrinin forması elədir ki, (Grip’n Groove texnologiyası) o ideal sferik formaya malikdir və FİFA-nın sərt tələblərinə tam cavab verir.

Zakumi

Bundan başqa CAR-da keçiriləcək futbol üzrə dünya çempionatı 2010-un talismanı yaşıl saçlı leopard- “Zakumi”dir. Talismanın adı Cənubi Afrikanın beynəlxalq abreviaturasından “za” və müxtəlif Afrika dillərində “on” mənasını verən “kumi” sözündəndir.

 

Arxiv: Bosman.at.ua

 

Şərh əlavə et


üç + 4 =