“Xəzər Lənkəran”ın məşqçilər korpusu bolqarıstanlı İvan Svetkovla da yolları ayırmaq qərarına gəlib.
İki il öncə komandamıza Türkiyənin “Sivasspor” klubundan transfer olunan İvan Svetkovun Azərbaycanda debütü çox uğurlu alınsa da, forvard yavaş-yavaş formasını, konkret desək qol duyumunu itirdi. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə keçirdiyi ilk mövsümdə rəqibləri 15 dəfə məyus edən İvan son mövsüm az qala bütün oyunlarda start heyətində yer almasına baxmayaraq, cəmi altı qola imza atmağı bacardı ki, burada da böyük pay onun komandamızın ştatlı penaltiçisi olmasını sözünü dedi. Svetkovun inamsız oyunu mövsümün sonunda onu ehtiyat oyunçular skamyasının daimi sakininə çevirmişdi. Azarkeşlər isə bir vaxtlar ona qoyduğu “Qorxunc” ləqəbini unutmağa başladı. Bütün bunları nəzərə alan məşqçilər korpusu Svetkovla yolları ayırmaq qərarına gəlib.
Mənbə: “Lankaranfc.com”
Arxiv: Bosman.at.ua