Buradasınız Əsas » Xəbər » Etibar Cəbrayıloğlu: Henrixin əvəzinə Canpolad
  • Bookmark and Share

Etibar Cəbrayıloğlu: Henrixin əvəzinə Canpolad 

Etibar Cebrayiloglu-teze

Ermənistanda vəziyyət elə gərgindir ki, heç it də yiyəsini tanımır. Acından günortaya yaxın durmaqları bir yana qalsın, bir tərəfdən də bizim əsgərlər onların başına od yağdırır. Erməni qızları qorxudan başlarını da itiriblər.

Köpək uşaqları elə bil hamı bir yerdə xor dərnəyinə gediblər. Aləmin bu qarışıq vaxtı düşüblər İrəvanın küçələrinə ki, bəs mitinq-filan keçirəcəyik. Tələbləri də elə gülməlidi ki, adam heç yazmaq istəmir. Qarınlarının ağrısı nə olacaq? Bir sentə dəyməyən canlarına azzar istəyirlər.

Səhər-axşam çığırışırlar ki, bəs qoymayacağıq Canpolad İrəvana gəlsin. Sentyabrın bu istisində ermənilərin qalın kürkünə birə alan Canpolad kimdi axı? Yəqin ki, biz tərəflərdə onu belə də yaxşı tanımırlar. Quş ovlamayıb, şirlə döyüşməyib, bir oturuma yeddi qazan aş yeməyib, kimdi beləsini tanıyan…

Canpolad futbolçudu, özü də tərtəmiz bizim azərbaycanlı. Lap yenisindən. Bu dəqiqə Türkmənistanın həvəskarlardan ibarət “Ağcaqum” komandasının heyətində top qovur. Düzdü, bir neçə ildir ha çalışır əsas heyətə düşə bilmir, arada-barada adı 19 nəfərlik heyətə salınır. İndi onun komandası İrəvanda “Bir busə ver” adlı sevgililər bayramında keçiriləcək yarışda iştirak edəcək. Ermənilər də daş atıb yanlarını tuturlar ki, Canpoladın ayağı İrəvana dəysə, özümüzü də odlayacağıq, elə azərbaycanlı futbolçunu da. Nə isə aləm qarışıb. Səməd Səmədovun nə oxuduğunu bir təhər başa düşmək olur, amma İrəvandakı durumdan baş açmaq mümkün deyil.

Yeri düşmüşkən, erməni futbolçu Henrix Mxitaryan isə Azərbaycana gəlir, özü də Dortmundun “Borussiya” klubunun heyətində. Avroliqanın qrup mərhələsinə düşən komandası ilə biz tərəflərə gəlib “Qəbələ” ilə oyuna çıxmaq istəyir. Yəqin ki, çıxacaq da, erməni olanda nə olar, almanlar futbolçu kimi başına and içirlər.

Bizdə isə bəziləri Henrixin qanını içməyə hazırdı, bəyanat qəbul edir, erməni futbolçunun Bakıya gəlməsinə qarşı çıxırlar. Bəlkə də düz edirlər… Amma bir məsələ də var, əgər bu neçə ildə futbol ölkəsi sayılan Almaniyanın deyil, Türkmənistanın həvəskarlardan ibarət komandasında özünə yer edə bilən futbolçu yetişdirə bilməmişiksə, hay-küy salmağın nə mənası var?

Henrix Mxitrayanın nə suçu var, ermənilər bəyəm birinci dəfədi Azərbaycana gəlir? Bir iki ay öncə Bakıda keçirilən I Avropa Oyunlarında iştirak etmək üçün bir topa erməni idmançı paytaxtımıza gəldi. Həmin günlərdə hamı deyirdi ki, ermənilər gəlib qoy bizim inkişafı, Bakının yeni göydələnlərini görüb ürəkləri partlasın. Bəlkə də düz deyirdilər… Ermənilər də gəldilər, yaşadıqları ərazidə bayraqlarını qaldırdılar, bizim inkişafı və Bakının yeni göydələnlərini gördülər. Ürəkləri də partlamadı və dədələrinin xarabasına geri döndülər. Bəs indi bir erməni futbolçuya görə niyə belə hay-küy salırıq. Bəlkə inkişafımız dayanıb, mən Alatavaya getdiyimə görə xəbər tutmamışam? Yoxsa daha Bakıda göydələn tikən yoxdu?

Reallıq budu ki, erməni futbolçu Mxitaryan Azərbaycana gələcək və “Borussiya”nın əsas heyət oyunçusu kimi meydana da çıxacaq. Bəs bizim futbolçu Canpolad nə zaman İrəvana ayaq basacaq?

Şərh yazıya: Etibar Cəbrayıloğlu: Henrixin əvəzinə Canpolad

  1. Qabil

    Salam Mirhafiz müəllim. Etibar qardaşımızın sualına cavab olaraq bildirim ki, futbolumuzun bu cür inkişafıyla nəinki Canpoladın, heç millətindən də bir kimsənin yaxın gələcəkdə İrəvana ayağı dəyməyəcək. Bu birmənalı belədir.
    *****
    Salam, Qabil bəy! Bizim Canpoladlar ermənilərlə vuruşmaqdan deyəsən ləzzət almır, elə öz futbolçularımızın qanını meydançada axıtmaqdan və jurnalistlərimizi döyüb öldürməkdən, bir parça çörək üçün küçələri süpürməklə dolanan yaşlı qadınlarımızı bahalı maşınları ilə əzib şikəst etmək və öldürməkdən zövq alırlar.

     

Şərh əlavə et


− 3 = beş