Buradasınız Əsas » Azarkeşlər » Etibar Cəbrayıloğlu: Doğru seçən mərd olar
  • Bookmark and Share

Etibar Cəbrayıloğlu: Doğru seçən mərd olar 

Əlimizdən, hətta ayağımızdan gələni beş qaba çəkdik. Amma yenə alınmadı. Rusiyanı, Portuqaliyanı, İrlandiyanın Şimal hissəsini, İsraili gəzib-dolandıq, hələ yolüstü Lüksemburqa da baş çəkdik. Lakin cəmi-cümlətani 9 xal topladıq. 9 xala görə isə Braziliyaya getməyə heç kimə vəsiqə vermirlər. Foqts olmur istəyir lap Platini özü olsun. 9 xal yığan milli komandaların futbolçuları Braziliyada keçiriləcək dünya çempionatına yalnız televizordan baxa bilərlər. Ah, gözəlim Braziliya. Edson Arantes du Nasimentonun- və ya sadəcə Pelenin vətəni. Qarrinçanı, Karlos Alberto Torresi, Sokratesi, Artur Zikonu yetişdirən ölkə. Braziliyanın istənilən şəhərində hansısa bir küçəyə futbol topu atsan, ən azından 30-40 uşağın həmin torun arxasınca qaçdığının şahidi olacaqsan. Ah, gözəlim Braziliya... Karnavallar ölkəsi. Rəqs edən qızlara görə bu məmləkətin büdcəsinə milyonlar axır. Onlara baxmamaq sadəcə, mümkün deyil. Braziliyalı futbolçular və rəqqasə qızlardan söhbət düşmüşkən, uzun fasilədən sonra mudiala vəsiqə qazanan Rusiya millisinin üzvləri Bakıdan Moskvaya dönəndə şoka düşdülər. Moskvadakı hava limanında braziliyalı rəqqasələr kimi ekzotik geyinən qızları görüncə milli üzvləri çaş-baş qaldılar. ORT kanalı da bu qəribə mənzərəni bütün dünyaya göstərdi. Bir anlığa təsəvvür elədim ki... Üsamə bin Ladenin qarışdırıb getdiyi bu dünyada möcüzə baş verir. Berti Foqtsun rəhbərliyi altında millimiz Braziliyada keçiriləcək mundiala vəsiqə qazanır. Futbolçularımız gedib düşürlər karnavallar ölkəsinə. Elnur Allahverdiyev, Mahir Şükürov nə oyunlar çıxarırlar. Stadionda yox e, rəqs meydançasında... Yaxşı ki, möcüzə-filan baş vermədi və bu bəladan qurtulduq. Amma indi də Braziliyaya gedə bilməməyimizin bəlasını çəkirik. Millimiz son iki oyunda toparlanıb 4 xal yığdı və necə deyərlər, çulunu sudan çıxartdı. Braziliyada deyə bilmərəm, amma biz tərəflərdə hər kəs müxtəlif cür düşünə bilər. Bəzi azarkeşlər, futbolla yaxından-uzaqdan bağlılığı olanlar deyir ki, son seçmə mərhələdə 9 xal toplamağımız əla göstəricidi, Braziliyaya getmişkən varıq. Bəziləri isə sevincdən göyə papaq tullamağa, alman Foqtsa heykəl qoymağa heç bir əsas görmür. Şəxsən mən ikincilərin komandasındayam. Düzdü, millimiz bu seçmə mərhələdə 9 xal yığdı, Şimali İrlandiyanı evə əliboş yola saldı, son günlər azərbaycanlıları adamyeyən gözündə görən rusların qanını az da olsa qaraltdı. FİFA reytinqində bir xeyli irəlilədi. Amma əvəzində Lüksemburqu nə Bakıda, nə səfərdə məğlub edə bildi. Futbol meydançasının hansı tərəfindən baxsan, millimizin seçmə mərhələdəki gördüyü iş bayram keçirməyə əsas vermir. Sevinmək istəyəndə bu son illər alman baş məşqçiyə verdiyimiz bir ton pul gəlib durur adamın gözünün qabağında. Foqtsa xərclədiyimiz paraları almanın topladığı 9 xalla tərəzinin eyni gözünə qoymağa adamın insafı yol vermir. Tərəzinin ayrı-ayrı gözə qoyanda da pul tərəfi ağır gəlir. Yaman ağır gəlir. Aradabir Azərbaycana gələn, bu əziyyətinə görə də bir ton maaş alan Berti Foqtsun çalışdırdığı milli Braziliyaya vəsiqə qazana bilmədi. Az qala atdıqları hər aut üçün babat mükafat alan futbolçularımız mundialı televizordan izləyəcəklər. Özü də Braziliya qəhvəsi içə-içə. Onun-bunun hesabına dolanan Ermənistanın yığma komandası isə artıq başa çatan seçmə mərhələdə 13 xal topladı. Bunu elə-belə yazdım, sözgəlişi... “Ədalət” qəzeti

Urusların zamanında hərbi xidmətdə olanlar yəqin xatırlayırlar. Əsgərlikdən rütbəsiz qayıdan bəzilərinin standart cavabı hazır idi – paqonum da təmizdi, vicdanım da.

10 illik yubileyinə hazırlaşan “Xəzər Lənkəran” ən yaxşı bayram hədiyyəsini özü-özünə elədi. Nə Rremyer Liqada bir babat yer tuta bildi, nə kuboku başı üzərinə qaldırıb bizə göstərdi. Paqonu tərtəmizdi, amma vicdan məsələsinə and içə bilmərəm.

Lənkəran çayının bir addımlığında çalışan Dənizli bu klubu gölməçə suyunda boğdu. Ciblərindən milyonlar xərcləyən, növbəti dəfə Avropaya getməyə hazırlaşan “Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi. Klubun formasını geyinən, başları ağırlığında maaş alan futbolçuları bilmirəm, amma azarkeşlər qəm dəryasına batıb. Heç düşmənin də bayramı qara gəlməsin!

Bir vaxtlar gur-gur guruldayan “Fırtınalar meydanı”na indi aşağı-yuxarı 17 azarkeş toplaşır. Onlar da bacarıqsız rəhbərliyin, lənkəranlılar bir yana qalsın, heç öz şərəfləri üçün mübarizə aparmağı bacarmayan futbolçuların əlindən dünyanın ö üzünü görüb qayıdırlar. 17 nəfərdən dördü deyir rəhbərlik dəyişsin, altısı Dənizlinin kəndinə qayıtmasını tələb edir, biri deyir Mustafa hoca qalsa yaxşıdı, hər halda adı-sanı var. Yel vurub-yengələr oynayan stadiondakı həmin azarkeşlərdən qalanları da Belçikadan Rednikin qayıtmasını gözləyir. Bir nəfər yarım isə AFFA rəhbərliyini yaş yuyub qurur sərir, arada PFL-i onun gözünə qatır.

Allah Hitlerin evini yıxsın, pulum-param yoxdu ki, klub yaradım, Nildo ilə start heyətinə çıxıb top dalınca qaçmaq yaşım da çoxdan keçib. Heç bilmirəm AZAL-la “Rəvan”ın qonşusu “Xəzər Lənkəran”a necə kömək edim, azarkeşləri necə ovundurum…

Düzdü, mənim də bacardığım bəzi işlər var. Məsələn, bu kritik durumdan çıxış yolu tapa bilməyən və ya heç tapmaq istəməyən klub rəhbərliyinə, fanatlara xırda-para məsləhətlər verə bilərəm. Tanıdığım mütəxəssislər var ki, onlar baş məşqçi postuna keçib “Xəzər Lənkəran”ı bu durumdan çıxara bilərlər. Sözün açığı, namizədlərimin adını qəlbimin dərinliyində saxlamışdım, dar gün üçün. Amma son bir-iki ayda “ağ-yaşılların” başına gələn hadisələrdən sonra öz-özümə dedim ki, nəyi gözləyirsən, bundan da dar gün olacaq? Baş məşqçiliyə namizədlərimin adlarını açıqlayıb necə deyərlər, xalqın ixtiyarına verirəm. Qoy, bu da məndən işin xeyrinə bir kömək olsun.

Fikrimcə, indiki məqamda “Xəzər Lənkəran” üçün ən ideal baş məşqçi Həbibulla Xosrovovdu. Onu illərdi ki, tanıyıram, bacarığına da bələdəm. Uzun müddət Ramana südçülük sovxozunda briqadir vəzifəsində çalışıb, sovxoz dağılandan sonra  bir müddət işsiz qalsa da, təcrübəsini nəzərə alıb bələdiyyədə baş mühasibin köməkçisi-kassir vəzifəsinə təyin ediblər.

Aşur Salmanovu da klub üçün pis seçim saymıram, bacarığına arxayınam. Bilirəm ki, dəmir intizamı sevən adamdı, necə də olmasa 10-15 ildi Xırdalandakı təmir müəssisəsinə dəmirçi-çilingər işləyir.

Tapdıq Bürcəliyev perspektivli gənclərdəndi, ən əsası çətinlikdən qorxan deyil. “Xəzər Lənkəran” kimi klubun baş məşqçisi olmaq məsuliyyətinin altına çiyin verə bilər, özünü buna hazır sayır. Qaradağdakı daş karxanalarında işləyənlər onu məhz belə tanıyırlar. Eşitmişəm ki, sözünün qabağına söz deyən yoxdu.

Güloğlan Sərkərovu yəqin ki, tanıyırsız. Olduqca təvazökar, böyük-kiçik yeri biləndi. Şəxsən mən onun işgüzarlığını bəyənirəm, zalım oğlunu dəyirmanın bu başından ölü salırsan, o başından diri çıxır. Amma bir problem var, Güloğlan indi müqavilə ilə Mərdəkan mədəniyyət evinə məxsusdu, orada nağaradan kurs keçir, heç bilmirəm onu “Xəzər Lənkəran”a buraxarlarmı?

Daha bir neçə nəfəri gözaltı eləmişəm, lakin hələlik onlarla bağlı araşdırmaları davam etdirirəm. Yəqin ki, yaxın günlərdə məsələləri həll edə biləcəyəm. Dənizliyə baxmayın, mən verdiyim sözü tutan adamam.

Yubiley ilində Əli aşından da, Vəli bozbaşından da avara qalan “Xəzər Lənkəran”ı bu durumdan çıxara bilən namizədləri işarə verdim, söz rəhbərliyindi. İndi onlar doğru seçim etməyi bacarmalıdırlar.

Bilirəm, klubun yönəticiləri, bəzi sadiq azarkeşlər mənim bu təkliflərimdən inciyəcəklər. Deyəcəklər ki, bu namizədlərin heç biri bizim klubun səviyyəsinə uyğun deyil. Amma və lakin mən tam tərsini düşünürəm. And olsun Rasim Ramaldanovun dizeldən qiymətli başına, Slavik Alxasovun xətti-xalına, Junior Nildonun gül camalına ki, “Xəzər Lənkəran”ın bu halına elə mənim namizədlərim yaraşır!

 

11 Şərh yazıya: Etibar Cəbrayıloğlu: Doğru seçən mərd olar

  1. TELMAN

    SALAM KOMANDAMIZIN BU GUNKU DURUMUNU ETIBAR CEBRAYILOGLU HER HALDA BIZLERDEN YAXSI BILIR VE GORUR, CUNKI OZU DE BAS VEREN PROSESLERIN CANLI SAHIDIDIR.YENI BIZLERDEN DAHA KOMANDAYA YAXINDIR.ONA GOREDE KLUB REHBERLIKLLERININ VE DAHI MESGCILERININ KOMANDANIN XILAS EDE BILMEMESINI GORUB OZ TEKLIFLERINI VERIR KI,BELKE HEBUBULLA,ASUR,TAPDIG KIMILERIN KOMANDAYA CELB ETMEKLE KOMANDAYA KOMAKLERI DEYE BILDI.CUNKI DAHI MESGCILERIN ELINDEN IS GELMIR. MEN TAMAMILE ETIBAR BEYNEN RAZIYAM. AMMA MENINM DE TEKLIFLERIM VER HANSIKI KOMANDAMIZIN XILASKARI OLA BILERLER.GARDAS DEYIRLER KI LALIN DILINI ANASI BILER.BU GUNLERDE KOMANDAMIZDA FELAKETLER BAS VERIR.BU FELAKETLERIN GARSISINI OZ KOMANDASI ILE ALSA ANCAG SUNAMIOGLU FELAKET ALA BILER OZ DESTESIILE. SOSU BEYEM MESGCILIYI BACARMAZ? BUTUN FINANS ISLERINE FELAKET OZU BAXAR. AXSAGGAL DA KONISTR BENZINLE HANSI OYUNCU PIS OYNASA MEYDANIN ORTASINDA YANDIRAR. BAX ONDA NILDO, ALXAZOV,VE S KIMILER OZLERI GOYUB GACARLAR

     
  2. TELMAN

    YALAN TERIFLERLE MUSTAFANI SISIRTDILER,
    DAXILI ALGI, SATGI ISLERINDE BISIRTDILER.
    NE GEDER ARZULARI, UREKLERDE SAXLAYARAG,
    KUBOKU YUBLEY UCUN, UZUMUZE BAGLAYARAG.
    ARADAN TEZ CIXARAG GOTURDU PUL CANTASINI,
    CUNKI YALAN TERIFLER, VERMEMISDI FAYDASINI.

    DAHI MESGCILIK ADI, YARASMAYIR MUSTAFAYA,
    SOZ VERIB EMEL ETMEDI,SOZU ATDI HAVAYA.
    BOS TERIF EDENLERIN NIYE CIXMAYIR SEDASI?
    FAS OLUB DAHILIKLE, YALAN VEDLI MECARASI

     
    • Zəfər Lerikli

      Telman bəy salam!.Son zamanlar istifadə etdiyimiz hər iki saytda sizin şerlərinizin məzmununun dəyişdiyini hiss edirəm.Sizə bir söz azarkeş kimi demək istəyirəm və məndən inciməməyinizi rica edirəm.Xatirladim sizə ki bu saytlari böyuk kutlə oxuyur.Heç vaxt duşunməyin ki bir-iki şərh yazanlarin məkanidir.Kutlənin çox böyuk əksəriyyəti şərh yazmaq istəmir.amma hami yazilan şərhlərə baxir.Sizdən yalniz bir xahişim ola bilər.Siz şerlərinizdə kimisə tənqid etməyə çalişmayin.Əslində tənqid qəbahət deyil.Baxir ki ,yerində ola.Sizin əksər yazi və şerlərinizi oxuyuruq və əksəriyyətidə bir-biri ilə böyuk mənada təzad təşkil edir.Halbuki 12cioyunçu.info saytinda əvvəllər heçdə belə mövqe tutmamişdiniz.Son zamanlar şerləriniz əvvəlki marağini itirib ,inciməyin.Bunun başlica səbəbi yazilan mövzularin nədən bəhs etdiyini bilməməyinizdir.Dərinə heç getməyədə dəyməz amma heç siz uzdə olanini bilmirsiniz.Birdə xahiş edirəm ki ,təhqirə heç vaxt yol verməyəsiniz.Bu saytlar mənə çox həqiqətləri deyib amma mən hələ heçnə bilmirəm.

       
  3. Qabil

    Salam, Mirhafiz müəllim! Etibar bəyin yazılarındakı fikirlər həmişə düşündürücüdür. Etibar bəy həqiqətləri həmişə istehzanın, kinayənin ən yüksək dərəcəsi olan sarkazm vasitəsiylə çatdırır. Etibar bəy namizədləri yaxşı gözaltı edib və dar gün üçün saxlayıb. Namizədlərdən Tapdıq Bürcəliyevi bəyəndim çünki, perspektivli gəncdir, ən əsası isə çətinlikdən qorxan deyil. Nədənsə Etibar bəy Pirvəlini yaddan çıxarıb. Mən də müəllifin fikrinə dəstək olaraq kiçik bir əlavə edirəm. Yubiley ilində Əli aşından da, Vəli bozbaşından da, Pirvəli xaşından da avara qalan “Xəzər Lənkəran”ı bu durumdan çıxara bilən namizəd elə Tapdıq Bürcəliyevdir. Adından da məlumdur ki, Tapdıq bizim üçün elə tapıntıdır…
    *****
    Salam, Qabil bəy! Sizin fikirlərinizi Etibar bəyə çatdırarıq və növbəti yazılarında Pirvəli xaşından da istifadə edər, məncə. Bu çox maraqlı alınar.

     
  4. Azərbaycanlı

    Təklif olunanların paket şəklində qəbul edilməsinin tərəfdarıyam. Addımları qarışmış qırxayaq kimi uzun müddətdir ki, yerişini (qaçışını) nizamlaya bilməyən tağımın dörd xəttinin hər birinə cavadehliyi Həbibulla, Aşur, Tapdıq və Güloğlan arasında elə bölüdürmək lazımdır ki, nə şiş yansın, nə “şişka”nı yandırsın.

     
    • Azərbaycanlı

      ???
      *****
      !!!

       
  5. TELMAN

    SALAM ZEFER GARDAS SIZIN SOZLERINIZDEKI HEGIGETLERI DERK EDEREK CALISARAM KI ESEBLERIME HAKIM OLUM VE TENGIDLERE SON GOYUM.DOGRU DEYIRSINIZ OLA BILSIN KOMANDADA ELE HADISELER BASH VERIR KI MENIM BUNDAN XEBERIM YOXDUR. ONA GOREDE MUSTAFANI GUNAHLANDIRMAGLA SANKI BUTUN ACIGIMI ONDAN CIXMAGLA TENGID EDIREM.AMMA ZEFER GARDAS EVVELLER NE GEDER MUSTAFAYA TERIFLER YAZMISIG .AMMA KOMANDA GET GEDE PIS GUNE SALINDI.BILMIREM KOMANDADA KIMDIR MUGESSIR AMMA MESGCI COX ISLERE CAVABDEHLIK DASIYIR. ETDIYIN IRADLARI SEMIMI GEBUL EDEREK INCIMEDEN TRNGIDLERE ANCAG YERINDE YER AYIRMAGLA SEHLER YAZARAM. INSALLAH REDNIK GELENDEN SONRA HAMIMIZ YAXSI EHVAL RUHIYYEDE OLMAGLA KOMANDAMIZIN ISLERI O GEDER YAXSI OLAR KI HE KIMI TENGIT ETMEYE SOZUMUZ GALMAZ.INSALLAH SEVINCLI GUNLERIMIZ XL HELE COX OLAR

    REDNIK GELER TENGIDE, SON GOYARIG HAMIMIZ
    DUSER ISLER GAYDAYA, RAHAT OLAR ,CANIMIZ.
    GOZEL GELEBELERLE, SEVINDIRER BIZLERI,
    DOLDURACAG MEYDANA BUTUN UMUDSUZLERI.
    *****
    Mustafa Denizlini gözdən salan, yaranmış tarixi şərait oldu!

     
  6. Mubariz

    Salam.Doktor men Etibar beyin yazilarini evveller de cox oxumusam.Siyasi qezetlerde cox gozel tengidi koseyazilari olub.Onun bu yazisindan men hec bir sey basa dusmedim.Birde bu yazini Etibar Cebrayiloglu kimi jurnaliste yarasdirmadim.Onun yazilarindan men hemise yaxsi meslehetler,teklifler gormusem.Etibar bey bir stajli jurnalist kimi dusundurucu yazi yazsa ela olardi.Biz de oz fikrimizi bildirerdik.
    *****
    Mübariz bəy, salam! Əslində Etibar bəyin bu yazısında da düşündürücü məqam çoxdur. Sakit vəziyyətdə bir də oxumaq lazımdır. Klub rəhbərliyinin keçmişdə buraxılan səhvləri ilə gələcəyə düz addım atmağa səsləmə var.

     
  7. TELMAN

    ZEFER GARDAS SALAM DOGURDAN DA KOMANDANIN UGURSUZLUGLARINA GAPANDIGCA SANKI ESEBLERE HAKIM OLMAGI YADDAN CIXARDIRIG.TENGIDDLERDEN TEHGIRE NECE KECDIYIMIZI SANKI BEZEN ANLAMIRIG.BU SEXSEN MENE AIDDIR.SIZ SANKI MENI IRADINIZLA AYILTDINIZ.BUNU SEXSEN MEN ALGISLAYIRAM VE CALISARAM SERHLERIMI EN SAKIT VAXTLARDA DEDIYINIZ IRADLARA YOL VERMEDEN YAZAM.

    HAGGINA SOZ DEMEYE, MEN HEMISE CALISMISAM
    YAZILAN SERHLERIMI, BU MINVAL ILE YAZMISAM.
    KOMANDANIN DURUMU, BUNLARI MENE YAZDIRIB,
    BEZEN HEDDI ASARAG,OZUMU YOLDAN AZDIRIB.

    TENGIDLER BOYUYEREK,DONMUSDU LAP TEHGIRLERE,
    YAZIM SEBEB OLMUSDU, COXSAYLI HEMFIKIRLERE.
    REY ILE BILDIREREK, ZEFER GARDAS IRADINI,
    MESLEHET BILDIRDIKI YAZMAYIM TEHGIR ARDINI.

    BIRAZDA INCIMEDEN, GEBUL EDEREK IRADI,
    SON GOYDUM TENGIDLERE,TUTULMAZ KIMSENIN ADI
    TESEKKUR ETMEKLE MEN,LERIKLIYE BUDUR SOZUM
    TENGIDDEN, TEHGIRE KECMEKLE GUNAHKARAM OZUM
    *****
    Nə gözəl yanaşmadır, özünətənqid məqamı,
    Gərək insanın ola, həmişə belə, məramı.
    Hamımız belə olmalıyıq ki, nümunə olaq,
    Bu səfər, bu mənada, Zəfər bəy yandırdı şamı!

     
    • Zəfər Lerikli

      Təşəkkur edirəm sizə Telman bəy!

       
  8. TELMAN

    HERCUR TERIFE LAYIG,
    BIZIM ZEFER LERIKLI.,
    YAZDIGI SERHLERINI,
    ALGISLAYAG UREKLI.

    DUSUNDUYU CUMLELER,
    ETRAFA ISIG SACIR.
    OXUCU KUTLESININ,
    GELBINE YOLLAR ACIR.

     

Şərh əlavə et


− 1 = altı