Buradasınız Əsas » Bosman » Deyvid Sacconi-27 Təbrik edirik!
  • Bookmark and Share

Deyvid Sacconi-27 Təbrik edirik! 

Deyvid_Sacconi

Bu gün “Xəzər Lənkəran”da daha bir xoş gündür. Bu xoş günün səbəbkarı isə 27 yaşını qeyd edən Deyvid Sacconidir. Komandamıza böyük ümidlərlə gətirilmiş Braziliya və eyni zamanda İtaliya vətəndaşlığını daşıyan bu yarımmüdafiəçiyə gətirilərkən və elə indi də ümidlərimiz çoxdur. O bunu keçirdiyi bir sıra oyunlarda da sübut edib. Xüsusən təzə gələn ərəfədə. Əslində, həm təcrübə həm də fiziki güc baxımından əsl futbolçu yaşında olan Deyvid Sacconidən daha böyük gözləntilərimiz var və ümidvarıq ki, əsas heyətdə bundan sonra daimi forma şansı qazanmaqla o gözləntilərimizi tam doğruldacaq.

“Bosman” fanklubu olaraq, Deyvid Sacconini ad günü münasibəti ilə təbrik edirik. Ona elə komandamızla böyük uğurlar, gözəl oyun və sağlıq arzulayırıq. Deyvidin futbolda keçdiyi yolu isə qrafik olaraq diqqətinizə çatdırırıq (Şəkli böyütmək və aydın görmək üçün üzərinə klik etməyiniz yetər):

Sacconi viki

3 Şərh yazıya: Deyvid Sacconi-27 Təbrik edirik!

  1. Azərbaycanlı

    Təbriklərə qoşulur, uğurlar arzulayıram! Deyvidin komandanın passivində yer alması inidiyədək bizə onu tanımağa imkan verməmişdir. Həmvətəni Nildo komandaya gələndən sonra sanki bizim braziliyalıların hamısı bir zolağa düşüblər.
    *****
    Nildonun artıq 30 yaşı var. Futbolda bundan sonra öyrənən gorunda çalar deyiblər. Onun gedişindən sonra braziliyalıların tilsimi sınar və uğurlu çıxışa başlayarlar.

     
  2. Qabil

    Deyvid elə indi də ümidverici futbolçudur. Zədələr imkan versəydi əsas 11-likdə yerini möhkəmlədərdi. İnanıram ki, Deyvid “Xəzər Lənkəran”a öz töhvəsini verəcək. Deyvid üçün o da bir tarixdir ki, 27-yaşını “Xəzər Lənkəran”da qeyd edir. Ona can sağlığı, karyerasında uğur, Xəzər Lənkəran”da gözəl oyunlar arzulayıram!

     
  3. Zəfər Lerikli

    Təbriklərə məndə qoşuluram.

     

Şərh əlavə et


iki + = 8