Buradasınız Əsas » Xarici Futbol » Çempionlar Liqası » Çempionlar Liqası qrup mərhələsində artıq IV tura yekun vurulur
  • Bookmark and Share

Çempionlar Liqası qrup mərhələsində artıq IV tura yekun vurulur 

CL-Loqo

Bu gün Çempionlar Liqası 2013/14 illər üçün qrup mərhələsində yarışan komandalar IV turun oynlarına çıxır. Qeyd etmək istəyirik ki, 8-qrupda yer alan komandalar arasında artıq dünən 4 qrupun oyunları keçirilib. A, B, C, D qrupları üzrə dünən keçirilən oyunlar aşağıdakı kimi nəticələnib:

Champions League – Group A November 5                                             

Real Sociedad           0 – 0     Manchester United

Shakhtar Donetsk       0 – 0     Bayer Leverkusen

 

Champions League – Group B November 5

FC København           1 – 0     Galatasaray

Juventus                      2 – 2      Real Madrid

 

Champions League – Group C November 5

Olympiakos                1 – 0    Benfica

Paris Saint Germain    1 – 1     Anderlecht

 

Champions League – Group D November 5

Manchester City         5 – 2     CSKA Moscow

Viktoria Plzen            0 – 1     Bayern Munich

Dörd turdan sonra qruplarda vəziyyət aşağıdakı kimidir:

CL qrup-1-2 CLqrup-3-4

Bu gün isə E, F, G, H qruplarında oyunlar keçirilir ki, bura da da qruplar üzrə oyunlar belədir:

CL-qrup-3

 

Bizcə günün ən maraqlı qarşılaşmalarından biri “Barselona”-“AC Milan” matçıdır.

11 Şərh yazıya: Çempionlar Liqası qrup mərhələsində artıq IV tura yekun vurulur

  1. R.S.

    Bəli maraqlı oyundur .Oyun qarışılıqlı hücumlar şəraitində keçir ,oyunun nəticəsindən aslı olmayaraq ,gözəl futboldan zövq almaq ab-havasındayıq .

     
  2. Qabil

    Hər vaxtiniz xeyir, Doktor! Mən bu tip oyunlara futbol yox, futbol-tamaşa deyərdim. Belə oyunlara baxdıqda həttə məğlub komandanın azarkeşləri də məğlubiyyətə görə öz komandasını heş vaxt qınamır. Bu cür futbol-tamaşa göstərən komandalar adama zövq verməyə bilməz və belə komandası olan azarkeşə qiptə edirəm. Çqnki, Azərbaycan futbolunun belə bir səviyyəyə çatması mümkünsüzdür və ölkə futbolunu elə səviyyədə görmək sadəcə mənə nəsib olmayacaq.
    *****
    Allah ömrünüzü uzun eləsin. Bu əziz günlərdə bunu sizə arzu edirəm. Başqa nələrdən zövq almaq istəyirsinizsə, Allah sizə qismət eləsin. Daha neyləmək olar ki, biz də sizin kimi başqa ölkələrin futbolundan zövq almağa məcburuq.

     
  3. Qabil

    DOKTOR, ALLAH SİZLƏRƏ DƏ HƏMİŞƏ CAN SAĞLIĞI NƏSİB ETSİN İNŞALLAH!

     
  4. R.S.

    Qurban Qurbanov Rahiddən əl çəkmir ,deyəəsən niyyətinə nail olacaq ,Rahid özü istəmir .Biz rahidə güvənirik ,O da getsə Xəzər lap yetim qalar ki .

     
  5. Qabil

    R.S. qardaş, bildiyimə görə Qurban Qurbanov üç ilə yaxındır ki, Rahidi “Qarabağ”da görmək istəyir. Hələki Rahid o biriləri kimi “Xəsər Lənkəran”a xilaf çıxmayıb və öz komandasına sadiqliyini göstərib. Məncə Rahid indiki səviyyəsini “Xəzər Lənkəran”da əldə edib və öz klubuna sona kimi sadiq qalacaq. Bir kapitan olaraq Rahidə bundan sonra da komandasının sükanını bərk-bərk tutmağı və komandasının uğurlar qazanmasında bir lider kimi iştirak etməsini arzulayıram.

     
  6. R.S.

    Bəli biz Rahidə inanırıq .
    Bilirsinizmi Rami deyir ki mən futbolçuların pulunu yöğıb onlara ev maşın obyekt almışam ,
    Mirhfiz bəy inanın ki mən yenə şoka düşüdüm ,
    Dünyanın heç bir yerində belə bir hadisə baş verməyib ,Bu yalınız AZərbaycan Pemyer Liqasının Baş Buxalteri Ramin Musayevin təşəbüssü ilə olub ,Nəsə çümlədə qurub yaza bilmirəm ,Bircə onu deyirəm İLAHİ SƏN ÖZÜN ÇARƏ QIL ,!! Biz bəndələırinin əlindən heç nə gəlmir.
    *****
    Bu adamın bilik səviyyəsi orta əsrlərin kəndxudalarının bilik səviyyəsi ilə eynidir.

     
  7. R.S.

    Siz özünüz necəsiniz ,Bağışlayın ki bu sualı verirəm ,Siz də biz azarkeşlər üçün çox önəmli insansınız ,tanımasaq da ,bu sayt insanları döğmalşdırır.Sizdə xəstəlik keçirmisiniz .bu barədə .yazılarınızın birində ,oxumuşdum .Normallaşdımı səhhətiniz .?
    *****
    Çox sağ olun qayğıya görə. Şükürlər olsun ki, yaxşıyam. Amma əsəb sistemim çox sarsılıb. Bu bir yandan gündəlik həyat, işimin bilavasitə insanların sağlamlıq məsələsi olduğundan, bir də ki, futbolumuzdakı və “Xəzər Lənkəran”dakı vəziyyətlə əlaqədardır. Allah hamımıza kömək olsun!

     
  8. Qabil

    Sabahınız xeyir DOKTOR! Əgər bu adamın bilik səviyyəsı orta əsrlərin kəndxudalarının bilik səviyyəsi ilə eynilik təşkil edirsə, elə ona görədir də Azərbaycan futbolu bu kökdədir. İndi gəl otur fikirləş, baş sındır ki, Ölkə futbolu daha hansı vəziyyətə düşməlidir ki, belələri peşəkar futboldan birdəfəlik itib getsinlər. Hələ bir arsız-arsız Ölkə futbolunda etdikləri inkişafdan danışırlar. Onların təbirincə desək əgər bugünki futbolun düşdüyü vəziyyəti inkişaf hesab etsək, bəs görəsən bunun tənəzzülü necə olacaq?
    *****
    Sizin də sabahınız xeyirli olsun Qabil bəy! “Qaradan da tünd rəng yoxdur!”-deyiblər. İndi ona görə də bizim futbolumuz qara gündədir.

     
    • R.S.

      Ramin kim üçün deyir ,bu sözləri ona inanan var ki ? Bir özünə kənardan baxa bilsəydi .necə komik olduğunu gğrərdi ,Biz heç bir futbol qurumundq işləyən insanlara ( onlara insan demək mümkündürsə )inamımız yoxdur ,onlar ukuüzlü insanlardı .Biri 4-5 vəzifəni əldə tutub ,AFFA prezdentliyin buraxmır ki buraxmır ,Biri də ki xalaoğlunun hesabına keyf edir ,arada məhv olan bizim fuytbol ,və xalqın sərvəıtidir.Əhali hamısı bunu görür və bilir ,Heç kim də bir deyil Yadınızdadırsa İslam Cabbarlı həmişə deyirdı ki ,lazım olan anda meydanda tək qaldım ,bir də ghördüm yanımda heç kim yoxdur ,Əgər onunla bir olsaydı azarkeşlərimiz ,nəyəsə nail ola bilərdilər. .Ona görə də birlik lazımdır .Əgər söhbət ümumi inkişafdan ölkə futbolunu inkişafından gedirsə ..hamı bir nöqtəyə vurmalıdır ,Amma çox idman portalları .sifarişlə işləyir ,xərçəng kimi daxildən futbolu məhv edirlər .Nə isə yazmaqla qurtaran deyil ki ,….

       
  9. Qabil

    Hörmətli DOKTOR! Tamamiylə doğru fikirdir ki, “Qaradan da tünd rəng yoxdur!” Qara rəng həm də əzab-əsiyyətin, zülmün, kin-küdurətin və nəhayət qaranliq, zülmət gecənin məcazi mənada sinonimidir. Amma, qaranlıq zülmət bir gecənin də işıqlı, nurlu sabahı, gündüzü var.
    *****
    Fiziki və Astronomik mənada hər qaranlıq gecəni, bir işıqlı sabah əvəz edir. Amma bunun mənəvi mənasında işıqlı sabah gəlmir ki, gəlmir. Çünki, həmin sabahın gəlməsi çoxlarını yarasa kimi qorxudur!

     
  10. Qabil

    Axşamınız xeyir, Doktor! Dolğun, mənalı cavaba görə çox sağ olun!
    *****
    Dəyməz qardaşəm.

     

Şərh əlavə et


üç + = 8