Buradasınız Əsas » Aktual » Çe(ə)tinmi “asanxidmət”?
  • Bookmark and Share

Çe(ə)tinmi “asanxidmət”? 

xeyanet-300x275

“Xəzər Lənkəran”ın yeni baş məşqçisinin kimliyi ilə bağlı yayılan xəbərlər klub tərəfindən rəsmi təsdqini tapmasa da hər halda diqqət çəkə bilən qədər intriqa yaratmağa qadirdir. Belə ki, idman mediasında sürətlə yayılan informasiyalara görə Mustafa Denizlinin  yerinə onun köməkçisi Oğuz Çetin təyin oluna bilər, lakin bir daha qeyd edirik ki, bu barədə rəsmi açıqlama yoxdur. Hətta arabir Mirça Rednikin də adının çəkilməsi müşahidə olunur. Təbii ki, azarkeşlərin sevimlisi olan Rednikin adının çəkilməsi azarkeş kütləsini sakitləşdirmək, başının altına yastıq qoymaq prinsipi daşıya bilər, demək əsas məsələ Oğuz Çetindədir. Mustafa Denizliyə xəyanət edən, öz müəlliminə, ustadına kor baxan Oğuz Çetinin “Xəzər Lənkəran”ın baş məşqçisi kimi təyin olunacağı təqdirdə bu postda çox dayana biləcəyi də inandırıcı deyil. Belə ki, həyatın bütün sahələrində olduğu kimi elə futbolda da xəyanətkarların qara işləri tez faş olur və tezliklə birabırçı vəziyyətə düşürlər. Sonra da başını götürüb qaçmalı olurlar. Qeyd etmək lazımdır ki, Oğuz Çetinin belə bir addım ata biləcəyinə diqqətli azarkeşlərimiz tərəfindən zaman zaman işarələr verilirdi. Məsələn, “Bosman” fan klubuna məxsus Bosman.az saytında mart ayının 31-də gedən “Bir fotonun əhəmiyyəti” başlıqlı yazıda Oğuz Çetinin altdan altdan gördüyü işlər ifşa edilmişdi.  Təəssüf ki, maariflənməkdən və doğru infomasiya almaqdan yan qaçaraq, maqazin xəbərlərin dalıyca sürünən kütlə düşüncəsi əskər insanları belə dolğun yazılara diqqət ayırmağına imkan vermir. Nəticədə də azarkeşlərlə kimsə hesablaşmaq istəmir. İndiki gedişatla da demək olar ki, hesablaşmamağı haqq edirlər. Üstəlik də Çetin kimilerin asanxidməti müxtəlif sferalarda fəaliyyət göstərir deyə meydan genişliyi yaranıb. Çap ki, çapasan…

Mənbə: 12cioyuncu.info

 

8 Şərh yazıya: Çe(ə)tinmi “asanxidmət”?

  1. rakif

    Rəhbərliyə bir ağsaqqal məsləhəti.Rednikin gəlişi komandanın iddialı olacağına zəmanət olardı,əksinə Çətinin baş məşqçi postuna gətirilməsi XLnın bundan da pis günə qalacağına dəlalət edəcək.Nə qədər gec deyil qardaş bir dəfə də azərkeşlərin istəyi ilə hesablaşın.Bu sizə yalnız və yalnız baş ucalığı gətirər.

     
  2. Azərbaycanlı

    Çetin Mustafanın davamçısıdır, nə dərəcədə uğurlu davamçı olacağını demək olmaz.

     
  3. Zəfər Lerikli

    Biri tez gəldi, hələdə var.Ondan sonra gələn artiq yoxdur.İkisidə olmayacaq.Allan sizdən razi olsun M.B.

     
  4. Azərbaycanlı

    Bəlkə ən yaxşı yeni baş məşqçi elə ən köhnənin özüdür?! AFFA-nın hər üzünü görmüş Nazim Süleymanovun sakit təbiəti heç də mübarizliyinin az olması qənaətinə gətirməməlidir. Yerlidir, məsrəflərində insaflı olacağına şübhə yoxdur, XL adına kifayət qədər doğma münasibət sahibidir, hücumçudur.
    *****
    Salam, Nazim Süleymanov oynayan-məşqçi olacaq ki?

     
    • R.S

      Nazim Süleymanovdan o vaxtdan simpatiya bəsləmirəm. Neftçinin baş məşqçisi olan zaman Xəzərə qalib gələndə demişdi ki – mən çox şadam ki ilk qələbəm Xəzər Lənkaran üzərin də oldu .-yerli futbolçularında Xəzərə gəlməsini heç istəmirəm ,çünki onlar Xəzər də ürəklə oynamırlar .

       
  5. Qabil

    Oğuz Çətin müəlliminə qarşı separat danışıqlar aparıbsa, bəri başdan deyim ki, onun işi çox çətin olacaq. Soyadı çətin olan Oğuz bəy, sərbəst işə başlamamış özünü çətinə salıb. Çətin ki, Oğuz Çətin düşdüyü bu çətin vəziyyətdən çətinlik çəkmədən çıxa bilsin. Zatən “Xəzər Lənkəran”da baş çıxarmaq çox çətindir, Oğuz Çətin bəy!

     
  6. Mubariz

    Salam.Bineyi qedimden Guclu olan qalib gelib,pulu olanin sozu yeriyib,vezifede olani duz saymisiq.Sovet vaxtinda Lenkeranda ansilaq olurdu ve o vaxt futboldan hezz alirdiq.Duzdur onda da kimin cempion olacagi cox vaxt evvelden bilmek olurdu.Evvel imkansizlar oynuyurdu ,imkanlilar baxirdilar futbolda maraqli olurdu.Indi imkanlilar oynuyurlar imkansizlar baxirlar.Ona gore de futbol hormetden dusub,bu bas belasi TOP-az da bir yandan.Boyuklerimiz de deyibler ‘pul olan yerde hormet olmaz’.Bizim de futbol xesteliyimiz sagalmazdir.Eseblerininizi qoruyun.

     
  7. Mubariz

    Salam.Biz esidmisik ‘ urek yanmasa gozden yas cixmaz’.Doktor mecburiyyetden komanda qurandan futbol gozlemek sadelovlukdur.Dovlet proqrami xatirine qurulan futboldan futbol olmaz.Eger futbol yaratmaq isteyen mutexessise etibar etmelidir.Hec bir komandada rehberlik mutexessise tapsirilmayib.AFFA,PFL rehberliyinde bir futbolci/mutexessis yox/ var o da I.Cavadovdur.Biz de AFFA-dan futbol gozleyirik.
    *****
    Salam, Mübariz bəy! Çox düzgün olaraq qeyd etmisiniz.

     

Şərh əlavə et


səkkiz + 7 =