Buradasınız Əsas » Aktual » Bir fotonun əhəmiyyəti
  • Bookmark and Share

Bir fotonun əhəmiyyəti 

Tosak-arxaya baxir

Axır zamanlar “Xəzər Lənkəran” günlərini yaxşı keçirmir. Digərlərini demirik, elə son ev oyununda “Simurq”a biabırçı oyunla, biabırçı 1:3 hesablı məğlubiyyət və bir də ki, əzəli rəqiblə böyük hesabla olmayan 1:0 məğlubiyyət, amma biabırçı oyun nəticəsində olanları yada salmaq kifayətdir. Heyətdə yüksək ödənişli, özü də babat oyun sərgiləyən futbolçular ola-ola, qat-qat zəif oyun göstərməklə yadda qalan,  inkişafı və perspektivi görünməyən oyunçulardan qurulmuş start heyəti və əvəzetmələrdə də bu qəbildən olan oyunçulardan istifadə edilməsi heç də başadüşülən deyildi.

Yəni, Mustafa Denizli kimi böyük təcrübəsi olan və çox müvəffəqiyyətlərlə tarix yazan birinin son oyunlarda bu qədər uğursuz oyun keçirməsi və nəticədə belə biabırçı hesablarla məğlubiyyətləri bir qədər inandırıcı görünmür. İnandırıcı görünən, Toşaklı “Xəzər Lənkəran”ın ardıcıl uğursuzluqlarından sonra komandanı qəbul etmiş Mustafa Denizlinin adına və təcrübəsinə uyğun olaraq, məğlubiyyətlər seriyasını ləğv edərək, komandaya yüksək ruh və əzmkarlıq gətirib qələbə və heç-heçələrlə xal ehtiyatını artırmaqda davam etməsi idi.

XIV turda “Bakı”ya səfərdə 3:0 məğlub olunca Con Benjamin Toşakın vəziyyətin dözülməz olduğunu görüb istefa verməsinin ardından Mustafa bəy komandanı qəbul etmişdi. XV turda evdə AZAL-la 1:1-lik bərabərlik, XVI turda səfərdə, artıq yüksəlişdə olan “İnter”lə 0:0-lıq bərabərlik, XVII turda evdə “Rəvan” üzərində 1:0-lıq qalibiyyət, ikinci dövrənin son oyunu olan XVIII turda evdə “Sumqayıt üzərində 4:3-lük qələbə ilə təlim-məşq toplanışına gedən komanda bir az da yeni transferlərlə gücləndi və vətənə dönüb III dövrəyə başladı.

Toplanışdan dönən Mustafa Denizlili “Xəzər Lənkəran”ı əvvəlkilərdən də çətin sınaqlar gözləyirdi. Çünki XIX turda səfərdə, liderliyi heç kimə güzəşt etməyən “Qarabağ”la oyun var idi ki, Mustafa bəyin komandası gözəl oyunla 0:1 qalib gəlməyi bacardı. Ardından XX turda evdə “Neftçi” ilə hesabda 0:2 hesabı ilə məğlub olmasına baxmayaraq, oyunun sonlarını ikiqat əzmkarlıqla döyüşüb, iki top vurmaqla hesabı 2:2 bərabərliyə daşıya bildi. Sonra komandanı XXI turda çətin “Qəbələ” səfəri gözləyirdi ki, dramatik və olduqca maraqlı və əzmkar keçən bu oyunda da Denizlinin “Xəzər Lənkəran”ı 2:3 hesabı ilə səfər qələbəsi bizlərə yaşatmışdı. Buradan bir daha görünür ki, əvvəl heç-heçələrlə başlayan Mustafa bəy yeni gələrkən komandaya o qədər də bələd deyildi ki, bu da təbii haldır. Lakin komandaya bələdliyi oyundan-oyuna artdıqca artıq əzmkarlıq, oyun keyfiyyəti və təbii ki, qələbələr də gəlməyə başladı. Bax, bu dövrü biz “Xəzər Lənkəran”da Mustafa Denizli dönəmi sayırıq. Çünki bu dönəm Mustafa bəyin böyük təcrübəsinə uyğun bir inkişafla davam etməkdə idi.

Sonrakı turlarda evdə “Bakı”ya 0:2 hesablı məğlubiyyət, ardıyca AZAL-la 0:2 hesabı ilə səfərdə irəlidə olmasına baxmayaraq oyunun sonlarında iki top buraxıb 2:2 bərabərə qalmaq, evdə 1:1-lik “İnter” heç-heçəsi, autsayder “Rəvan”a 2:1 biabırçı oyunla məğlub olma, daha bir autsayder “Sumqayıt”a yalnız penalti ilə 0:1 qalib gəlmə, daha sonrası evdə biabırçı oyunla və biabırçı 1:3 hesabıyla məğlubiyyət və bir də son turda “Neftçi” ilə təslimçi heyətlə və təslimçi oyunla təbii ki, 1:0 təslim olma. Göründüyü kimi bu dövrdə cəmi bir qələbə var ki, o da penalti ilə qazanılıb. Bura komandanın, birinci dəstə təmsilçisi “Araz-Naxçıvan”la hər iki keyfiyyətsiz kubok oyunlarını və nəticədə ¼  mərhələni güclə adlamasını da  daxil etmək olar.  Uğur qazanaraq, get-gedə komandasını daha yaxından tanıyan məşqçinin sonrakı nəticələri heç də belə olmalı deyildi. (“Bir fotonun əhəmiyyəti”. Bu foto nəzərdə tutulur)

Oguz Cetin

Bu fotoya diqqətlə baxın. Toşakın uğursuzluqlarından sonra artıq, məşqçi dəyişikliyinə qərar vermiş klub rəhbərliyi Mustafa Denizli ilə anlaşmağı düşünmüşdü. Lakin həqiqətənmi bu uğursuzluqlar Con Toşakla bağlı idi və bundan artıq komandanın potensialı var idimi? Bu suallara yəqinlik gətirmək üçün anlaşacaq olan tərəflər “Xəzər Lənkəran”ın “Bakı” ilə səfər oyununa bir mütəxəssis gözü ilə baxmaq, yalnız bundan sonra danışıqlarda irəli getməyi düşünmüşdülər. Şəkildə görünən bu mütəxəssis sonradan Mstafa Denizlinin köməkçisi olacaq Oğuz Çetindir. Bu foto “Bakı”ya 3:0 məğlub olduğumuz həmin oyunda çəkilmişdi.

Hadisələrin sonrakı gedişi onu göstərdi ki, Con Toşak kimi dünya şöhrətli mütəxəssisin hər iki mənada, başı üzərindən oyuna baxmağa cürət edən Oğuz Çetin dahi mütəxəssisin komandanı düz oynatmaması və “Xəzər Lənkəran”ın o vaxtkı potensialının Toşakın oynatdığından daha böyük olması haqda xəbərlə Türkiyəyə qayıtmışdı. Çünki yalnız bundan sonra Con Toşak istefa verdiyini açıqlamış və Mustafa Denizli ilə danışıqlarda növbəti mərhələlər başlamışdı. İşinə məsuliyyətlə yanaşan Denizlinin istəyi ilə daha sonra Lənkəranla və komandanın şəraiti ilə yerində tanış olmaq üçün klubun sahibi tərəfindən xüsusi təyyarə ayırmaqla, şərait yaradılmışdı. O vaxt  Mustafa bəyə köməkçi olacaq Oğuz Çetin, məşhur tük futbol ulduzu İbrahim Üzülmez və Zafer Ögerin də adları çəkilirdi.

Denizli ilk defe LenkerandaDenizli_Cetin_Uzulmez

Sonradan İbrahim Üzülmezin və Zafer Ögerin komandaya gəlişi alınmasa da Oğuz Çetin öz yerini almışdı. O vaxtı biz “Oğuz Çetin də vəzir qismində payını aldı” başlıqlı yazı dərc etmişdik. İndi məsələ nədədir? Məsələ ondadır ki, o vaxtı bir oyuna gəlib baxmaqla (halbuki, oyunun videoyazısını da izləmək mümkün idi) Toşakın səhvlərini və komandanın daha artıq potensialını görən Oğuz Çetin, indi bütün günü komanda ilə birlikdə olmasına və yeni yüksək ödənişli transferlərlərlə güclənmiş komandada səhvləri görmür və daha artıq potensialını qiymətləndirmir? Görürsə, bəs nə üçün demir?

Öz aramızdır Mirça Rednikin uğurlarının əsas səbəblərindən biri də məşqçi heyətinin monolitliyinə nail olması idi.

14 Şərh yazıya: Bir fotonun əhəmiyyəti

  1. Vaqif Rəşidov

    Oxudum,yazı daha çox sual ortaya gətirir…Bəzi detallar bu yazıda ola bilsin nəzərə alinmayib.Amma…nədənsə “Alma almaya bənzər” filimindən “duz çörəy” epizodu yadıma düşdü.
    *****
    Vaqif bəy, düzü o epizod yadımda deyil. Amma “duz çörək” məsələsində mənə aid fikir varsa bu yanlışdır. Mən heç kimin yanında gözükölgəli deyiləm! Sadəcə qənaətlərim bu qədər idi.

     
    • Vaqif Rəşidov

      )))….Məni düz başa düşmədiz!!!…Mən bu məsələni sizin üçün gətirmədim!!!…
      *****
      Onda üzrlü hesab edin!

       
  2. Rakif Eliyev

    Qetiyyen razi deyilem..Ilk olaraq deyim ki,komandanin mesqlerine gedib baxmaqla bir cox qenaete gelmek mumkundur.Bele ki,bu mesqler 70-ci illerin futbolunun iyini,sonra dadini verir.monoton ve menasiz. Azal uzerinde 0-2 den sonra kobud ve usaq taktiki sehvleri eden de Denizli idi.Butun dunyada iki top ferqi ile qelebeni elden vererken bas mesqci cavabdehlik dasiyir.Sizin mentiqle buna mesqcilik korpusuna duse bilmeyen Ibrhaim uzulmezin ve Zefer Oger gunahkardisa qoy olsun..Revan ile oyunda 0-1 den sonra 73 deqiqe 8 futbolcu ile cerime meydancasinin daxilinde mudafieye cekilen de Denizliidi.Gorduyum qederi ile ehtiyat oyuncular skamyasinda Denizli durmusdu,Yene oyun planinda taktiki sehvler ve meglubiyyet.Sizin mentiqle buna Denizlinin yaninda hec bir soz sahibi olmayan ve meslehetlesmeye bele yaxin buraxilmayan Emin Quliyev ve ya Hafiz Eliyev gunahkardisa olsun. Denizliye kimse soz deye bilmir ve boyuk Mensimov dan basqa da kimse deye bilmez.Burda butun gunah mehz ele 5 milyon pul alan Denizlidedir.Mario Souzani ,,sen niye mene Elias kimi futbolcunu teqdim etmemisen?sen nece menecersen?,,deyende Souza cavab verib ki,,o,iki ildir formasindan uzaqdir.Eliasa bu qeder pulk vermeye deymez.,,Amma Denizli Eliasi 1 milyon 300 mine aldi ve indi ehtiyatda otuzdurur.Sizin mentiqle buna resmi fan klubun rehberi gunahkardir.Qoy olsun…
    *****
    Siz, bizim məntiqi tuta bilməmisinizsə, onda biz günahkar deyilik. Denizli günahkardırsa, yazının əvvəlində göstərilən oyunları necə udurdu? Həmin dövrdə komanda necə əzmkarlıqla mübarizə aparırdı! Yaxşı, indi sizin düzgün olan məntiqinizlə buna necə cavab vermək olar? Bir də ki, bizim bilmədiyimiz qiymətləri açıqladığınız üçün sizə minnətdarıq. Maraqlıdır bu qiymətlər dəqiqdir, yoxsa siz bunları haradan bilirsiniz? Komandada işləyirsinizsə və belə dəqiqliklə qiymətləri bilirsinizsə, belə reaksiya vermək onda təbiidir. Bəlkə də söz hədəfə dəyib.

     
    • R.S.

      Məncə Rakif bəy sizin fikrlərinizi ya düzgün analiz etməyib ,ya da özününə lazım olan formada yozdu .Çünki həmişə qara fikirli insanlar ,düzgün fikrləri özlərinə sərf edən , öz niyyət və məqsədlərinə uyğun olan tərəfə yönəldirlər .

       
    • Zəfər Lerikli

      Yazima cavab verməsənizdə olar.Amma oxuyandan sonra silməsənizdə qorxum heç kimdən yoxdur.Mən azarkeş kimi haqqin tərəfindəyəm.Bəs edər daha kimlərəsə…..

      Yazan qələminə qurban Mirhafiz bəy!Daha sisə deyiəcək minnətdarliqimdan başqa bir canim fədadir.Klubun rəsmi adamlari saytda kimisə nişan alirlar,çunki onlar kimdənsə bəlkədə pul alirlar.Mənim bir yazima gorun necə reaksiya verdilər.Bunlari başa duşmək asandir lakin bunlari uzə çixartmaq çətin idi.Saq olun ki. duzgun yazmisiniz amma özunuzun sağlamliğinizi qoruyun.İnanin ki, bunlarin axirina az qalib.

       
      • Zəfər Lerikli

        Daha doğrusu rəsmi xəyanətkar adamlarla əlaqədə olanlar —demək istəmişəm.

         
  3. R.S.

    Mirhafiz bəy, yadınzdadırsa bir zarafat da etmişdik ki, Vəzirin sui-qəsd məsələsi. Bəlkə fərziyyələr həqiqət olur? Bəlkə ,düzgün mülahizə yürütmürəm. Amma bu yazı nəsə, belə qənatə gəlmək imkanı verdi.
    *****
    Biz fikirlərimizi deyirik, qənaətə gəlmək azadlığı oxucuya məxsusdur. Siz oxuculuqdan başqa həm də fəal məntiqi müzakirələr ustasısınız.

     
    • R.S.

      Sizin kimi bir insandan belə dəyər aldığıma görə sevindim .Buna görə təşəkkerlər!
      Bir söz deyim ki yazıda hər şeyi çox ardıcıllıqla və aydın şəkildə yazmısınız ki ,bunu üçün ancaq qalır ki saf və təmiz niyyətli olub yazını oxuyub müzakirə edəsən.Məkr və və qərəz belə yazının tam mənasını anlamğa imkan vermez heç vaxt. Allah belələrini Sizdən və bizlərdən uzaq etsin !!
      *****
      Təşəkkürlər!

       
  4. mavrib322

    Her vaxtiniz xeyirli olsun!
    Doctor gozel yaziya gore size minnetdaram.Her seyi detallari ile izah etmisiniz.Qaldi ki Rakif beyin MENTIQ li sherhine bu yanashma ele Rakif beyin ozune mexsusdu.Her kesin oz fikri var eyni zamanda da Rakif beyin.Rakif bey sizin mentiqiniz mentiqsizliye daha cox aparir.Amma bele bir deyim var “od olmayan yerden tustu cixmaz” ve ya əlaqəli əlaqəsiz “soğan yeməmisənsə bəs niye için göynəyir”
    *****
    Sizin də hər vaxtınız xeyirli olsun, təşəkkür edirəm!

     
  5. Qabil

    Salam, Mirhafiz müəllim! M.Dənizlinin komandanı yeni qəbul etdiyi vaxtlarda komandasına ardıcıl xallar qazandırması bizi xeyli ümidləndirsədə, az sonra vəziyyətin tam əks istiqamətə dəyişməsi müxtəlif suallar doğurur. Qış fasiləsindən sonra üç liderdən 7-xal alan Dənizlinin “İddiamız birinci üçlükdə yer almaqdır” deməsiylə, 4-5 oyundan sonra isə “Çempionatda iddiamız qalmayıb” deməsinin arasında bir “uçurum” əmələ gəldi. Səbəbini isə M.Dənizli bilməmiş deyil. Maraqlısı odur ki, klubdan göndərilən baş məşqçilərin heç biri(M.Rednikdən başqa) müəmmalı səbəblərdən bir kəlmə də söz açmırlar. İndi M.Dənizli də öz vəziyyətin ixeyli qəlizləşdirib.Komandanın son 4-5 turda məğlub olduğu oyunlara nəzər salsaq, start heyətin düzgün seçılməməsini, əvəzetmələrin vaxtında və keyfiyyətli oyunçularla əvəzlənməməsinin şahidi olmuşuq. Axı Qliqorova, Tounkaraya, Nildoya, Benuahiyə nə qədər güvənmək olar? Dənizli güvənə-güvənə çenpionatın üzərindən xətt çəkdi, yubiley ilində ümid qalıb kuboka…
    *****
    Sizə də salam olsun, Qabil bəy! Denizli əlbəttə bu fikirləri özlüyündə müzakirə etməlidir.

     
  6. Demir Agaci

    Heqiqeten nece olur axi bu ? Yene muemma… Siz dediyiniz kimi, evvel yaxshi oynayasan sonnra oynamayasan..bu nece olur ? Niye Pit, Blajevski, Elias oynamadi ? Zedelidirler beyem ?
    Mustafa bey ve Oguz bey goresen seckilere gore getdiler Turkiyeye, yoxsa patronla gorusmeye ?

    Bize (men ozumu daxil etmirem, buna layiq deyilem), gozel sadiq lenkeran azarkeslerine, qelbi doyunen, gozleri yasaran insanlara bunlari yasadirlar…biz buna layiq deyilik…Yadima sizin meqaleniz dusdu…Qaytarin bize kohne Xezerimizi…Allah komeyimiz olsun.Amin

     
  7. MALIK

    Men onu bilirem ki MIRHAFIZ-beyin yazilari mentiqziz ola bilmez sadece duz oxumaq lazimdir.Ve o, butun azerkesler kimi sade ve sadiq azerkesdir.
    *****
    Diqqətinizə görə sağ olun, Malik bəy! Belələrinə dahi şair M. Ə. Sabirin bir şeirini xatırlatmaq yetər:
    Nə yazım?
    Şairəm, çünki vəzifəm budur əşar yazım,
    Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
    Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
    Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
    Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
    Yoxsa bu ayinədə əyri görürsən özünü?!

    Şərə məşğul edərik xatiri-qəmmayilimi,
    Qoyuram qənşərinə kağızımı, çernelimi,
    Gəlirəm yazmağa bir kəlmə, – tutarsan əlimi,
    Qorxuram, ya nə üçün, – çünki kəsirsən dilimi!
    Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
    Hələ gördüklərimin dörddə birin yazmayıram!

    Hələ mən dörddə birin yazmayıram, karına bax,
    Üstümə gündə söyürsən bu qədər, arına bax,
    Özün insaf elə, əfkarına, ətvarına bax!
    Istəmirsən yazam? Öz eybli kirdarına bax!
    Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
    Özünü, həm məni bu barədə diltəng eləmə!

    Görür ərbabı-qələm qayeyi-amalınızı,
    Məndən artıq yaza bilməkdə ikən halınızı, –
    Yazmır onlar dəxi on dörddə bir əfalınızı,
    Özünüzsüz olara yazdıran əhvalınızı…
    Yoxsa bu eybdən aləmdə mübərradır olar,
    Boylə alçaq yazıdan min kərə əladır olar!

    Necə mən dörddə birin yazmağa əymən deyiləm,
    Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;
    Sən əgər söz verəsən: “Qorxma, qıl əhvalı rəqəm”,
    Vazi-halın yazılarsa zili-zilu bəmi bəm,
    Elə bir halə düşərsən ki, tükün biz-biz olar,
    Əyninə geyməyə şey tapmasan, astar üz olar!

     
    • R.S.

      SAğ olun Mirahiz bəy . bunu şeiri yada saldığınıza görə Doğurdan bu dahilikdir elə bilki bu vəziyyəti görüb Sabir, sanki sizin dilinizdən yazıb.
      *****
      Doğurdan da Mirzə Ələkbər Sabir dahidir və ölməzdir. Nə qədər ki, insan övladı var, böyük Sabirin yaratdığı əsərlər heç vaxt ölməyəcək. Çünki insan övladı az-çox pis xislətindən qurtula bilmir. Təəssüf ki, M. Ə. Sabirin şeirləri getdikcə aktuallıq qazanır. Bu da ondan irəli gəlir ki, bir qrup bəşər övladı zamanı, öz növbəsində və nəticədə, zaman bəşər övladlarının qalan hissəsinin əksəriyyətini pis günə qoyur.

       
  8. Pingback: Çe(ə)tinmi “asanxidmət”? | Bosman.Az

Şərh əlavə et


doqquz − = 5