Buradasınız Əsas » Xəbər
  • Bookmark and Share

Xəbər

“İşləməkdən qorxmuruq, təki “Xəzər Lənkəran” qayıtsın”

“Cənub futbolu : resurslar,imkanlar və reallıqlar” layihəsinin icrası davam etdirilir. Bu dəfə iki dönəm “Xəzər-Lənkəran”ın baş məşqçisi olmuş və kluba ilk çempionluğunu qazandırmış Ağasəlim Mircavadovla həmsöhbət olmaq qərarına gəldik.   – Ağasəlim müəllim, cənub futbolu Azərbaycan futbolu üçün nə deməkdi? – Cənub futbolu Azərbaycan üçün çox vacibdi. Orada futbola başqa cür yanaşırlar. Hər kəs futbolla yaşayır. Cənubda futbol Davamını oxu

20 (Qara) Yanvar

   Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan Davamını oxu

Vaqif Rəşidov-44 Təbrik Edirik!

Bu gün artıq fəaliyyətini dayandırmış klub olan “Xəzər Lənkəran” camiəsində çox yaxşı tanınan Vaqif Rəşidov 44-cü doğum gününü qeyd edir. Vaqif bəy haqqında çox danışmaq olar. Onun Lənkəranda öz hesabına keçirdiyi bir neçə mühüm mini futbol turnirləri gənclərimiz arasında idmanın təbliği və gənclərimizə sağlam yolun göstəricisi, mayakı rolunu oynaması elə əsl bir vətənpərvərliyin göstəricisidir. Beləliklə, Davamını oxu

Müqəddəs Qurban Bayramınız mübarək!

Bu günlər dünya müsəlmanlarının Böyük Həcc Ziyarətini yerinə yetirdikləri gündür. Bu da o deməkdir ki, müsəlman aləmində Mübarək Qurban Bayramı qeyd olunur. Bu bayramda Allah İbrahim peyğəmbərin duasını qəbul etmiş ona İsmayıl kimi bir övlad bəxş etmiş və İbrahim peyğəmbərin andına  sadiqliynin mükafatı olaraq, Ona bir Qoç göndərmiş və İsmayılı yox, bu qoçu qurban kəsməyi Davamını oxu

Əvvəlki hərarətlə: Doğum günün mübarək, Rahid!

Bu gün Əfsanəvi Kapitan adlandırdığımız Rahid Ələkbər oğlu Əmirquliyevin doğum günüdür. Rahid Əmirquliyev 1 sentyabr 1989-cu ildə Azəbaycanın Qusar rayonunda anadan olub. Futbolçu həyatına da bu rayonu təmsil edən “Şahdağ” komandasında başlayıb. Belə ki, yarımmüdafiəçi olan Rahid Əmirquliyev 2003-2006-cı illər doğma rayonun komandasında 15 oyun keçirib və 3 qola imza atıb. Bundan sonra “Xəzər Lənkəran”ın Davamını oxu

Fransa-2016; Finalın adı, Portuqaliya-Fransa və Portuqaliya Çempion!

Bu gün futbolsevərlərin daha bir futbol bayramı başlayır. Fransa-2016 sayca 15-ci Avropa çempionatıdır. 2016-cı il Avropa Futbol Çempionatı əvvəlkilərdən fərqli olaraq ümumi sayı 16 deyil, 24 milli komanda arasında keçiriləcək. Bu qitənin 53 futbol federasiyasının qərarı ilə yeni formatda keçirilir. Fransa-2016 dediyimiz kimi tarixdə ilk dəfə olaraq 24 komanda arasında keçiriləcək ki, bu da final Davamını oxu

Məhəmməd Əli 74 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin!

Bu gün dünya idmanına və boks aləmi həmçinin də müsəlman düşərgəsinə böyük itki üz vermişdir. Məşhur və əsl adı Kassius Marsellus Kley, yəni sonradan İslamı qəbul edərək adını da İslam aləminin ən böyük şəxsiyyətlərinin adı ilə dəyişmiş Məhəmməd Əli vəfat edib. Bu acı xəbər həm idman, həm də müsəlman aləmini sarsıdıb. Allahdan ona rəhmət diləyir Davamını oxu

Etibar Cəbrayıloğlu: Hakimin sözü iki olar…

Su axdı, çuxurun tapdı. Çempionumuz da, medalçılarımız da bəlli oldu. Son illərdə əlimizdəki-ovcumuzdakı futbolu Avropada layiqincə təmsil edən, Çempionlar Liqasının qrup mərhələsinə düşməyi bacaran, “Rəvan”a məğlub olan “Qarabağ” yenə heç kimi yaxına buraxmadı. Qurban Qurbanovun “köhlən atlıları” adına premyer-liqa dediyimiz yarışın qalibi oldu, yolüstü kuboku da götürdü. “Neftçi” yenə başqalarının hesabına Avroliqaya vəsiqə qazandı. Baba Davamını oxu

28 May – İstiqlal gününüz mübarək!

Bu gün Azərbaycanın milli bayramı – Respublika Günü qeyd olunur. 98 il əvvəl Müsəlman Şərqində ilk Demokratik Respublika məhz Azərbaycanda qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə ulu öndər Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində Davamını oxu

Təəssüf, Gəmi qərq oldu

“Xəzər Lənkəran” Futbol Klubunun bəyanatı. “Xəzər Lənkəran” Futbol Klubu ictimaiyyətin diqqətinə çatdırır ki, fəxri prezident cənab Mübariz Mənsimovun başçılığı ilə klub rəhbərliyinin iclası keçirilmişdir. İclasda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunmuş, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilmişdir. İclasın yekununda qərara alınmışdır ki, “Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan Davamını oxu