Buradasınız Əsas » Təqvim » Ölkə cempionati
  • Bookmark and Share

Ölkə cempionati

XXXV tur, Hakimlər, Stadionlar və Canlı nəticələr

Bilirik ki, bizim üçün nə titul, nə də Avropa baxımından əhəmiyyəti qalmayan bu mövsümdə artıq sonuncudan əvvəlki tur oynanılır. “Xəzər Lənkəran” bu XXXV turda Zaqatala şəhərində yerli “Simurq”un qonağı olacaq. Turun bütün oyunları bu gün saat 18:00-da eyni vaxtda start götürəcək. “Simurq” – “Xəzər Lənkəran” oyununu CANLI İZLƏmək mümkün olacaq ki, bu mənada “Simurq” klubu Davamını oxu

XXIX tur, Hakimlər, Stadionlar, Canlı nəticələr

Bu gün futbol üzrə ölkə çempionatında XXIX tur start götürür. XXIX tur iki gündə keçiriləcək ki, bunlardan üç oyun bu günə və qalan digər iki oyun da sabaha planlaşdırılıb. Belə ki, XXIX turun ilk oyun günündə “Rəvan” – “Sumqayıt”, “Xəzər Lənkəran” – “Qəbələ” və AZAL – “Qarabağ”  komandaları qarşılaşacaqlar. İkinci oyun günü sabah 06. 04. Davamını oxu

XXVII Tur, Stadionlar, Hakimlər, Canlı nəticələr

Bu gün “Xəzər Lənkəran” XXVII turda öz meydanında Zaqatala təmsilçisi “Simurq”u qəbul edir. Oyun yalnız internet kanalı olan “Xəzər Lənkəran-TV” vasitəsi ilə canlı yayımlanacaq. Canlı yayım isə bu gün oyunun başlayacağı saatda, yəni 16:00-dan etibarən olacaq ki, azarkeşlərimiz üçün keçid linki təqdim edirik: Buradan izlə-1 Buradan izlə-2 Turun qalan oyunlarını da nəzərinizə çatdıracağıq. Canlı nəticələri Davamını oxu

XXVI Tur, Sumqayıtdan üç xalla, özü də minimalla, onu da bir penalla, Zəfər bəy bu minvalla

XXVI tur “Xəzər Lənkəran” Sumqayıt şəhərinin eyniadlı komandasınım qonağı oldu. Bir neçə tur idi ki, rəqiblərimizin xal itkisinə baxmayaraq, yaranmış olan münbit şəraiti komandamız dəyərləndirə bilmirdi və ardıcıl heç-heçələr və məğlubiyyətlərlə özü də xeyli xal itkisinə məruz qalırdı. Bu tur Sumqayıt səfərindən minimal hesablı qələbə ilə buna nəhayət ki, son qoya bildik. III dövrənin üç Davamını oxu

“Gənc Sələflər və Xələflər”ə qarşı “Xəzər Lənkəran” Statistikası

Premyer Liqanın XXVI turu çərçivəsində “Xəzər Lənkəran” səfərdə “Sumqayıt” klubu ilə qarşılaşacaq. Statistik hesablamalara görə bu qarşılaşma komandamızın Sumqayıt şəhərini təmsil edən futbol klubları ilə ümumilikdə 21-ci matçı olacaq. Qeyd edək ki,  2004-cü ildən bəri “Xəzər Lənkəran” komandası Sumqayıtın “Gənclərbirliyi”, “Standard”, “Sumqayıt Şəhər” və “Sumqayıt”  klubları ilə üst-üstə 20- dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 13-də qalib gələn Davamını oxu

“Rəvan” 2 – 1 “Xəzər Lənkəran” və XXV tur canlı nəticələr (Yeniləndi)

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilir. XXV turun üç oyunu bu gün, qalan iki oyunu isə sabah keçiriləcək. Xatırladaq ki, doğma “Xəzər Lənkəran” bu turda “Rəvan”ın qonağı olacaq. Matç saat 15:00-da “Bayıl Arena”da start götürəcək. Bu günün digər iki qarşılaşmaları isə AZAL – “Simurq” və “Sumqayıt” – “İnter” arasında olacaq. Sabah isə Davamını oxu

“Qarabağ”dan centlmenlik

Premyer Liqanın XXV turunda “Rəvan”la səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” martın 6-da saat 11:00-da T.Bəhramov adına Respublika stadionunun süni örtüklü meydançasında məşqə çıxıb. Məlumata görə həmin vaxt eyni məkanda “Qarabağ” klubunun hazırlığı planlaşdırılsa da Ağdam təmsilçisi lənkəranlı qonaqlara hörmət əlaməti olaraq məşq planını dəyişib və öz yerini “Ağ-yaşıl”lara verib. Zədəli Rahid Əmirquliyev və Rasim Ramaldanov hazırlıq prossesini Davamını oxu

Ciddi itkilərlə matç öncəsi son məşq. “Xəzər Lənkəran” – “İnter” və turun nəticələri (Canlı Yayım)

Sabah (bu gün, 28. 02.2014) öz meydanında Bakının “İnter” komandasını qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını bu gün tamamlayıb. Komandamız Lənkərandakı bazasının ehtiyat meydançasında matçöncəsi son məşqə ciddi itkilərlə çıxıb. Belə ki, Rahid Əmirquliyev, Rasim Ramaldanovla yanaşı əsas heyətin digər daim üzvləri olan Etame Mbilla və Adrian Skarlatakedə komanda ilə birgə məşqə qatıla bilməyib. Bir saat Davamını oxu

XXIII tur Oyunları, Hakimlər, Stadionlar, Nəticələr (Yeniləndi)

  Qəbələ 0-0 Rəvan 23.02 13:00   Hakim: Elvin Əsgərov – Stadion: Qəbələ şəhər stadionu AZAL 2-2 Xəzər Lənkəran 23.02 17:00   Hakim: Əliyar Ağayev – Stadion: AZAL Arena Qarabağ 0-0 Simurq 23.02 17:00   Hakim: – Stadion: Tofiq Bəhramov adına Respublika stadionu Sumqayıt 2-0 Neftçi  23.02 15:00   Hakim: Rauf Cabbarov – Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər Davamını oxu

Etame Mbilla: Bundan sonra da belə olacaq

Topaz Premyer Liqasının XXI turunda “Qəbələ”nin qonağı olan “Xəzər Lənkəran” 3:2 hesablı əzmkar qələbə qazandı. Cənub təmsilçisinin heyətində dubl edən Etame Mbilla oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb. – Qazandığınız çətin qələbə barədə düşüncələrini bilmək maraqlı olardı… – Gördüyünüz kimi, çətin qarşılaşma oldu. “Qəbələ”nin güclü rəqib olduğunu bilirdik. Turnir cədvəlində liderlər qrupunda məskunlaşıblar. Üstəlik, Davamını oxu