Buradasınız Əsas » Xəzər Lənkəran » Aşağı yaş qrupları » Bir daha Elnur Cəfərov
  • Bookmark and Share

Bir daha Elnur Cəfərov 

elnur ceferov_3

Elnur Cəfərov ”Beşiktaş”a da ”rəhm” etmədi

U-17 nin əsas qol ümidi, iştirak etdiyi bütün turnirlərdə Azərbaycan millisinin qol silahı olan Elnur Cəfərov yenə “dinc” dayanmayıb. “Xəzər Lənkəran” klubunun yetişdirdiyi istedad komandamızın düşərgəsini iki gün öncə tərk edib yenidən U-17 millimizin düşərgəsinə yola düşüb və Azərbaycan millisinin İstanbul toplanışı çərçivəsində keçirdiyi ilk oyunda “Beşiktaş”lı həmyaşıdları ilə keçirilən matçda Elnur növbəti qolunu vurub. 1:1 hesabı ilə başa çatan matçda “Xəzər Lənkəran”lı forvard yenə də öz oyunu ilə diqqət mərkəzində olub.
Mənbə: lankaranfc.com

Şərh yazıya: Bir daha Elnur Cəfərov

  1. Qabil

    ADMİN qardaşa səmimi salam! Elnur, Kamran və Kazımı “Xəzər Lənkəran”ın əsas heyyətində görəndə çox sevinirəm. Çünki bu uşaqları Lənkəran uşaq-gənclər idman məktəbindən, futbolun sirrlərini təzə-təzə öyrənən vaxtdan izləyirəm. Onların ilk məşqçisi Bəxtiyar Mirsadıqov həmişə deyərdiki, bu uşaqlardan yaxşı futbolçu olacaq. İndi görürəm onlar Bəxtiyar müəllimin zəhmətin yerə vurmadılar, irəli getdilər. ALLAHIN nəzəri üstlərindən əskik olmasın, çünki onlar “Xəzər Lənkəran”ımıza lazımdır!
    *****
    Biz də sizi xüsusi salamlayırıq. Həssas mövzuların müzakirəsində yaxından iştirak etdiyinizə görə təşəkkür edirik. Yazdığınız qısa, lakin tarixi bir arayışla həqiqətlərin tarixə çevrilməsində rol oynadınız Bu olduqca böyük və savab işdir. Təşəkkürlər, Qabil bəy! Çünki futbolçu məşhurlaşdıqca , gələcəkdə çox müəllim çıxır ki, o mənim tələbəmdir.

     

Şərh əlavə et


− yeddi = 0