Buradasınız Əsas » Xarici Futbol » Dünya Çempionatı » 14-cü dünya çempionatı 1990, İtaliya (VİDEO və Sxematik)
  • Bookmark and Share

14-cü dünya çempionatı 1990, İtaliya (VİDEO və Sxematik) 

Italiya1990_Football_World_Cup_logo

Dünya çempionatı maraqlı hadisələrlə zəngin oldu. Çempionatda ilk turdan etibarən sensasiyalı nəticələr qeydə alındı. Turnirdə yenə 24 komanda iştirak edirdi. Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi formalaşdırılmışdı:

 

1-ci qrup:

İtaliya, Çexoslovakiya, Avstriya, ABŞ

 

2-ci qrup: 

Kamerun, Rumıniya, Argentina, SSRİ

 

3-cü qrup: 

Braziliya, Kosta-Rika, Şotlandiya, İsveç

 

4-cü qrup: 

AFR, Yuqoslaviya, Kolumbiya, BƏƏ

 

5-ci qrup:

 İspaniya, Belçika, Uruqvay, Cənubi Koreya

 

6-cı qrup:

İngiltərə, İrlandiya, Hollandiya, Misir

 

Yuxarıda qeyd etdiyimiz kimi çempionat sensasiyalarla zəngin oldu. Elə birinci turda dünya çempionları-argentinalılarla, Afrika təmsilçisi-Kamerunkomandalarının görüşündə
Omam Biyikin vurduğu tək qolla ikincilər qalib gəldilər. Bu nəticənin təsadüfi olmadığını afrikalılar növbəti turda rumınları 2-1 hesabı ilə məğlub etməklə sübut etdilər. Qrupun axırıncı oyununda SSRİ komandasına uduzsalar da (4-0) kamerunlular növbəti mərhələyə yüksəldilər. Sovet futbolçuları əvvəlki turlarda Argentina və Rumıniya komandalarına eyni hesabla (0-2) məğlub olmuşdular və sonda iki xalla qrupda sonuncu oldular. Qeyd edək ki, bu, futbol üzrə SSRİ yığma komandasının dünya çempionatlarında ən pis nəticəsi idi. Əvvəlki çempionatda olduğu kimi 6-qrupun hərəsindən ən yaxşı iki kollektivlə yanaşı qruplarda 3-cü yer tutan və göstəriciləri daha üstün olan 4 komanda da növbəti
mərhələyə yüksəldi. Bundan sonra 1/8 və ¼ final oyunları da gərgin və maraqlı keçdi.

Daha sonra hər iki yarımfinal oyununun əsas və əlavə vaxtı eyni hesabla başa çatdı: İtaliya-Argentina və AFR-İngiltərə 1-1. Oyundan sonra təyin edilən 11-metrlik zərbələri argentinalılar və almanlar daha yaxşı yerinə yetirdilər.

Final görüşü sönük keçdi və oyunun 85-ci dəqiqəsində argentinalıların qapısına  təyin olunan 11-metrlik zərbəni Breme dəqiq yerinə yetirdi və bu yeganə qol almanları dünya çempionu etdi.

Üçüncü yer uğrundakı oyunda, çempionluğa əsas namizəd hesab olunan İtaliya komandası ingilisləri 2-1 hesabı ilə məğlub etdi.  

*************************

Daha sxematik olaraq bax

*************************

Video izlə

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


6 + səkkiz =