"12-ci oyunçu" nun və "Bosman" fanklubunun "Xəzər Lənkəran" klubuna müraciəti

 “12-ci oyunçu” azarkeş qrupunun və “Bosman” fanklubunun “Xəzər Lənkəran” klubunun Rəhbərliyinə və Məşqçi-Futbolçu heyətinə
 
                                                                                                                                            MÜRACİƏTİ                      
23 May 2010-cu ildə, 18-ci Azərbaycan kubokunun finalında, “Bakı” və”Xəzər Lənkəran” arasında keçirilmiş matçda beynəlxalq futbol qurumları olan FİFA və UEFA nın, həmçinin yerli futbol qurumu olan AFFA nın ən böyük tövsiyyələrindən biri olan və bütün dünyanın stadionlarını bəzəyən “Fair Play” qaydaları “Bakı” klubu tərəfindən kobud şəkildə pozulmuşdur. Həmin pozuntunun nəticəsində qapımıza qol vurulmuş və əslində əlavə edilmiş vaxtı da 1:1 bitəcəyi həmin matç, bu qayda pozuntusunun hesabına kuboku onlara qazandırmışdır. Burda bizim nə hakimə, nə də qeyri qayda pozuntularına heç bir iradımız yoxdur. İradımız yalnız “Fair Play” qaydalarını bilməyən və ya saya salmayan “Bakı” klubunadır.
Sizlərə müraciət etməyimizin səbəbi, “Bakı” klubu ilə keçiriləcək  gələn çempionat vəya hər hansı rəsmi matçda ilkin düşən imkandan istifadə edib, “Fair Play” qaydalarını pozaraq, onların qapısına qol vurulmasına nail olmaq (Düzdür “Xəzər Lənkəran” olaraq belə hallar bizlərə yad olsa belə), lakin sonradan “Fair Play” qaydalarına hörmət əlaməti olaraq, qapımızdan qol keçirmələrinə şərait yaradaraq ədaləti necə bərpa etməyin yolunu bir centlmen “Xəzər Lənkəran” olaraq onlara sübut etməyinizi xahiş edirik. Bununla da Azərbaycanda “Xəzər Lənkəran” olaraq, bir “Ayaks” nümunəsini digərlərinə sübut etmiş olarıq.
Bütün centlmen qaydalarına hörmətlə: “12-ci oyunçu” azarkeş qrupu və “Bosman” fanklubu
 
Arxiv: Bosman.at.ua