Buradasınız Əsas » Xəzər Lənkəran » Əvəzedicilər » Əvəzedicilərimizin Zaqatala bərabərliyi
  • Bookmark and Share

Əvəzedicilərimizin Zaqatala bərabərliyi 

Top torda

Bu gün əsas heyətlər arasında keçiriləcək XXXV tura, dünən əvəzedicilərin uyğun qarşılaşmaları ilə start verilib. “Xəzər Lənkəran”ın əvəzediciləri “Simurq”un uyğun heyətinin qonağı olub. Komandamız 33-cü dəqiqədə Bəhruz Teymurovun vurduğu qolla irəli keçməyi bacarıb. Lakin birinci hissənin artırma dəqiqələrində ev sahibi olan “Simurq”lu gənclər Nicat Muxtarovun qolu ilə bərabərliyə seviniblər.

İkinci hissədə hər iki komanda çox çalışsa da səyləri nəticəsiz qalıb. Belədə hakimin final fiti ilə bu heç-heçə rəsmiləşib. Hakimlərə gəldikdə oyunu, Baş hakim: Ziya Nəsirov  idarə edib. ona baş hakimin köməkçiləri: Samir Ələsov, Murad Kərimov  kömək ediblər. Dördüncü hakim: Xəlil Xəlilov  isə öz işinin öhtəsindən gəlməyə çalışıb. Oyuna AFFA tərəfindən Hakim-inspektor: Əliyar Xanəliyev  göndərilib.

Şərh əlavə et


3 + səkkiz =