Əvəzedicilərimiz yenə meydandan tarazlıqla ayrıldı

Sabah keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” qarşılaşması yüksəlişdə olan komandamız üçün xal ehtiyatı baxımından böyük əhəmiyyətə malikdir. Həm də özümüzdən qabağa buraxdığımız “Bakı” klubuna qalib gəlməklə, üst pillələr baxımından bir neçə tur sonra özünü göstərəcək yüksəlişin açarı rolunu oynayacaq. Mövcud reqlamentə görə əsas komandaların görüşündən bir gün öncə,  həmin komandaların əvəzedici heyətləri görüşür ki, bu gün də “Xəzər Lənkəran”ın əvəzedici heyəti “Bakı” klubunun eyni əhəmiyyətli komandasını qəbul edib. XXII turun Lənkəranda keçirilən bu oyunu da şəhər stadionun ehtiyat meydancasında saat 14:00-da keçirilib.
Elə ilk dəqiqədəcə Ağabala Ramazanovun qolu ilə komandamız hesabda irəli keçib. Komandamız demək olar ki, oyun boyu bu hesabı qorusa da son dəqiqələrdə sayıqlığı əldən verərək, öz qapılarından buraxdıqları bir topla hesabda, tarazlığa gəlməyə məcbur ediliblər, 1:1.