Bu gün cənub bölgəsindən olan və Lənkəran futbolunun sadiq azarkeşlərindən sayılan və azarkeşlər arasında Zəfər Lerikli kimi tanınan Zəfər Xəlilov ömrünün 43-cü doğum gününü qeyd edir. Zəfər Xəlilov bölgəmizin futboluna cani-dildən bağlı olan bir insandır. Onunla şəxsən tanış olmasaq da qəribə virtual tanışlıq tarixçəsi var.
Belə ki, yadınıza gəlirsə, çempionatın “Xəzər Lənkəran” oyunları televiziyada başqa oyunlar translyasiya olunsa da nədənsə nə canlı, nə də videoyazı şəklində komandanın oyunları efirdən kənarda qalırdı. Zaman-zaman biz də belə oyun ların onlayn yazılı mətn şəklində digər dost sayt “12ci oyuncu.info” ilə birlikdə reportaj edirdik. Bu hələ o zamanlar idi ki, ölkədə simsiz internet şəbəkəsi inkişaf etməmişdi və stadionlardan ya rəsmi matç olsun, ya yoldaşlıq oyunu olsun və ya məşq belə olsun internetə birbaşa çıxış yox idi. Ona görə də biz stadionlardan mobil telefon vasitəsi ilə oyunun gedişini dost sayta çatdırır və onlar da canlı olaraq, stadiondan kənar qalan azarkeşləri intizardan qurtarırdıq.
Bunları ona görə xatırladırıq ki, Zəfər Xəlilov öz işi ilə bu layihələrə bir yenilik qatdı. Belə ki, saytımızla əlaqə saxlayaraq, televiziya ilə translyasiya olunmayan matçların stadiondan özü tərəfindən çəkilmiş videoyazısını ötürməyi təklif etdi. İlk işimiz fraqmentlərin videoyazısını dərhal oyundan sonra saytımızda təqdim etməklə başlamaq oldusa, sonradan bütün oyunun videoyazısını Zəfər müəllimin köməyi ilə əldə edərək saytımızda neçə-neçə reportaj verildi. Bu o qədər davam elədi ki, klubun internet saytı matçları təqdim etməyə başladı ki, bunda da kluba yeni mətbuat xidmətinə rəhbər təyin edilmiş Hüseyn Cəbrayıloğlunun rolu böyük idi.
Bundan başqa Zəfər Xəlilov həm “Bosman.az”-da, həm “12cioyuncu.info”-da zaman-zaman yazılarla çıxış etdi ki, bu yazılarında da komandaya nə qədər bağlı olduğunu və onun inkişafını arzuladığını hiss etməmək mümkün deyil. Zəfər bəyin fəaliyyətinə həm də komandanın indiki və keçmiş üzvləri ilə müsahibələr alıb saytımıza təqdim etməsi işi də əlavə olundu.
Bu sevgi dolu insanı ad günü münasibəti ilə təbrik edir və “Bosman” fanklubu adından uzun və sağlam bir ömür arzulayırıq.
“Bosman” fanklubu 04. 01. 2016