“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev növbəti yubileyinə hazırlaşır. Premyer Liqanın XXIX turunda “Qəbələ”yə qarşı oyuna çıxacağı halda komandamızın yarımmüdafiəçisi Premyer Liqada 200-cü dəfə “ağ-yaşıl” formanı geyəcək.
İndiyədək komandamızda hamıdan çox – 260 qarşılaşma keçirən orta sahə oyunçusu 199 dəfə çempionat görüşündə iştirak edib.
Komandamızdakı 8-ci mövsümünü keçirən kapitan buna nail olan ilk futbolçumuzdur.
Mövsüm | Oyun | Dəqiqə | Qol | Sarı | Qırmızı |
2006/07 | 17 | 801 | 5 | 1 | 0 |
2007/08 | 16 | 1103 | 1 | 2 | 0 |
2008/09 | 24 | 2017 | 4 | 3 | 0 |
2009/10 | 27 | 2236 | 1 | 5 | 0 |
2010/11 | 30 | 2548 | 0 | 4 | 0 |
2011/12 | 31 | 2790 | 5 | 5 | 0 |
2012/13 | 30 | 2629 | 1 | 5 | 0 |
2013/14 | 24 | 2037 | 0 | 6 | 0 |
Cəmi | 199 | 16161 | 17 | 31 | 0 |
Azərbaycan çempionatlarında 10-cu mövsümünü keçirən “Xəzər Lənkəran”ın 5 futbolçusu bu yarışda 100 oyun səddini arxada qoyub.
№ | Futbolçu | Oyun | Qol |
1 | Rahid Əmirquliyev | 199 | 17 |
2 | Radomir Todorov | 142 | 1 |
3 | Alim Qurbanov | 130 | 11 |
4 | Kamran Ağayev | 122 | -75 |
5 | Rəşad Abdullayev | 115 | 12 |
Mənbə: Lankaranfc.com
Salam, Müəllim! “Xəzər Lənkəran”da bəyəndiyim futbolçulardan biri də Rahiddir. Əxlaqı, tərbiyəsi ilə həmişə digərlərinə nümunə olub. Rahidin hazırda heyət uzvlərindən ən çox oyun keçirməsinə baxmayaraq indiyə kimi bir dəfə də olsun qırmızı vərəqə almaması onun futbolçu tərbiyəsinin nümunəsidir. Rahidin bir zəif xüsusiyyətin də qeyd etmək istəyirəm. Rahid bir lider, bir kapitan kimi meydanda baş məşqçinin verdiyi tapşırıqların yerinə yetirməsini komanda yoldaşlarından tələb etməlidir. Bir növ kapitan kimi oyunda dönüş yaratmağı bacarmalıdır.
Bu təyyarə də ,kaprizi olan uşağa ,hər dəfə nəsə oyuncaq alan valdeyin hərəkətinə oxşadı.Bu qədər də naz ilə oynamaq olar ?.
Qabil bey mende sizinle raziyam onda catismayan cehet birce budur. Bir nece ildir bu komandanin serefini qoruyursan Kulubunda sene simpatiyasi var Qarabagda Qurban Qurbanova niye torba tike bilmirer? ona gore ki RESAD Qurbanin dostudur hemde komandanin icinde agsaqqal. Rahidde kulubun problemlerini icden hell etmelidir..