XXIX tur Rahid və "Xəzər Lənkəran" üçün tarixə düşə bilər

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev növbəti yubileyinə hazırlaşır. Premyer Liqanın XXIX turunda “Qəbələ”yə qarşı oyuna çıxacağı halda komandamızın yarımmüdafiəçisi Premyer Liqada 200-cü dəfə “ağ-yaşıl” formanı geyəcək.
İndiyədək komandamızda hamıdan çox – 260 qarşılaşma keçirən orta sahə oyunçusu 199 dəfə çempionat görüşündə iştirak edib.
Komandamızdakı 8-ci mövsümünü keçirən kapitan buna nail olan ilk futbolçumuzdur.
 

MövsümOyunDəqiqəQolSarıQırmızı
2006/0717801510
2007/08161103120
2008/09242017430
2009/10272236150
2010/11302548040
2011/12312790550
2012/13302629150
2013/14242037060
Cəmi1991616117310

 
Azərbaycan çempionatlarında 10-cu mövsümünü keçirən “Xəzər Lənkəran”ın 5 futbolçusu bu yarışda 100 oyun səddini arxada qoyub.
 

FutbolçuOyunQol
1Rahid Əmirquliyev19917
2Radomir Todorov1421
3Alim Qurbanov13011
4Kamran Ağayev122-75
5Rəşad Abdullayev11512

 
Mənbə: Lankaranfc.com

3 thoughts on “XXIX tur Rahid və "Xəzər Lənkəran" üçün tarixə düşə bilər”

  1. Salam, Müəllim! “Xəzər Lənkəran”da bəyəndiyim futbolçulardan biri də Rahiddir. Əxlaqı, tərbiyəsi ilə həmişə digərlərinə nümunə olub. Rahidin hazırda heyət uzvlərindən ən çox oyun keçirməsinə baxmayaraq indiyə kimi bir dəfə də olsun qırmızı vərəqə almaması onun futbolçu tərbiyəsinin nümunəsidir. Rahidin bir zəif xüsusiyyətin də qeyd etmək istəyirəm. Rahid bir lider, bir kapitan kimi meydanda baş məşqçinin verdiyi tapşırıqların yerinə yetirməsini komanda yoldaşlarından tələb etməlidir. Bir növ kapitan kimi oyunda dönüş yaratmağı bacarmalıdır.

  2. Bu təyyarə də ,kaprizi olan uşağa ,hər dəfə nəsə oyuncaq alan valdeyin hərəkətinə oxşadı.Bu qədər də naz ilə oynamaq olar ?.

  3. Qabil bey mende sizinle raziyam onda catismayan cehet birce budur. Bir nece ildir bu komandanin serefini qoruyursan Kulubunda sene simpatiyasi var Qarabagda Qurban Qurbanova niye torba tike bilmirer? ona gore ki RESAD Qurbanin dostudur hemde komandanin icinde agsaqqal. Rahidde kulubun problemlerini icden hell etmelidir..

Comments are closed.