XXIX tur, Hakimlər, Stadionlar, Canlı nəticələr

Bu gün futbol üzrə ölkə çempionatında XXIX tur start götürür. XXIX tur iki gündə keçiriləcək ki, bunlardan üç oyun bu günə və qalan digər iki oyun da sabaha planlaşdırılıb. Belə ki, XXIX turun ilk oyun günündə “Rəvan” – “Sumqayıt”, “Xəzər Lənkəran” – “Qəbələ” və AZAL – “Qarabağ”  komandaları qarşılaşacaqlar. İkinci oyun günü sabah 06. 04. 2014-də baş tutacaq və “Simurq” – “İnter”-i, Neftçi”- “Bakı”nı qəbul edəcək.
Aşağıda PFL-ə məxsus XXIX turun qrafik formasında oyunların başlama saatı, stadionlar və hakimlər qeyd olunmuş tablo vasitəsi ilə sizə oyunların canlı nəticələrini çatdıracağıq. Çatdırılma forması isə saytımıza məxsusdur. Qeyd edək ki, bizim üçün ən maraqlısı XXIX turun “Xəzər Lənkəran” – “Qəbələ” oyunudur ki, bu oyunu canlı olaraq, “Xəzər Lənkəran-TV” internet televiziyası vasitəsi ilə izləyə biləcəyik. Saat 18:00-da başlayacaq bu oyunu izləmək üçün aşağıdakı linkləri təqdim edirik:
Buradan izlə-1 
Buradan izlə-2

Rəvan 1-1 Sumqayıt
05.04 17:00   Hakim: Orxan Məmmədov – Stadion: “Bayıl Arena” stadionu
Xəzər Lənkəran 1-0 Qəbələ
05.04 18:00   Hakim: Rauf Cabbarov – Stadion: “Xəzər Lənkəran” mərkəzi stadionu, ehtiyat meydança
AZAL 0-2 Qarabağ
05.04 17:00   Hakim: Ramil Diniyev – Stadion: “AZAL Arena” stadionu
Simurq 0-1 İnter
06.04 16:00   Hakim: Vüsal Əliyev – Stadion: Zaqatala şəhər stadionu
Neftçi 1-0 Bakı
06.04 15:30   Hakim: Əliyar Ağayev – Stadion: “Bakcell Arena” stadionu

16 thoughts on “XXIX tur, Hakimlər, Stadionlar, Canlı nəticələr”

  1. Bu uşaqlara hər dəfə nəsə almaq lazımdır ki qalib gəlsinlər .Gələn matça qədər qatar da almaq olar .AxI Lənkaranda Qatarla da getmək də mümkündür . Gecəqatara minərək gecə yüxüsünü da alıb .səhər doğma şəhərdə ola bilərlər ,bir növ istirahət etmiş olarlar.
    Necə təklifdi ?
    *****
    Gəlin bu təklifi səsə qoyaq, görək azarkeşlərimiz nə deyir?

    • Bu təklifdən sonra kim təminat verər ki bu uşaqlar sonra “Sehrli xalat” istəməzlər.Sonra İyoko babani hardan tapariq?-Bəlkə Toşaki bu dəfə “İyoku baba” kimi gətirək?-Necə təklifdi!?

        • Duzdur qardaş!-Tom və Cerri cizgi filminə bu gun evimizdə korpələr rahat baxdilar.Əhsən bu tv-lərinə.Korpələridə yaddan cixartmirlar.Əlbəttə bu fikrim canli yayimdan cox cizgi filminə oxşayirdi.

  2. Bəli səs verək ,amma bizim səsimizi eşidən kimdi,illərdi yazırıq yazırıq .dəyirmansa üyüdür . Bəlkə kuluba göndərək bu təklifi ,birdəfəlik uğursuzluqdan qurtaraq!? qalbiyyyətçin son şansdı , Mustafa müəllim də istefa verməz. Həm ziyarət, həm ticarət.
    *****
    Yox, əgər yazılmasaydı görən indi vəziyyət necə olardı? Bəlkə, bizlər elə yazmaqla vəziyyəti korlayırıq. Buna barədə azarkeşlərin fikri necədir görəsən?

    • Mirhafiz bəy siz yazın elə sizn yazdıqlarınızdan sonra dirçəlmə olub .Bu ümimi azerkeşlərə aiddir .Siz isə bir Mayksınız.Bu DəNizdə
      *****
      Əstəğfürullah, çox da tərifə layiq deyilik. Əslində sizlərin xidməti daha çoxdur.

  3. Salam MÜƏLLİM! R.S. qardaşın komanda üçün təyyarədən sonra qatar alınması təklifi yaxşıdır. Amma ərsəyə gəlməsi üçün xeyli vaxt aparacaq. Mən təklif edərdim ki, təyyarədən sonra gəmi alınsa məqsədəuyğun olar. Əksər oyunların Bakıda olmasını həzərə alsaq “Xəzər” Bakıya elə Xəzəri üzə-üzə getsə yaxşıdır. Həmdə ki, “Ağ-yaşıl”lara gəmi almaq “gəmiçi”lər üçün problemsiz bir işdir. Qənaətcillik baxımından gəmi çox da böyük olmayada bilər.
    *****
    Salam, Qabil bəy! Bu təyyarə olayından heç gözüm su içmir. Mustafa bəy oyunçuların oynamadığını görüb, “sizə təyyarə də ayırtdırmışam”-deməsi, ironiyaya daha çox oxşayır. Bu ironiyanı “12cioyuncu.info” saytı bir aprel zarafatı kimi yazdı. Sonra da “xəbəri bizdən alın!”-deyən saytlar, bir-bir bunu verdilər. İndi bu gəmi, qatar məsələsini təyyarə məsələsi düzələndən sonra edərik. Bir özünüz də diqqət edin. Azərbaycanın bu başından o başına bir neçə saatlıq yoldur, yəni günlərlə yol qət etmək lazım gəlmir, təxminən 600-800 km. Futbol şəhərləri isə lap yaxındır əsasən Lənkəran, Bakı, Qəbələ ən uzağı Zaqataladır ki, o da heç 450 km dən artıq deyil. Gəncədə, Tovuzda da futbolu öldürdülər, Naxçıvana irandan getməklə çox da uzaq deyil və sair. İndi buna görə təyyarə bizim nəyimizə lazımdır. Hər dəfə hava xətti almağa bilirsiz nə qədər vəsait lazımdır? Təyyarənin özünün qiyməti isə bir normal komandanın büdcəsi qədərdir. Eh, xəbərlər, xəbərlər… deməkdən başqa bir yolumuz qalmır ki, onu da təyyarəyə verək.

  4. XL bütün komandayla qapıya zərbə vurmağa tərəddüd sindromundan əzab çəkməkdə davam edir. Cərimə meydançası sərhədlərindən kənardakı mövqelərdən qapı istiqamətində zərbələr demək olar ki, tamamilə göndərilmir. Bu patologiya fiziki-psixoloği tədbirlər kompleksi tətbiq edilməklə təxirəsalınmaz müdaxilə tələb edir. Bu gün ayağına top düşən hər oyunçu “top məndən itməsin” variantını üstün tutub necə gəldi bu “şeytan kürəsini” gözünə birinci toxunan ağ-yaşıl geyimlinin istiqamətinə yollayır.

  5. Muəllim! Aciqi XL tv-nin son zamanlar canli yayimi məni bəzi araşdirma aparmağima məcbur etdi.Bu gun səhərdən bu işlə məşqulam.Ustream tv-yə necə canli yayim təşkili ilə maraqlandim.Geoqledən tutmuş bəzi saytlarda axtariş apardim və qənaətə gəldim ki bu ustream tv-də yayim etmək olar və tam bu xidməti pulsuz həyata kecirtmək mumkundur.Ustəlik telefonlada bu ustreamda canli yayim vermək olur.Bir qaliq internet məsələsi.Analizlərlə belə nəticəyə gəlmişəm ki XL tv-sinin əməkdaşlari Ustreamda video və səsi duzgun tənzimləməyi ya unudurlar yada bunu ozləri bilə-bilə edirlər.Sayta bu lingi gondərdim və həmin lingi yoxladim.Duşunurəm ki bəzi texniki işlərdə gorsəm istənilən yerdən (internet olmaq şərtilə) yayim təşkil etmək olar Səs və goruntudə oz yerində.Təşəkkur edirəm!
    *****
    Zəfər bəy, təşəkkür edirəm. Azarkeşlərimizi nəzərə alıb, araşdırmalar edib əziyyət çəkmisiniz. Onu da deyim ki, xətsiz internet paketləri mövcuddur və yəqin ki, bu vasitələrlə yayım mümkün olan bir şeydir.

    • Muəllim cavab vermədiniz.Ustream işini tam həll etdim.bu dəqiqə evdən canli televiziya verilişini sayta birbaşa yayimlaya bilərəm.Elə stadiondanda.Deməli XL tv yoxdur və bizi aldadiblar.
      *****
      Sizin nə demək istədiyiniz tam aydın olmadı, Zəfər bəy. Axı, “XL-TV” oyunun canlı versiyasını verməkdə çətinlik çəkir. Bu aydındır və son oyunlarda demək olar bütün azarkeşlər kadrların donmasından, səs və görüntünün uyğun gəlməməsindən və ümumiyyətlə görüntünün bərbad olmasından şikayətlənirlər. Belə isə müəyyən videoçarxları tam normal hazırlayır və hətta deyərdim ki, peşəkarlıq da öz yerində. Buna münasibətinizi bilmək maraqlı olardı.

      • Muəllim burda qaranliq heç nə yoxdur.Belə ki oyun kamera ilə cəkilir və yaddaşa təmiz yazilir.Oyundan bitəndən sonra kameranin yaddaşindaki cəkilişlər tam təmiz olaraq qalir.-yəni təmiz və hazir olan lent.Maraqlisi odur ki canli yayim vaxti Ustreamda səs və göruntu profesional olaraq tənzimlənmir və ustreamda da texniki problamlər yaranir.Əgər səs normaldan azca çox verilsə “pamex” verir və əcaib səslər yaranir.Goruntu işiqlanmasida elə o cur.Yəni goruntu tam aciq və qaranliq həmcinin normal verilə bilər.Burdada qeyri-profesiannalliq özunu görsədir.Xatirlayim ki belə bir televiziyani hər kəs yarada və yayimlayada bilər.Tam ucrətsizdir..yəni yayim pulsuzdur.Bosman.az TV-niyə olmasin ki… Bir dəqiqəyə Bosman.az tv yaratmaq olar.Elə indi fəaliyyət görsədən” Xəzər lənkəran tv” kimi

        • http://www.ustream.tv/channel/vxcvxcv1
          Buyurun “Azarkeş kanali” adinda bir kanal yaratdim və sizə hər vaxt canli yayim gondərə bilərəm.Yalniz indi evdən komputyerin balaca kamerasi ilə nəyisə cəkib: məsələn istənilən televiziya verilişini canli sayta verə bilərəm.amma 2-3- saniyə fərq edə bilər.Deməli bu cox asandir və istənilən yerdə telefonla Komputerlə elə planşetlə kamera cəkilişini canli sayta vermək mumkundur.

          • İstənilən vaxtda test apara bilərik.Sadəcə həmin lingi acmağiniz tələb olunur.Mən isə yayim vaxtina bir dəqiqə qalmiş” start” duyməsini basmaqla siz cəkdiklərimi izləyə bilərsiniz.Bu qədər sadə
            *****
            Anlaşıldı, Zəfər bəy!

  6. Salam,Zəfər qardaşım! İnternet TV yayımı haqqında apardığın təcrübələr tam qanunauyğundur. “Ustream TV” elə pulsuz yayım üçün nəzərdə tutulub. Bir növ “Ustream TV” yaratdığın hər hansı bir internet TV-ni yayımlamaq üçündür. Bu sahədən xəbəri olan bir neçə nəfərlə söhbət etmişəm, onlar da eyni fikirdədirlər. Yayımda əsas rolu isə İnternetin ötürmə gücü oynayır. Məsələn “XL”-“Qəbələ” oyununa canlı yayımda yüz mindən çox kompüter eyni vaxtda “XL-TV”yə qoşulduğundan və internetin yayım gücü az olduğundan, yayım cizgi filminə dönəcək.

    • Qabil bəy! Belə bir televiziya yaratmişam.Artiq 12cioyunçu .info saytida belə bir televiziya yaratdi.Açiği mənim bu araşdirmalarimin xeyri dəyə bilər.Klub bunu həll etməsə azarkeşlər lap telefonla yayim təşkil edə bilər.İndi əsas məsələ You tube kanalini yaratmaqdir.Əgər hərəkət edən tapilmasa bunuda edərik.

Comments are closed.