"Xəzər Lənkəran"ın yubiley loqosu

Tarixinin 10-cu mövsümünü keçirən “Xəzər Lənkəran” Futbol Klubu 10 illik yubiley ilə əlaqədar hazırlanmış loqonu rəsmən təqdim edir. Növbəti il ərzində yubiley loqosu klubun təşkilatçılığı ilə keçirilən tədbirlər və oyunlar zamanı, multimedia platformalarında və həmçinin klubun rəsmi məhsullarının üzərində öz əksini tapacaq.
XL_10-illik-loqo
Mənbə: Lankaranfc.com

5 thoughts on “"Xəzər Lənkəran"ın yubiley loqosu”

  1. Bu loquda boşluq hiss edirəm.Ən azi 10-illik tarixin dövrunə aid bilgi olmaliydi və tarix ucun vacib idi.Xəzərin tarixi 19-cu əsrə gedir.-daha doğrusu Lənkəran futbolu.sabah Lənkəranda ikinci klub premyer liqada 5 il oynasa -onda oda 5 ili əhatə edən dövru qeyd edəcək amma hacan və hansi liqada oynamağina aid nəsə bir bilgi olmalidir.100-ildən sonra bu sənəd əsəri kimi köməyə gələcək.Bəlkə mən səhf edirəm…
    *****
    Çox düz deyirsiniz. Loqonu əhatə edən “sünbül saçağı” bir az bəsitdir. Yəni kölgə və sair verilməklə canlı göstərmək olardı. Bir də bu günə qədər qazandığımız titullar da az deyil. Bu 10 il ərzində qazanmış olduğumuz titullara, ölkə çempionluğu, bir neçə dəfə qazanılmış ölkə kuboku, Superkuboku və nəhayət birlik kuboku. Bütün bunların əksi bu loqoda yer alsa idi bu çox gözəl və canlı görünər, həmçinin bir ümumiləşdirilmiş tarixi əhatə edərdi. Yəqin ki, klub bütün bunları nəzərə alacaq.

  2. ANNİVERSAR-sözunun mənasi nədir?-Bəlkə loquda bu mənani başa duşmədiyimə görə qusurlu sayiram. “Azərbaycan cempianatinda 10-cu il!”-yazilsaydi başaduşulən idi.
    *****
    Yubiley loqosunun üstündə ingilis dilində yazılmış “10th ANNİVERSARY” yəni dilimizdə “10-cu İLDÖNÜMÜ” mənasını verir. Bunu Azərbaycan dilində də yazmaq olardı. Yəni ingiliscə yazılması da əslində qəbahət deyil. Çünki futbol beynəlxalq oyundur və “Xəzər Lənkəran” beynəlxalq aləmdə ölkəmizi eyni zamanda şəhərimizi təmsil edr. Həm də ola bilsin ki, 10 illik yubileyi ilə əlaqədar bir sıra beynəlxalq tədbirlər də keçirilsin. Amma bunu etmək üçün əvvəlcə komandamız beynəlxalq tələblərə uyğun gücləndirilməli, turnir cədvəlində mövqeyini yaxşılaşdırmalı, ölkə kubokunda nailiyyət əldə etməli və sonra qoşulacaq Avropa turnirlərində layiqli rəqib olmalı və nəticələr əldə etməlidir. Düz deyirsiniz ki, yubiley loqosunun ingilis variantı ilə yanaşı, Azərbaycan dili variantı da olmalıdır. Sizinlə tam razıyıq və yəqin yaxın zamanda klub bu məsələni də qaydaya salacaq.

  3. Axşamınız xeyir, Mirhafiz müəllim! “Xəzər Lənkəran”ımızın yubiley loqosu haqda fikirlərimi Sizinlə bölüşürəm. Klubun loqosu, emblemi bir növ təsdiq olunmuş gerbidir. Bizim yubiley loqomuz çox sadədir. Ortada klubun rənglərinə(ağ-yaşıl)uyğun emblemi, emblemın ətrafında qızılı rəngdə sünbül və lentlər. Qızılı rəng yubileyin rəmzidir. Əslində sadə də olmalıdır. İradım təkcə 2004-tarixinədir. Çünki, klubun tarixi neç olmasa SSRİ çempionatının ikinci dəstəsində çıxış etdiyi tarixdən götürülməliydi. Klubun loqosuna yalnız ulduz əlavə edilir ki, oda hər beş çempionluqdan sonra bir ulduz. Misal üçün “Fənərbağça”nın, “Qalatasaray”ın loqosunda üç ulduz var. Bu komandaların hər biri 15-dəfədən çox çempion olub və dördüncü ulduzu almaq üzrədirlər.
    *****
    Salam Qabil bəy! Sizinlə tam razıyam. Biz bu məsələni klub qarşısında keçən il qaldırmışdıq. Klubdan bizə dedilər ki, məsələni dəqiq araşdırma qabiliyyəti olan ziyalı azarkeşlərimizdən bir təşəbbüs qrupu yaradaq və bu qrup klubumuzun tarixi ilə əlaqədar dəqiq araşdırma apardıqdan sonra, tutarlı bir nəticəyə gələrsə, klub məmnuniyyətlə bu tarixi qəbul edəcək və bu işdə köməyini də əsirgəməyəcək. Amma biz hələ bunu edə bilməmişik. Şəxsi işlərlə və İslam Cabbarlının, həm də mənim səhhətimdə problemlər yarandığından bu işə başlaya bilməmişik. Bəzən klubu tənqid etsək də özümüz də bu işi görə bilməməyimiz üçün çox üzülürük. Allah qoysa sağlamlıq qaydaya düşüncə mütləq bu məsələ ilə məşğul olmaq lazımdır. Bir də onu deyim ki, bu elə də asan məsələ deyil. Çünki həm “Xəzər” (Lənkəran), həm də “Xəzər Lənkəran”ın bu işdə rolu olacaq veteran qrupları ayrı-ayrı fikirdədirlər deyə bu işi çox çətinləşdirir. Əslində müəyyən araşdırma aparmışıq deyə bu fikirləri söyləyə bilirəm. Bu işlə çox qlobal səviyyədə məşğul olmaq lazımdır və ümumi barışıq mövqeyi əldə etmək lazımdır. Əsas çətinlik də bundadır. Yəni müəyyən olunan tarixi hamı qəbul etməlidir.

  4. Mirhafiz müəllim! Dediyiniz iş ugurla nəticələnsə bilin ki, Sizlər Lənkəran futbolunun həqiqi tarixini, yaşını özünə qaytarmış olarsınız. Gördüyünüz bu ölçüyəgəlməz iş, ürəyində “Xəzər Lənkəran” sevgisi olanlara əvəzsiz hədiyyə olardı. Sizə qabaqcadan minnətdaram.

Comments are closed.