"Xəzər Lənkəran"ın sahibi və fəxri prezidenti Mübariz Mənsimova müraciət

Salam Mübariz bəy. İlk öncə “Xəzər Lənkəran”ı bizlərə bəxş etdiyiniz üçün sizə minnətdarlıq edir, hörmət və sayqımızı bildiririk. Böyük futbolun bölgəmizə döndüyü bu 10-il ərzində sevimli komandamızda bir çox məhşur futbolçular forma geymiş, dünya çapında tanınmış məşqçilər komandanın başında yer almışdır ki, bütün bunlar da sizin xüsusi qayğınız nəticəsində mümkün olmuşdur. Heç bir qarşılıq gözləmədən vətənpərvərlik nümayiş etdirərək doğma vətəndə futbolun inkişafı naminə gördüyünüz işlər danılmazdır.

 Arxada qalan illər ərzində “Xəzər Lənkəran”ımızın kifayət qədər uğurları olmuşdursa da uğursuzluqlar da zaman-zaman özündən söz etdirə bilmişdir.Təəssüf ki, 10-illik yubileyində “Xəzər Lənkəran” heç bir uğur qazana bilmədi və bu hamımız üçün üzücü oldu. Lakin hətta indiki vəziyyət belə yerində saymağa və irəli gedib əzmlə çalışmaqdan vaz keçməyə səbəb ola bilməz. Əksinə məhz indiki məqamda daha dərindən düşünülmüş, ölçülüb biçilmiş düzgün qərarlar verilməlidir. Çünki, son zamanlar həmişə dolu görməyə alışdığımız, sizin əsəriniz olan Lənkəran şəhər stadionu uğursuz nəticələrə görə boş qalmış,insanlar komandadan küsmüş vəziyyətə gəlmişdir.  Məlum olduğu kimi hazırda komandanın baş məşqçisi yoxdur, qarşıda bizi gözləyən növbəti mövsümə hazırlıq üçün də vaxt getdikcə azalır. Deməli məhz indi, “Xəzər Lənkəran”a xeyir verə biləcək bir mütəxəssisə ehtiyac vardır ki, mövsümün startına qədər komandanı toplayıb lazımi işləri görə bilsin. Bunun üçünsə istedadlı, özünü doğrultmuş, çevik qərarları və işgüzar fəaliyyəti ilə seçilən bir mütəxəssis komandanın başına gətirilməlidir. “Xəzər Lənkəran”ın 10-illik tarixində qazandığı uğurların sonuncusunun məhz rumıniyalı mütəxəssis Mirça Redikin baş məşqçiliyində olmasını xatırlatmaq yerinə düşərdi. 2010-cu ilin yayında “Xəzər Lənkəran”a gətirilən bu məşqçi az müddətdə döyüşkən bir heyət qura bilmişdi. Komanda gözəl oyun  nümayiş etdirərək qələbələri sıraladıqca azarkeşləri sevindirir, doğma stadionumuz və onun tribunaları indikindən fərqli olaraq tam dolurdu. Məhz onun çalışdığı müddətdə komandamız ölkə kubokunu başı üzərinə qaldırmış və çempionatda gümüş medala sahib çıxmışdı.  Mirça Rednikin komandamızdan gedişindən sonra bir cox çalışdırıcı, hətta çox tanınmış mütəxxəsislər olan, Con Toşak və Mustafa Dənizli  belə “Xəzər Lənkəran”ı layiq olduğu yerlərə daşıya bilmədi. Yalnız Rednikin dönəmində “Xəzər Lənkəran” camiə olaraq bütövləşmiş və uğura gedən yolda klub rəhbərliyi və azarkeş toplusu birgə addımlamışdı.

Düşünürük ki, komandanı indiki vəziyyətdən çıxara biləcək mütəxəssislər arasında Mirça Rednikə üstünlük verilməsi tam  məntiqəuyğun olardı. Bunu nəzərə alaraq Mübariz bəy, sizdən xahiş edirik ki, rumıniyalı məşqçi Mirça Rednikin “Xəzər Lənkəran”a baş məşqçi təyin olunması işində yardımçı olasınız. Sizə böyük çoxluq adından aşağıda imza edənlərin istəyini nəzərə alacağınızı düşünərək, öncədən təşəkkür edirik.
Hörmətlə:
Ziyalılar:
Lənkəran Dövlət Universitetinin müəllim kollektivi adından filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dossenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Elşad Səfərli.
Lənkəran şəhər səhiyyə içiləri adından həkimlər; Cəbiyev Həsənağa, Əliyev Ağalı.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ziyafət Əkbərov.
Masallı “Qodman” kənd məktəbinin direktoru, Yaqubov Bəhram Ağalar oğlu.
Qızılağac kənd məktəbinin direktoru, İslamov Famil Yusif oğlu.
Müəllimlər, Heydərov Rüfət Əliməmməd oğlu , Kişiyev Elman Şahab oğlu, Əliyev Bəybala Şaverdi oğlu, Nuriyev Ramiz Müərrid oğlu, Nuriyev Samid Şahlar oğlu, Fəttayev Azər Tələt oğlu, Məciyev Əlican Mədiəli oğlu, Səmədov Anar Əhməd oğlu.
Sumqayıtdan müəllim Fəttayev Emin Vaqif oğlu.
Bakıda yaşayan “Xəzər Lənkəran”lı futbolsevərlər adından, Rakif Abbasov
“Xəzər Lənkəran”ın veteranlar klubu adından klubun sədri, Şirinov Məcid.
Fan klublar:
“Caspian Ultras” Fanat Qrupu.
“Bosman” fan klubu.
“12-ci oyunçu” azarkeş qrupu.
“Moskva” fan klubu.
Rəsmi fan kub.
      20 May 2014

4 thoughts on “"Xəzər Lənkəran"ın sahibi və fəxri prezidenti Mübariz Mənsimova müraciət”

  1. Mirhafiz müəllim, müraciət lap yerinə düşdü. Bu işdə Sizi və bu təşəbbüsə qoşulanların hər birini alqışlayıram. Gələcəkdə bu qəbul olunmuş muraciətlər,Lənkəran futbolunun xeyirinə görülən digər işlər “Xəzər Lənkəran” araşdırıcıları üçün əvəzsiz arxiv materialları olacaq.
    *****
    Qabil bəy, sizə məsələlərin mahiyyətinə vardığınıza görə həqiqi böyük təşəkkür düşür.

  2. Muəllim!-Sizi yenidən “Top-Top” verilişində görmək xoşdur.
    *****
    Zəfər bəy, xoş onda olacaq ki, komandamız arzularımıza doğru getsin. Təşəkkür edirəm!

  3. MURACIETI ALGISLAYARAG MEN DE GOSULMAGLA COX MINLI AZERKESLERIMIZ DE GUMAN EDIREM KI DESTEKLIYER.

  4. Salam doktor.Edilen muracieti cox gozel qarsiladim.Bele sivil yollarla neyese nail olmaq olar.Gucle,tehqirle hec bir sey etmek olmaz.Mence Mubariz Mesimovda bu muraciete musbet reaksiya verecek.
    *****
    Salam, Mübariz bəy! Biz, dediyiniz kimi daim sivil yollarla fəaliyyət göstərməyin tərəfdarı olmuşuq. Bunu tariximizə baxanda görmək olur. Daim xəttimiz belə də davam edəcək, İnşallah! Sizin kimi tərəfdarlarımız da daim bizə güc verir. Bu həqiqətən belədir.

Comments are closed.