“Xəzər Lənkəran” Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyununda, mart ayının 12-də, səfərdə I divizon təmsilçisi “Araz-Naxçıvan” komandası ilə qarşılaşacaq. Bu görüş “Xəzər Lənkəran”ın ölkə kuboklarındakı sayca 60-cı matçı olacaq. İndiyə qədər keçirdiyi 59-oyunda “Ağ-yaşıl” komandamız 37-dəfə qələbə qazanıb, 10-dəfə məğlub olub, 12-görüşü isə heç-heçə bitirib. Komandamız bu qarşılaşmalarda rəqib qapılarına indiyə qədər 124-top vurub ki, bu da orta hesabla hər oyuna 2,06 top sayı deməkdir. Eyni zamanda 59 oyunda “Xəzər Lənkəran” öz qapısından 43 top buraxıb ki, bu da orta hesabla hər oyuna 0,74 top sayı anlamına gəlir. Vurulan və buraxılan topların nisbətində “Xəzər Lənkəran”ın 81 top fərqli üstünlüyü vardır.
“Xəzər Lənkəran” 2004-cü ildən bəri ümumilikdə 3 dəfə ölkə kubokuna sahib çıxıb və daha iki dəfə finala gedib çıxsa da kuboku başı üzərinə qaldıra bilməyib. Belə ki, 2009/2010 mövsümündə “Bakı” və 2012/13 mövsümündə “Neftçi” ilə finalda qarşılaşan “Xəzər Lənkəran” istəyinə çata bilməyib. Komandamız 2 dəfə Ağasəlim Mircavadovun və bir dəfə Rumın məşqçi Mirça Rednikin başçılığında kuboku Lənkərana gətirə bilmişdir.
kubok |
o |
q |
h |
m |
vt |
bt |
+/- |
Nəticə |
XIII |
6 |
2 |
3 |
1 |
6 |
5 |
1 |
1/2final |
XIV |
8 |
6 |
1 |
1 |
19 |
3 |
16 |
1/2final |
XV |
9 |
8 |
0 |
1 |
24 |
2 |
22 |
kubok |
XVI |
9 |
7 |
1 |
1 |
27 |
7 |
20 |
kubok |
XVII |
4 |
2 |
1 |
1 |
8 |
3 |
5 |
1/4final |
XVIII |
7 |
4 |
1 |
2 |
10 |
7 |
3 |
final |
XIX |
6 |
3 |
2 |
1 |
11 |
8 |
3 |
kubok |
XX |
3 |
1 |
1 |
1 |
6 |
4 |
-1 |
1/4final |
XXI |
6 |
3 |
2 |
1 |
9 |
4 |
5 |
final |
XXII |
1 |
1 |
0 |
0 |
4 |
0 |
4 |
:-: |
CƏM |
59 |
37 |
12 |
10 |
124 |
43 |
81 |
Səhifəni hazırladı: NƏBİOĞLU
Mənbə: “12cioyuncu.info”
Axşamınız xeyir, Doktor! Zatən komandamız kubok qazanmağa çox meyillidir. Bir növ kubok komandası imicini artıq özündə formalaşdırıb. Hörmətli Nəbioğlunun statistik məlumatında da bunu görmək mümkündür. 9-dəfə iştirak etdiyi ölkə kuboku yarışlarında 3-dəfə qalib olmuş, MDB-kubokunu və Azərbaycan Superkubokunu qazanmışdır. İndi də ümidimizi kuboka bağlamışıq. Avropaya yeganə yolumuz kubokdan keçir. Amma belə oyunu ilə komandamızı bu il Avropada görmək istəmirəm.
*****
Görmək istəmirəm, mən rəzilliyi,
Aydın olur alçaqların “kimliyi”,
Bunların yoğrulub sümük-iliyi,
İtə atsan, it də yeməz onları,
Lakin gözəl biçilibdir, donları.
HƏLƏ BİR KUBOKU GÖTÜRÜB AVROPAYA GETMƏK İSTƏYİRİK!
Gözüm qorxub “Makkabi”ylə oyundan,
Heç utanmaz Benuahi öz boyundan,
Nə gözləyək Nildo kimi qoyundan,
Komandada yüksək ruhu öldürər.
Bunlar bizi Avropaya güldürər.
*****
Avropa nə? burda da gülürük biz,
Rəqibləri tez-tez, güldürürük biz,
Utanırıq, xəlvət dürtülürük biz,
Köhnə əyyam, O olaydı, indilər,
Rəqibləri, dənlərdik birər-birər.
Nəsun tövbəsi.
Kamandamizda bildiyim və bilmədiyim gizli və aşkar olaylarla bu yazimda işim yoxdur.Həmişə kamandamiz uduzanda onsuzda kimsəni gunahlandirmaqla əsəblərimizi azda olsa soyutmağa calişiriq.Bu dəfə isə futbolumuzun başinda oturanlara Mirhaşim muəllim( Talişli)-dan ibrətamiz dediyi bir rəvayəti danişacağam.
Qədimdə guya bir kişi qiyafəsini,bəlkə elə jestinidə dəyişib qadin paltari geyir,əzilib-büzülərək özünü qadin kimi qələmə verir,haminida inandira bilir ki, o qadindir.Canfəşanliq edir, min oyundan çixib qadin hamaminda kisəcilik işinə düzəlir.Elə eləyir ki,bu işdə məhşurlaşir ,ad-san qazanir.
O dərəcədə dilə-dişə düşür ki , şahin ,vəzirlərin arvadlari belə onun kisə cəkməyin xatirinə bu Nəsuh adli şəxsin(qiz bacinin) yuva saldiği hamama muştəri olurlar.Gunlərin birində şahzadə xanim çimərkən hamamda sirğasini itirir.Kənizlər ,qulluqcular cox axtarsalarda itik (sirğa) tapilmir.Əlacsiz qalib şərt qoyurlar ki, hamamdakilarin hamisinin üst-başi, lap intim yerləri axtarilacaq.Vəziyyətin onun üçün fəlakətli olacağini anlayan Nəsuh kişi-qadin hovuza girərək Allaha yalvarir ki,İlahi öz qüdrətinlə məni bu biabirciliqdan hifs elə!Tövbə edirəm!Bu bəladan qurtulsam kisəcilikdən əl cəkərəm, ömrum boyu Tanriya səcdə qilaram…Bu vaxt şahzadənin sirğasi tapilir.Sən demə sirğa elə şahzadənin öz paltarina ilişibmiş.Nəsuh hovuza girib paklaşdiğindan sonra bu əməlindən əl cəkir.
İndi Nəsuh tövbəsini aparib qoymaq lazimdir elə AFFA-nin , PFL-in, hakimlər komitəsinin, elə “TOPAZ”-in qapisina ki ,bunlarda tövbə eləsinlər.Amma burda bir məsələ var.Onlara tövbə etdirməyə məcbur edən şahzadəni hardan tapaq?…..yoxsa tövbə edənə hec oxşamirlar.
İndi Qabil qardaş!-Sizdə urəyinizi sakitləşdirmək ucun ş”er yazirsiniz.Vaxt gəlibsə, məndə bir kəlmə icazənizlə:
Sahibi-zərdə kərəm yoxdur,
Kərəm əhlində zər…(M. P.VAQİF)
.
Avropada nə işimiz bu oyunnan?
Nildo kimi tənbəl olan qoyunnan.
Qoy utansin AFFA öz futbolundan,
Firidaqla ciblərini doldurar,
Bunlar bizi Avropaya guldurər.
Adı, sanı dildən-dilə gəzərdi,
Qarşısına kim çıxsaydı, əzərdi,
Rəqibindən öndə gedən “Xəzər”di,
Yuxu kimi gəlir indi o anlar.
Kaş dönəydi köhnə, əski zamanlar.
ZƏFƏR qardaş,Salam! Xoşum gəldi Nəsuh tövbəsindən. Amma bizim futbol təsərrüfatında kök salanların tövbə etməsi qeyri mümkündür.
Şer yazmağa gəldikdə isə şer yazmağa yox, şeri oxumağa, dinləməyə həvəsim böyükdür.